16:35
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasının Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
1. 2024-cü il avqustun 1-də Bakı şəhərində Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Azərbaycan (AÇG) Limited, BP Eksploreyşn (Kaspian Si) Limited, Ekvinor Abşeron AS, Ekson Azərbaycan Limited, İnpeks Sausvest Kaspian Si, Ltd., İtoçu Oyl Eksploreyşn (Azərbaycan) İnk., MOL Azərbaycan, Ltd., ONGC Videş Limited, Türkiye Petrolleri A.O. arasında imzalanmış “Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında 14 sentyabr 2017-ci il tarixli Sazişə İkinci Qoşma” (bundan sonra – İkinci Qoşma) qəbul və təsdiq edilsin, onun həyata keçirilməsinə icazə verilsin.
2. İkinci Qoşmanın əsas mətninə edilmiş iki (2) Əlavə Bölmə (bundan sonra – Əlavələr) qəbul və təsdiq edilsin və onların həyata keçirilməsinə icazə verilsin.
3. Bu Qanun qüvvəyə mindikdən sonra İkinci Qoşma və Əlavələr Qanun olurlar. İkinci Qoşmada konkret surətdə başqa hallar göstərilməyibsə, İkinci Qoşma və Əlavələr İkinci Qoşmanın qüvvədə olduğu müddət ərzində İkinci Qoşmaya və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur.
4. Bu Qanun qüvvəyə mindiyi tarixdən İkinci Qoşma və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Podratçı tərəflərə İkinci Qoşmada və Əlavələrdə nəzərdə tutulan sərbəst təbii qaz kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verilir.
5. Bu Qanun qüvvəyə mindikdən sonra Podratçı tərəflərin (və ya onların hüquq varislərinin) İkinci Qoşma və Əlavələr üzrə əldə etdiyi hüquqlar və mənafelər Podratçı tərəflərin qabaqcadan razılığı olmadan dəyişdirilə, düzəldilə və ya azaldıla bilməz.
6. İkinci Qoşmadan irəli gələn hüquq və öhdəliklərin yerinə yetirilməsi üçün Podratçı tərəflərə bütün lazımi lisenziyalar, gömrük icazələri, vizalar, başqa səlahiyyətlər və sanksiyalar verilir.
7. İkinci Qoşmaya və ya Əlavələrə hər hansı əlavələr, düzəlişlər və dəyişikliklər yalnız bu Qanunun 1-ci maddəsində qeyd olunmuş Sazişin tərəflərinin yazılı razılığı ilə edilir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 noyabr 2024-cü il
Hörmətli Kasım-Jomart Kemeleviç,
Manqistau vilayətində keçirilən hərbi təlimlər zamanı hərbçilərin həlak olması barədə xəbər bizi son dərəcə sarsıtdı.
Bu ağır anlarda kədərinizi bölüşür, baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların...
25 sentyabr 2026, 18:15Hörmətli Sərdar Qurbanquliyeviç,
Türkmənistanın müstəqilliyinin 35-ci ildönümü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
Ötən dövr ərzində Türkmənistan böyük inkişaf yolu keçmiş, m...
25 sentyabr 2026, 15:28Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin aşağıdakı hərbi ...
25 sentyabr 2026, 15:27Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti rəisinin müavini general-mayor Allahverə...
25 sentyabr 2026, 15:26
Sentyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidzeyə zəng edib.
Prezident İlham Əliyev İrakli Kobaxidzeni ad günü münasibətilə təbrik edib, ona cansağlığı və fəaliyyətində uğurlar, həmçinin gürcü xalqına rifah ...
25 sentyabr 2026, 12:02