Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

08 noyabr 2024, 12:00

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 15-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 797 (Cild I); 2024, № 1, maddə 7, № 4, maddə 365, № 5 (I kitab), maddələr 488, 489, 503) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 51.8-ci maddə üzrə:

1.1.1. birinci cümlə çıxarılsın;

1.1.2. ikinci cümlədə “təsviri, spesifikasiyası və nümunəsi” sözləri “forması” sözü ilə əvəz edilsin;

1.2. 67-ci maddə üzrə:

1.2.1. 67.10-cu maddədə “icazəsinin müəyyən olunmuş qaydada doldurulmasını və işəgötürənə təqdim olunmasını təmin edir” sözləri “icazəsini “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada tərtib edir” sözləri ilə əvəz edilsin;

1.2.2. 67.11-ci maddədə “şəxsi tərəfindən imzalanır və həmin orqanın möhürü ilə təsdiq edilir” sözləri “şəxsinin təkmil sertifikatlı gücləndirilmiş elektron imzası ilə təsdiqlənir” sözləri ilə əvəz edilsin;

1.2.3. 67.12-ci maddə aşağıdakı redaksiyada verilsin:

“67.12. İş icazəsinin verilməsinə görə dövlət rüsumu ödənildikdən sonra işəgötürənin bu icazəni elektron üsulla əldə etməsi imkanı təmin olunur.”;

1.2.4. 67.14-cü maddədə “icazəsi blankının fərdi olaraq doldurulması və verilməsi” sözləri “icazəsinin elektron qaydada tərtib olunması və təqdim olunması” sözləri ilə əvəz edilsin;

1.3. 68-ci maddə üzrə:

1.3.1. 68.1-ci maddədən “və ya iş icazəsi itirildikdə,” sözləri çıxarılsın və həmin maddədə “belə icazənin” sözləri “iş icazəsinin” sözləri ilə əvəz edilsin;

1.3.2. 68.3-cü maddədən “və əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə verilmiş iş icazəsinin surəti” sözləri çıxarılsın;

1.4. 69.5-ci maddə aşağıdakı redaksiyada verilsin:

“69.5. İş icazəsinin müddətinin uzadılmasına görə dövlət rüsumu ödənildikdən sonra işəgötürənin müddəti uzadılmış iş icazəsini elektron üsulla əldə etmək imkanı təmin olunur.”.

Maddə 2. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 740 (Cild I); 2024, № 1, maddələr 10, 16, № 6 (I kitab), maddə 637, № 7, maddələr 747, 751, 775, № 8, maddə 933) 19.4-cü maddəsinin birinci cümləsində “və ya iş icazəsi itirildikdə, belə icazənin” sözləri “iş icazəsinin” sözləri ilə əvəz edilsin.

Maddə 3. Keçid müddəalar

3.1. Bu Qanunun qüvvəyə mindiyi günədək verilmiş (müddəti uzadılmış) iş icazələri onlarda göstərilmiş müddət bitənədək öz hüquqi qüvvəsini saxlayır. Bu iş icazələri itirildikdə, məhv olduqda, yararsız hala düşdükdə, habelə əcnəbinin və vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənədlərindəki məlumatlar və ya işlədiyi hüquqi şəxsin adı dəyişdikdə elektron qaydada tərtib olunur, işəgötürənin onu elektron üsulla əldə etməsi imkanı təmin olunur və bu zaman dövlət rüsumunun ödənilməsi tələb olunmur.

3.2. Bu Qanun 2024-cü il noyabrın 1-dən qüvvəyə minir.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 oktyabr 2024-cü il

SƏNƏDLƏR Sərəncamlar 28 fevral 2025
14:45
Azərbaycan Respublikasında çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının 7 şəhərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi...

28 fevral 2025, 14:45
SƏNƏDLƏR Fərmanlar 28 fevral 2025
13:13
Azərbaycan Respublikası Prezidentinin “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” 2019-cu il 27 iyun tarixli 759 nömrəli və “Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında” 2021-ci il 7 oktyabr tarixli 1455 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

28 fevral 2025, 13:13
SƏNƏDLƏR Fərmanlar 27 fevral 2025
16:12
“Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2023-cü il 8 dekabr tarixli 1051-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi və bəzi fərmanlarının ləğvi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan...

27 fevral 2025, 16:12