İlham Əliyev Rusiyanın Tatarıstan Respublikasının Rəisi ilə görüşüb

17 dekabr 2024, 15:15
İlham Əliyev Rusiyanın Tatarıstan Respublikasının Rəisi ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 17-də Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov ilə görüşüb.

Əvvəlcə Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanovun Azərbaycanın “Dostluq” ordeni ilə təltifedilmə mərasimi oldu. Prezident İlham Əliyevin Sərəncamına əsasən, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə Rüstəm Minnixanov “Dostluq” ordeni ilə təltif edilib.

Prezident İlham Əliyev dedi: Layiq olduğunuz mükafat münasibətilə Sizi təbrik edirəm. Uzun illərdir ki, Siz ənənəvi əlaqələrimizin möhkəmlənməsi üçün çox iş görürsünüz. Ona görə də belə yüksək mükafatı Sizə təqdim etmək və yeni uğurlar arzulamaq mənim üçün çox xoşdur.

Rüstəm Minnixanov dedi: Cənab Prezident, çox sağ olun. Bu, yüksək mükafatdır. Biz Rusiya-Azərbaycan münasibətləri çərçivəsində əlaqələrimizi yüksək qiymətləndiririk. Tatarıstan burada xüsusi yerə malikdir. Tarixən belə alınıb ki, qardaş xalqlarımız və ən başlıcası, liderlərimiz – Azərbaycanın Lideri Heydər Əliyev və birinci Prezidentimiz Mintimer Şaripoviç Şaymiyev bizim inkişaf etdirdiyimiz həmin kursun əsasını qoyublar.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 19 sentyabr 2026
14:01
Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:                                    

Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

3-cü dərəcəli “Əmək” ordeni ilə...

19 sentyabr 2026, 14:01
SƏNƏDLƏR Sərəncamlar 19 sentyabr 2026
14:00
İ.C.Cavadovun “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                                   

Azərbaycan futbolunun inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə İsgəndər Cavad oğlu Cavadov “Azərbay...

19 sentyabr 2026, 14:00
SƏNƏDLƏR Sərəncamlar 17 sentyabr 2026
16:00
F.F.Mustafayevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:                                       

Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə Famil Front oğlu Mustafa...

17 sentyabr 2026, 16:00
SƏNƏDLƏR Müraciətlər 17 sentyabr 2026
10:35
Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına

Hörmətli tədbir iştirakçıları!

Sizi Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısında Bakı şəhərində səmimi-qəlbdən salamlayıram. Azərbaycana xoş gəlmisiniz! Bu mötəbər tədbirin ilk dəfə Azərbaycanda təşkil edilməsi m...

17 sentyabr 2026, 10:35
SƏNƏDLƏR Sərəncamlar 16 sentyabr 2026
16:00
Ü.Z.Quliyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:                                               

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə Ülvi Zahid oğlu Quliyev “Şöhrət” orde...

16 sentyabr 2026, 16:00