21:41

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 21-ci bəndinə uyğun olaraq qərara alır:
“Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikası Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, №10, maddə 709; 2004, №1, maddə 6; 2007, №6, maddə 563; 2008, №5, maddə 345; 2009, №8, maddə 615; