Azərbaycan Biznesinin İnkişafı Fondunun fəaliyyətinin təmin edilməsi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

23 dekabr 2024, 16:44

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Biznesinin İnkişafı Fondunun Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).

2. “Azərbaycan Biznesinin İnkişafı Fondunun vəsaitindən istifadə Qaydası” təsdiq edilsin (əlavə olunur).

3. Ləğvetmə prosesində olan müvəkkil kredit təşkilatları vasitəsilə Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu tərəfindən sahibkarlıq subyektlərinə verilmiş güzəştli kreditlər üzrə 189.751.707,0 (bir yüz səksən doqquz milyon yeddi yüz əlli bir min yeddi yüz yeddi) manat həcmində qalıq aktivlər Sahibkarlığın İnkişaf Fondunun nizamnamə fondundan silinsin və tələb hüququ həmin müvəkkil kredit təşkilatlarının aktivlərinə transfer edilsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

4.1. bu Fərmanın 2-ci hissəsi ilə təsdiq edilən Qaydanın (bundan sonra – Qayda) 1.3.1-ci yarımbəndinə uyğun olaraq, sahibkarlıq subyektlərinin güzəştli kreditlərlə maliyyələşdirilməsi qaydasını dörd ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.2. Qaydanın 1.3.3-cü yarımbəndinə uyğun olaraq, investisiya qoyuluşunun həyata keçirilməsi qaydasını dörd ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.3. iqtisadiyyatın tələbləri nəzərə alınmaqla, Qaydanın 1.3.1-ci yarımbəndində göstərilən güzəştli şərtlərlə digər maliyyələşmə mexanizmlərinin tətbiqi imkanlarını öyrənsin və nəticəsindən asılı olaraq təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:

5.1. Fondun strukturunu, əməyin ödənişi fondunu, işçilərin say həddini və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğini bir ay müddətində təsdiq etsin;

5.2. bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.

6. “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 aprel tarixli 152 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 4, maddə 368 (Cild I) 4-cü hissəsində “İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinin” sözləri “Biznesinin İnkişafı Fondunun” sözləri ilə əvəz edilsin.

7. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 6, maddə 1238 (Cild I); 2024, № 3, maddə 262, № 5 (I kitab), maddə 515, № 7, maddə 809, № 8, maddələr 943, 948) ilə təsdiq edilmiş “Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı”nın 4-cü hissəsinin “Göstərdiyi xidmətlər” sütununun 5-ci bəndində aşağıdakı dəyişikliklər edilsin:

7.1. ikinci abzas ləğv edilsin;

7.2. üçüncü abzasda “Sahibkarlığın” sözü “Azərbaycan Biznesinin” sözləri ilə əvəz edilsin.

8. “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 31 iyul tarixli 224 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 7 (I kitab), maddə 1510 (Cild I) 3-cü hissəsi, 5.2 – 5.6-cı bəndləri və 6-cı hissəsi ləğv edilsin.

9. “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin maddi-texniki bazasının yaxşılaşdırılması, Aparatının və regional bölmələrinin işçilərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 dekabr tarixli 446 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12 (I kitab), maddə 2603 (Cild I) 2.1-ci bəndində “Respublikasının Sahibkarlığın” sözləri “Biznesinin” sözü ilə, “Respublikası Sahibkarlığın İnkişafı Fondunun güzəştli kreditlər üzrə daxilolmalarının (faiz, cərimə və sair)” sözləri “Biznesinin İnkişafı Fondunun dəstək mexanizmləri üzrə yerləşdirilmiş vəsaitindən və fəaliyyətindən əldə olunmuş gəlirlərin (faiz, cərimə, dividend və s.)” sözləri ilə, “güzəştli kreditlər üzrə daxilolmaların” sözləri “dəstək mexanizmləri üzrə yerləşdirilmiş vəsaitdən və fəaliyyətindən əldə olunmuş gəlirlərin” sözləri ilə əvəz edilsin.

