İlham Əliyevin Kazanda Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi ilə görüşü olub

23 oktyabr 2024, 12:50
İlham Əliyevin Kazanda Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi ilə görüşü olub

Oktyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Kazanda Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov ilə görüşü olub.

Dövlətimizin başçısını salamlayan Rüstəm Minnixanov dedi:

-İlham Heydər oğlu, fürsətdən istifadə edərək Rusiya-Azərbaycan münasibətləri çərçivəsində respublikamıza göstərdiyiniz diqqətə görə Sizə təşəkkür etmək istərdim. Biz bunu çox yüksək qiymətləndiririk və əlbəttə ki, bizim Prezidentin belə bir dövlət səfərini həyata keçirdiyinə görə fəxr edirik. Həmin səfəri çox yaxşı işıqlandırdılar. Bu yaxınlarda Siz bizim rəhbəri təbrik etdiniz, çoxlu işgüzar məsələ var idi. BRICS-i bizə etibar ediblər. Vaxt tapıb gəlməyiniz və iştirak etməyiniz bizim üçün böyük şərəfdir. İcazə versəniz, həmkarlarımızla gördüyümüz işlərlə bağlı bəzi məsələləri məruzə etmək istərdim.

Prezident İlham Əliyev dedi:

-Rüstəm Nurqaliyeviç, sağ olun. Bir daha qardaş torpaqda olmağıma şadam. İlk növbədə, Sizi və Tatarıstan Respublikasının bütün sakinlərini bu əlamətdar hadisə - BRICS sammitinin, həmçinin “BRICS+”un keçirilməsi münasibətilə təbrik etmək istərdim. Bu, Rusiya Federasiyası rəhbərliyinin respublikaya, şəxsən Sizə, Tatarıstan vətəndaşlarına xüsusi münasibətinin təzahürüdür, həmçinin Tatarıstanın Sizin rəhbərliyinizlə nail olduğu potensialın göstəricisidir. Çünki belə bir irimiqyaslı sammitin keçirilməsi, əlbəttə ki, tədbirlərin, dövlət başçılarının ikitərəfli görüşlərinin təşkili üçün resursların, infrastrukturun, o cümlədən mehmanxana şəbəkəsinin olmasını tələb edir. Ona görə də əvvəlcədən səmimi təbriklərimi çatdırıram. Əminəm ki, hər şey ən yüksək səviyyədə keçəcək.

Əlbəttə, Tatarıstan ilə Azərbaycan arasında münasibətlər Rusiya Federasiyasının və Azərbaycanın dövlətlərarası münasibətlərinin mühüm tərkib hissəsidir. Siz də qeyd etdiyiniz kimi, Rusiya Federasiyasının Prezidenti bu ilin avqustunda Azərbaycana dövlət səfəri etdi. Bundan sonra da biz görüşmüşük. Beləliklə, ikitərəfli münasibətlərin dinamikası, o cümlədən Tatarıstan-Azərbaycan ikitərəfli formatı çox yaxşıdır. Bu gün onları müzakirə edəcəyik. Bizim yoldaşlarımız da görüşümüzə hazırlıqlı gəliblər. Zənnimcə, yaxın vaxtlarda yaxşı nəticələrin şahidi olacağıq. Fürsətdən istifadə edərək, bir daha təbriklərimi çatdırmaq və Sizin üçün münasib bir vaxtda Sizi Azərbaycana səfərə dəvət etmək istəyirəm.

Rəis Rüstəm Minnixanov: Sağ olun. Biz həm işgüzar, həm də turistik baxımdan imkan taparaq dünya səviyyəli kompleksləri qiymətləndirdik və onlara heyran olduq. Mən hələ Bakını demirəm. Bakı bizim üçün işləri necə təşkil etmək, təcrübə toplamaq baxımından özlüyündə bir örnəkdir. Bizim artıq ziyarət etdiyimiz turistik dağ-xizək mərkəzi isə, əlbəttə, hamımızı valeh etdi. Bunun üçün Sizə çox sağ olun deyirik.

Prezident İlham Əliyev: Gələ bilərsiniz. Elə mövsüm də yenicə başlayır, gəlin. Yeri gəlmişkən, artıq ilk qar yağıb.

Rəis Rüstəm Minnixanov: Biz Sizin pərəstişkarınızıq.

Prezident İlham Əliyev: Sağ olun. Belə bir sürpriz haqqında təyyarədə öyrəndim. Sağ olun.

Azərbaycan Prezidentinin Tatarıstanın ali dövlət mükafatı ilə təltif olunması haqqında Fərman oxundu: “Tatarıstan Respublikası Rəisinin Fərmanı ilə Tatarıstan Respublikası ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın inkişafına, xalqlar arasında dostluq və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə töhfəsinə görə Prezident İlham Əliyev “Dostluq” ordeni ilə təltif olunur”.

Rəis Rüstəm Minnixanov: Bu, “Sollers” şirkətidir.

Prezident İlham Əliyev: Bilirik.

Rəis Rüstəm Minnixanov: Həmin avtomobillərdən ən yaxşı yerlərdə istifadə etmək üçün xahiş etmişdik.

Prezident İlham Əliyev: Çox sağ olun, Rüstəm Nurqaliyeviç. Belə yüksək mükafata görə təşəkkür edirəm. Bu, mənim üçün həqiqətən də böyük sürprizdir. Bu barədə təyyarə Kazana enəndə öyrəndim. Tatarıstan Respublikasının yüksək ordeni ilə təltif olunmaq böyük şərəfdir. Bütün Azərbaycan xalqı adından, şəxsən öz adımdan bir daha Sizə təşəkkür edirəm. Elə təyyarədə Sizin Azərbaycana və Bakıya sonuncu səfərinizi xatırlayırdım. Siz həm Cəbrayılda, həm də Zəngilanda tatar icması ilə birlikdə Sabantuy bayramında iştirak edirdiniz. Hədiyyəyə görə də sağ olun. Biz onu elə Sizin olduğunuz həmin bölgələrə - Zəngilana, Cəbrayıla göndərəcəyik, orada onlara çox ehtiyac var. Bu mükafata görə Sizə bir daha təşəkkürümü bildirirəm.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 17 avqust 2026
12:08
“Bir sıra dövlət qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 fevral tarixli 599 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Bir sıra dövlət qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 fevral tarixli 599...

17 avqust 2026, 12:08
SƏNƏDLƏR Fərmanlar 17 avqust 2026
12:07
“Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 459-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Qiymətləndirmə fəaliyyəti...

17 avqust 2026, 12:07
SƏNƏDLƏR Qanunlar 17 avqust 2026
12:06
Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci və 13-cü bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (Azərbaycan...

17 avqust 2026, 12:06
SƏNƏDLƏR Sərəncamlar 17 avqust 2026
12:04
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında və dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı şəhid olmuş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının və mülki işçisinin 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında və dövlət sərhədinin...

17 avqust 2026, 12:04
SƏNƏDLƏR Sərəncamlar 17 avqust 2026
12:03
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilsin:

“general-leytenant”...

17 avqust 2026, 12:03
SƏNƏDLƏR Fərmanlar 14 avqust 2026
13:48
“Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Belarus Respublikasının Milli Statistika Komitəsi arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2026-cı il iyunun 2-də Minsk şəhərində imzalanmış “Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Belarus...

14 avqust 2026, 13:48
SƏNƏDLƏR Fərmanlar 14 avqust 2026
13:46
“Dövlət auditi” informasiya sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Büdcə sistemi haqqında”, “Sığorta fəaliyyəti haqqında” və “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik...

14 avqust 2026, 13:46