“Kredit büroları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

28 noyabr 2024, 13:58

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:

“Kredit büroları haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 12, maddə 1997 (Cild I); 2024, № 5 (I kitab), maddə 489) aşağıdakı dəyişikliklər edilsin:

1. 2.0.7-ci maddədə “Elektron hökumət” portalı” sözləri “Elektron Hökumət İnformasiya Sistemi (bundan sonra – EHİS)” sözləri ilə əvəz edilsin.

2. 12.4.1-ci və 14.0.1-ci maddələrdə “12.2.5-ci maddəsində” sözləri “12.2.4-cü və 12.2.5-ci maddələrində” sözləri ilə əvəz edilsin.

3. 12.5-ci maddə üzrə:

3.1. birinci cümlədə “12.2.5-ci maddəsi” sözləri “12.2.4-cü və 12.2.5-ci maddələri” sözləri ilə əvəz edilsin;

3.2. ikinci cümlədə “Elektron hökumət” portalında” sözləri “EHİS-də” sözləri ilə əvəz edilsin.

4. 14.0.3-cü maddəyə “almaq” sözündən sonra “, habelə kredit bürosunun müəyyən etdiyi qaydada barəsində kredit bürosuna daxil olmuş neqativ məlumat haqqında kredit bürosundan ödənişsiz bildiriş (neqativ məlumatı verən məlumat təchizatçısı göstərilməklə) almaq” sözləri əlavə edilsin.

5. 17.5-ci maddənin birinci və ikinci cümlələrində, 22.5-ci maddədə “Elektron hökumət” portalında” sözləri “EHİS-də” sözləri ilə əvəz edilsin.

6. 19.0.3-cü maddədə “Elektron hökumət” portalından” sözləri “EHİS-dən” sözləri ilə əvəz edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 noyabr 2024-cü il

SƏNƏDLƏR Fərmanlar 23 may 2025
14:20
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli 190-VIIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli...

23 may 2025, 14:20