İlham Əliyev Kot d-İvuarın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir

29 noyabr 2012, 16:25
İlham Əliyev Kot d-İvuarın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir

Prezident İlham Əliyev Kot d-İvuar Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bernar Tano-Buçuenin etimadnaməsini qəbul etmişdir.

Səfir fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Bernar Tano-Buçue etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti səfirlə söhbət etdi.

Səfir Bernar Tano-Buçue Kot d-İvuar Respublikasının Prezidenti Alasane Ouattaranın salamlarını dövlətimizin başçısına çatdırdı. Diplomat Bernar Tano-Buçue öz ölkəsinin rəhbərliyinin Azərbaycan ilə ikitərəfli münasibətlərin inkişaf etdirilməsində maraqlı olduğunu dedi. Ölkələrimizin əməkdaşlıq imkanlarının böyük potensiala malik olduğunu vurğulayan kot d-ivuarlı diplomat əlaqələrimizin inkişafı istiqamətində səylərini əsirgəməyəcəyini dedi.

Dövlət başçısı Azərbaycan Respublikası ilə Kot d-İvuar Respublikası arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi üçün əməkdaşlıq imkanlarının öyrənilməsinin zəruriliyini vurğuladı. Prezident İlham Əliyev səfirə ölkəmizdəki diplomatik fəaliyyətində uğurlar arzuladı.

Dövlət başçısı Prezident Alasane Ouattaranın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Kot d-İvuar dövlətinin başçısına çatdırmağı xahiş etdi.

gallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 23 may 2025
14:20
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli 190-VIIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli...

23 may 2025, 14:20