İlham Əliyev Somalinin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

01 noyabr 2024, 10:20
İlham Əliyev Somalinin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 1-də Somali Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Fathudin Ali Mohamedin etimadnaməsini qəbul edib.

Səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.

Prezident İlham Əliyev səfirlə söhbət etdi.

COP29-un ölkəmizdə keçirilməsi ilə bağlı təbriklərini çatdıran Fathudin Ali Mohamed Somali Prezidentinin bu tədbirdə iştirak edəcəyini bildirərək vurğuladı ki, COP çərçivəsində Azərbaycan və Somali dövlət başçılarının keçiriləcək görüşü münasibətlərimizin inkişafına əlavə təkan verəcək.

Səfir əməkdaşlığımızın gündən-günə möhkəmləndiyini qeyd etdi. O, elm və təhsil sahələrində əməkdaşlığa toxundu, hələ sovet dövründə Somalidən çoxsaylı tələbənin Azərbaycanda təhsil aldığını dedi və bu ənənələrin davam etdirilməsində maraqlı olduqlarını vurğuladı.

Prezident İlham Əliyev ticarət, iqtisadiyyat və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın olduğunu qeyd etdi.

Söhbət zamanı müxtəlif səviyyələrdə təmasların önəminə toxunuldu, beynəlxalq təşkilatlar, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığımızdan məmnunluq ifadə olundu.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 08 may 2026
16:14
“Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və “Terrorçuluğa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 27 aprel tarixli 395-VIIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və “Terrorçuluğa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda...

08 may 2026, 16:14
SƏNƏDLƏR Qanunlar 08 may 2026
16:13
Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və “Terrorçuluğa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci və 20-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində (Azərbaycan...

08 may 2026, 16:13