10. “Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası”nın təsdiq edilməsi və “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 31 iyul tarixli 224 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 4 iyun tarixli 1052 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 6, maddə 694 (Cild I) 1-ci hissəsi ləğv edilsin.

11. “Sahibkarlığın inkişafına dövlət dəstəyi sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 11 oktyabr tarixli 1461 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 10, maddə 1105 (Cild I) 3-cü hissəsində aşağıdakı dəyişikliklər edilsin:

11.1. 3.2-ci bənddə “9 (doqquz)” sözləri “5 (beş)” sözləri ilə əvəz edilsin;

11.2. 3.3-cü bəndin birinci abzasında “5 (beş)” sözləri “2 (iki)” sözləri ilə və “4 (dörd)” sözləri “3 (üç)” sözləri ilə əvəz edilsin;

11.3. 3.3.3-cü yarımbənd ləğv edilsin;

11.4. 3.3.4-cü yarımbənddə “Turizm Agentliyi” sözləri “Neft Fondu” sözləri ilə əvəz edilsin;

11.5. 3.5-ci bəndin birinci cümləsinə “rəhbərliyi” sözündən sonra “sədr və 4 (dörd) müavin olmaqla” sözləri əlavə edilsin.

12. “İnvestisiya fəaliyyətinin təşviqi üzrə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 30 mart tarixli 1395 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 3, maddə 283 (Cild I) 2-ci və 3-cü hissələri ləğv edilsin.

13. “Azərbaycan Respublikasında sitrus meyvələri, çay və çəltik istehsalının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 3227 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 9, maddə 1680 (Cild I) 3.2-ci bəndində “Sahibkarlığın” sözü “Azərbaycan Biznesinin” sözləri ilə əvəz edilsin.

14. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 27 noyabr tarixli 3406 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 11, maddə 2115 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın 6.0.3-cü yarımbəndində “Respublikasının Sahibkarlığın İnkişafı Fondunun, “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin,” sözləri “Biznesinin İnkişafı Fondunun və” sözləri ilə əvəz edilsin.

15. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 9 fevral tarixli 3657 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 2, maddə 260, № 11, maddə 2287 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın 6.0.3-cü yarımbəndində “Respublikasının Sahibkarlığın İnkişafı Fondu, “Azərbaycan İnvestisiya Şirkəti” ASC,” sözləri “Biznesinin İnkişafı Fondunun və” sözləri ilə əvəz edilsin.

16. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 fevral tarixli 3660 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 2, maddə 263 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı”nın 6.0.3-cü yarımbəndində “Respublikasının Sahibkarlığın İnkişafı Fondu, “Azərbaycan İnvestisiya Şirkəti” ASC,” sözləri “Biznesinin İnkişafı Fondunun və” sözləri ilə əvəz edilsin.

17. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 13 fevral tarixli 3668 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 2, maddə 271 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sitrus meyvəçiliyinin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın 6.0.3-cü yarımbəndində “Respublikasının Sahibkarlığın İnkişafı Fondu, “Azərbaycan İnvestisiya Şirkəti” ASC,” sözləri “Biznesinin İnkişafı Fondunun və” sözləri ilə əvəz edilsin.

18. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 3 may tarixli 38 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 5, maddə 977 (Cild I) ilə təsdiq edilmiş “2018–2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Proqramı”nın 5.0.3-cü yarımbəndində “Sahibkarlığın İnkişafı Fondunun, “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin,” sözləri “Azərbaycan Biznesinin İnkişafı Fondunun və” sözləri ilə əvəz edilsin.

