10:23
Əlahəzrət,
İordaniya Haşimilər Krallığının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı...
25 may 2025, 10:23Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri, əziz dostum.
Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq hissi duyuram. İsrail Dövləti bu əlamətdar günü Sizinlə birgə qeyd edir.
Azərbaycan Sizin rəhbərliyinizlə iqtisadi inkişafın, firavanlığın, sülhün və sabitliyin hökm sürdüyü dinamik inkişaf edən dövlətə çevrilib. Bunun, əlbəttə ki, ən gözəl təcəssümü ölkənizin nümunəvi dini tolerantlıq və anlayış modelidir. Xüsusilə antisemitizmin bütün dünyaya yayıldığı bu dövrdə Azərbaycan birlikdə harmoniyada yaşamaq üçün kollektiv potensialın parlaq nümunəsidir. Bununla da Siz atanız, möhtərəm Heydər Əliyevin əziz xatirəsini uca tutaraq bütün sahələrdə olduğu kimi, onun sülh yolunu da davam etdirirsiniz.
Sizin gözəl qeyd etdiyiniz kimi, multikulturalizm qəbul edilməli olan bir nemətdir. Sizdən bu səmimi münasibəti birbaşa hiss edən Azərbaycanın yəhudi icması xalqlarımızı daha möhkəm birləşdirən canlı körpü rolunu oynayır. Sizin ölkənizlə strateji tərəfdaşlığımız həm İsrail, həm də daha geniş regionumuz üçün sabitliyi təmin edir. Biz bir çox sahələrdə əməkdaşlığımızı inkişaf etdirmək və möhkəmləndirmək üçün Sizinlə işləməyə davam etmək fürsətinə görə dərin minnətdarlığımızı bildiririk.
Gözəl ölkənizə səfərimiz zamanı sizin və birinci xanım Mehriban Əliyevanın məni və xanım Mixalı səmimi və xoş qarşılamağınızı həmişə xatırlayır və bunu yüksək qiymətləndiririk. Ümid edirəm ki, yaxın gələcəkdə həm Sizi, həm də birinci xanım Mehriban Əliyevanı İsraildə qarşılamaq şərəfinə nail olacağam. Əlbəttə, mən də Sizi növbəti dəfə Davosda keçiriləcək Dünya İqtisadi Forumunda görməyi səbirsizliklə gözləyirəm.
Bu xoş fürsətdən istifadə edərək, Sizi keçən ay COP29-a uğurla ev sahibliyi etməyiniz münasibətilə təbrik etmək istərdim. Azərbaycan millətlər birliyində liderdir və bu, gələcək nəsillərin sağlamlığının, təhlükəsizliyinin təmin edilməsinə sadiq olduğunuzun növbəti təzahürüdür.
2024-cü ili yola salıb 2025-ci ili qarşıladığımız vaxtda mən də səmimi-qəlbdən arzu edirəm ki, yeni il Sizin üçün, ailəniz və bütün Azərbaycan xalqı üçün uğur və firavanlıq ili olsun.
Səmimiyyətlə,
İsxak Hersoq
İsrail Dövlətinin Prezidenti
Əlahəzrət,
İordaniya Haşimilər Krallığının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı...
25 may 2025, 10:23Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu.
Sizi və Azərbaycan Respublikasının bütün vətəndaşlarını Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirəm.
Sizin quruculuq...
23 may 2025, 19:55Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Azərbaycan Respublikasının milli bayramı – 28 May - Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına səmimi-qəlbdən təbriklərimi, rifah və...
23 may 2025, 17:47Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm İlham Heydər oğlu.
İcazə verin, Sizə öz ehtiramımı ifadə edim və 28 May - Müstəqillik Günü münasibətilə təbriklərimi çatdırım.
Bu bayram Azərbaycan...
23 may 2025, 16:24Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
28 May - Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.
Ötən müddət ərzində...
23 may 2025, 15:46Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu.
28 May - Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi günü münasibətilə Tatarıstan xalqının və şəxsən mənim səmimi təbriklərimi...
23 may 2025, 14:29Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli...
23 may 2025, 14:20Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikası Vergi Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik...
23 may 2025, 14:18Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Cənab Prezident.
Ölkənizin milli bayramı – 28 May - Müstəqillik Günü münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.
Sizə və dost Azərbaycan...
23 may 2025, 13:17Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Cənab Prezident.
Ölkənizin milli bayramı - 28 May - Müstəqillik Günü münasibətilə Zati-alinizi təbrik edirəm.
Bu bayram münasibətilə Azərbaycan xalqına daha firavan...
23 may 2025, 12:07Azərbaycan Respublikasının Prezidenti Zati–aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizi və ölkənizin xalqını ürəkdən təbrik edirəm.
Dost və qonşu xalqlarımızın...
23 may 2025, 12:05