Rusiya Notariuslar Assosiasiyasının sədri Natiq Ağamirovdan

23 dekabr 2024, 16:04

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

İcazə verin, Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edim və Sizə möhkəm cansağlığı, xoşbəxtlik, doğma Azərbaycanın gələcəyi naminə bundan sonra da nailiyyətlər arzulayım.

Doğma Şuşanın azad edildiyi həmin unudulmaz gündən, bütün dünyanın Azərbaycan Ordusunun Qələbəsi barədə xəbər tutmasından və ölkənin ərazi bütövlüyünün bərpasından daha bir il ötdü. Bu illər ərzində ən çətin tarixi dövrdə Azərbaycan xalqı öz suveren maraqlarını inamla və ardıcıl şəkildə qoruyub, müdafiə qabiliyyətini və beynəlxalq mövqelərini möhkəmləndirib, iqtisadi potensialını artırıb. Bütün bu proseslərin arxasında Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanı olaraq Sizin qətiyyətli mövqeyiniz və dəmir iradəniz hiss olunur.

Ölkədə vüsət alan böyük quruculuq işləri Sizin bütün dünyadakı soydaşlarınızın, dostlarınızın, tərəfdarlarınızın qürur mənbəyidir və onların diqqət mərkəzindədir. Bu proses gələcəyə inamla baxmağa və Sizin rəhbərlik etdiyiniz Azərbaycanın ən parlaq, genişmiqyaslı nailiyyətlərinin hələ irəlidə olduğunu deməyə imkan verir.

Möhtərəm İlham Heydər oğlu, qoy qarşıdan gələn il Sizə və bütün Azərbaycan xalqına rifah, tərəqqi gətirsin!

Sizə və yaxınlarınıza xoşbəxtlik, əmin-amanlıq arzulayıram.

Hörmətlə,

 

Natiq Ağamirov

Rusiya Notariuslar Assosiasiyasının sədri,

Avropa Azərbaycanlıları Konqresinin fəxri prezidenti, professor

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55