19. “Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının 2024-cü ildə Azərbaycan Respublikasında təşkili ilə əlaqədar həyata keçiriləcək layihələr çərçivəsində sahibkarlara kredit təşkilatları tərəfindən verilmiş kreditlər üzrə faizlərin subsidiyalaşdırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-ci il 1 fevral tarixli 2461 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 2, maddə 142 (Cild I); 2024, № 5, maddə 527) aşağıdakı dəyişikliklər edilsin:

19.1. 1-ci, 2-ci, 6-cı hissələrdə və 5.1-ci bənddə “Respublikasının Sahibkarlığın” sözləri “Biznesinin” sözü ilə əvəz edilsin;

19.2. həmin Fərmanla təsdiq edilmiş “Sahibkarlara kredit təşkilatlarından manatla aldıqları kreditlər üzrə Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu vasitəsilə faiz subsidiyalarının verilməsi Qaydası”nın adında və 1.1-ci bəndində “Respublikasının Sahibkarlığın” sözləri “Biznesinin” sözü ilə əvəz edilsin.

20. İqtisadiyyatın qeyri-neft sahələrinin inkişafını təmin edən və ölkə daxilində, eləcə də ölkə xaricində yerli biznesin inkişafı ilə əlaqədar olaraq həyata keçirilən layihələrə investisiya qoyuluşu, o cümlədən bu sahələrdə fəaliyyət göstərən təsərrüfat cəmiyyətlərinin və digər kommersiya təşkilatlarının nizamnamə kapitalındakı iştirak payını (səhmlərini) almaqla müddətli investisiya qoyuluşu fəaliyyəti bu Fərmanın 4.2-ci bəndində nəzərdə tutulan normativ hüquqi aktlar qüvvəyə minənədək “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurası tərəfindən müəyyən edilmiş qaydalarla tənzimlənir.

21. Bu Fərman (10-cu hissə istisna olmaqla) 2025-ci il yanvarın 1-dən qüvvəyə minir.

22. Bu Fərmanın 10-cu hissəsi bu Fərmanın 4.1-ci bəndində nəzərdə tutulan normativ hüquqi aktla eyni gündə qüvvəyə minir.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 dekabr 2024-cü il

SƏNƏDLƏR Sərəncamlar 15 aprel 2025
15:41
Apellyasiya instansiyası məhkəməsi sədrinin müavininin, apellyasiya instansiyası məhkəmələri məhkəmə kollegiyaları sədrlərinin, birinci instansiya məhkəmələri hakimlərinin və sədrlərinin təyin edilməsi ilə bağlı bəzi məsələlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Məhkəmə-Hüquq Şurasının təkliflərini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu və 32-ci bəndlərini rəhbər tutaraq qərara alıram:

1. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası...

15 aprel 2025, 15:41
SƏNƏDLƏR Fərmanlar 15 aprel 2025
15:39
“Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2023-cü il 8 dekabr tarixli 1052-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi və Fərmanının ləğvi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2023-cü il 8 dekabr tarixli 1052-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara...

15 aprel 2025, 15:39
SƏNƏDLƏR Qanunlar 15 aprel 2025
15:37
“Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2023-cü il 8 dekabr tarixli 1052-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 6-cı, 10-cu, 11-ci, 15-ci və 27-ci bəndlərini rəhbər tutaraq, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan...

15 aprel 2025, 15:37
SƏNƏDLƏR Sərəncamlar 14 aprel 2025
11:18
Cəlilabad rayonunun Sərhədabad–Əliabad–Zəhmətabad–Soltankənd avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Yeddi min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən Sərhədabad–Əliabad–Zəhmətabad–Soltankənd avtomobil...

14 aprel 2025, 11:18
SƏNƏDLƏR Fərmanlar 14 aprel 2025
11:14
“Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 7 mart tarixli 150-VIIQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının...

14 aprel 2025, 11:14
SƏNƏDLƏR Fərmanlar 14 aprel 2025
11:10
“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 28 fevral tarixli 144-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi...

14 aprel 2025, 11:10
SƏNƏDLƏR Qanunlar 14 aprel 2025
11:08
“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci və 16-cı bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun...

14 aprel 2025, 11:08
SƏNƏDLƏR Qanunlar 14 aprel 2025
11:04
“Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumətləri arasında rəqəmsal iqtisadiyyat üzrə tərəfdaşlıq Sazişi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

2024-cü il noyabrın 6-da Bişkek şəhərində imzalanmış “Türk Dövlətləri...

14 aprel 2025, 11:04