İlham Əliyev Qabonun vitse-prezidenti ilə görüşüb

13 noyabr 2024, 17:06
İlham Əliyev Qabonun vitse-prezidenti ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 13-də Qabon Respublikasının vitse-prezidenti Cozef Ovondault Berre ilə görüşüb.

Qabonun vitse-prezidenti COP29-a dəvətə görə dövlətimizin başçısına təşəkkür etdi, bu tədbirin ölkəmizdə keçirilməsi münasibətilə təbriklərini çatdırdı.

Dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycan Afrika ölkələri ilə əlaqələrin inkişafına mühüm əhəmiyyət verir.

Söhbət zamanı ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi üçün nümayəndə heyətlərinin səfərləri məsələsinə toxunuldu.

gallery-photogallery-photo
SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55