“Sosial xidmət haqqında” Azərbaycan Respublikasının 2011-ci il 30 dekabr tarixli 275-IVQ nömrəli Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

29 noyabr 2012, 20:40

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının 2011-ci il 30 dekabr tarixli 275-IVQ nömrəli Qanununun icrasını təmin etmək məqsədi ilə qərara alıram:

1. Müəyyən edilsin ki:
1.1. “Sosial xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 7.1.4-cü maddəsində ikinci halda nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir;
1.2. həmin Qanunun 10.1-ci maddəsinin birinci cümləsində, 10.2-ci və 10.3-cü maddələrində, 11.3-cü maddəsinin birinci cümləsində, 12.1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini:
1.2.1. sağlamlıq imkanları məhdud 5 yaşınadək uşaqlar (valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum uşaqlar istisna olmaqla); təhsilə cəlb olunmayan sağlamlıq imkanları məhdud 5 yaşından 18 yaşınadək uşaqlar; xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti, habelə onlara qulluq və kömək edə biləcək əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri olmayan şəxslər (ailələr); baxımsız, baxımsızlıq və ya kimsəsizlik nəticəsində həyatına və ya sağlamlığına təhlükə yaranan, yaxud tərbiyə edilməsi və ya saxlanması üçün tələblərə cavab verməyən şəraitdə olan uşaqlar; insan alverinin qurbanları; məişət zorakılığından zərər çəkmiş şəxslər; müəyyən yaşayış yeri olmayan şəxslər; sosial yadırğama (dezadaptasiya) və sosial məhrumiyyət (deprivasiya) vəziyyətində olan şəxslər; valideynlərini itirdiyinə və ya valideyn himayəsindən məhrum olduğuna görə sosial xidmət müəssisələrində yaşamış və həmin müəssisələri tərk etdikdən sonra yaşayış yeri olmayan şəxslər barəsində - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi;
1.2.2. təhsilə cəlb olunan sağlamlıq imkanları məhdud 5 yaşından 18 yaşınadək uşaqlar barəsində - Azərbaycan Respublikasının Təhsil Nazirliyi;
1.2.3. ictimai təhlükəli xəstəliyə tutulduğuna görə həyat fəaliyyəti məhdudlaşan şəxslər barəsində - Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi;
1.2.4. valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqlar; hüquq pozuntusu törədən uşaqlar; müəyyən yaşayış yeri olmayan şəxslər barəsində - yerli icra hakimiyyəti orqanları həyata keçirirlər;
1.3. həmin Qanunun 13.1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirirlər;
1.4. həmin Qanunun 16-cı və 28-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini:
1.4.1. sağlamlıq imkanları məhdud 5 yaşınadək uşaqlar; təhsilə cəlb olunmayan sağlamlıq imkanları məhdud 5 yaşından 18 yaşınadək uşaqlar; xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti, habelə onlara qulluq və kömək edə biləcək əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri olmayan şəxslər (ailələr); baxımsız, baxımsızlıq və ya kimsəsizlik nəticəsində həyatına və ya sağlamlığına təhlükə yaranan, yaxud tərbiyə edilməsi və ya saxlanması üçün tələblərə cavab verməyən şəraitdə olan uşaqlar; insan alverinin qurbanları; məişət zorakılığından zərər çəkmiş şəxslər; müəyyən yaşayış yeri olmayan şəxslər; sosial yadırğama (dezadaptasiya) və sosial məhrumiyyət (deprivasiya) vəziyyətində olan şəxslər; valideynlərini itirdiyinə və ya valideyn himayəsindən məhrum olduğuna görə sosial xidmət müəssisələrində yaşamış və həmin müəssisələri tərk etdikdən sonra yaşayış yeri olmayan şəxslər barəsində - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi;
1.4.2. təhsilə cəlb olunan sağlamlıq imkanları məhdud 5 yaşından 18 yaşınadək uşaqlar; valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş 6 yaşından 18 yaşınadək uşaqlar (ümumtəhsil internat məktəbləri üzrə); hüquq pozuntusu törədən uşaqlar barəsində - Azərbaycan Respublikasının Təhsil Nazirliyi;
1.4.3. valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 4 yaşınadək uşaqlar, habelə sağlamlıq imkanları məhdud 5 yaşınadək uşaqlar; ictimai təhlükəli xəstəliyə tutulduğuna görə həyat fəaliyyəti məhdudlaşan şəxslər barəsində - Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi;
1.4.4. valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş 3 yaşından 18 yaşınadək uşaqlar (uşaq evləri üzrə); müəyyən yaşayış yeri olmayan şəxslər barəsində - yerli icra hakimiyyəti orqanları həyata keçirirlər.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 noyabr 2012-ci il.

SƏNƏDLƏR Fərmanlar 12 iyun 2025
16:57
Sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin məbləğlərinin artırılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 23...

12 iyun 2025, 16:57
SƏNƏDLƏR Sərəncamlar 12 iyun 2025
16:55
Şuşa şəhərinin 2026-cı il üçün “İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2023-cü il oktyabrın 5-də İran İslam Respublikasının Ərdəbil şəhərində keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin turizm nazirlərinin 5-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2026-cı il...

12 iyun 2025, 16:55
SƏNƏDLƏR Məktublar 12 iyun 2025
10:36
Türk Dövlətləri Təşkilatının ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazirlərinin və qurum rəhbərlərinin “Müasir cəmiyyətdə qadının rolu: dayanıqlı inkişaf və ənənəvi dəyərlər” mövzusunda ikinci iclasının iştirakçılarına

Hörmətli iclas iştirakçıları!

Sizi Türk Dövlətləri Təşkilatının ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazirlərinin və qurum rəhbərlərinin “Müasir cəmiyyətdə qadının rolu: dayanıqlı inkişaf və ənənəvi...

12 iyun 2025, 10:36
SƏNƏDLƏR Fərmanlar 11 iyun 2025
15:42
Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 iyul tarixli 536 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 iyul tarixli 536 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

11 iyun 2025, 15:42