15:30
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının siyasi və iqtisadi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Valeh Feyruz oğ...
17 oktyabr 2026, 15:30
Oktyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Kazanda Bosniya və Herseqovinanın Serbska Respublikasının Prezidenti Milorad Dodik ilə görüşü olub.
Milorad Dodik Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviçin salamlarını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədrinə çatdırmağı xahiş etdi.
Milorad Dodik Azərbaycanın göstərdiyi dəstəyə görə təşəkkürünü bildirdi. O, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması münasibətilə təbriklərini çatdırdı.
“Siz suveren Azərbaycanın güclü Liderisiniz. Güclü Lider olmadan güclü dövlət də ola bilməz”, - deyən Milorad Dodik Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin uğurla inkişaf etməsini məmnunluqla qeyd etdi.
O, investisiyalar, əczaçılıq və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün böyük perspektivlərin olduğunu deyərək, Azərbaycanın yol infrastruktur şirkətlərinin Balkan regionunda uğurlu layihələr həyata keçirdiyini qeyd etdi və Bosniya və Herseqovinanın da bunda maraqlı olduğunu vurğuladı.
Prezident İlham Əliyev həm işğal, həm də işğaldan sonrakı dövrlərdə Azərbaycanın ərazi bütövlüyünə göstərdiyi dəstəyə görə təşəkkürünü bildirdi.
Dövlətimizin başçısı Bosniya və Herseqovinaya səfərini məmnunluqla xatırladı.
Prezident İlham Əliyev enerji, nəqliyyat infrastrukturu və investisiyalar sahələrində əməkdaşlıq üçün yaxşı imkanların olduğunu vurğuladı.


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının siyasi və iqtisadi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Valeh Feyruz oğ...
17 oktyabr 2026, 15:30Hörmətli paralimpiya hərəkatının iştirakçıları!
Sizi Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı ilin fevr...
16 oktyabr 2026, 19:12Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
“Əlilliyi olan şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin dövlət icbari şəxsi sığorta vəsaiti hes...
16 oktyabr 2026, 16:35Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin 30 illiyi münasibətilə qərara alıram:
Azərbaycanda idmanın və paralimpiya hərəkatının inkişafında xidmətlərinə görə aşağıd...
16 oktyabr 2026, 12:47Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Dövlət adından yaradılan bir sıra publik hüquqi şəxslərin fəaliyyətinin yenidən təşkili ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 iyun t...
16 oktyabr 2026, 12:46
Azərbaycan Respublikası Prezidentinin
2026-cı il 15 oktyabr tarixli
Fərmanı ilə təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. Bu Əsasnamə “Rəqəmsal rabitə” informasiya sisteminin (bundan sonra – RRİS) fəaliyyətinin hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edir...
15 oktyabr 2026, 11:56Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, telekommunikasiya və poçt rabitəsi sahələrində inzibatçılığın və istifadəçi məmnunluğu səviyyəsinin artırılmasını və göstərilən xidmətlərin rəqəmsallaşdırılmasını təmin etmək mə...
15 oktyabr 2026, 11:54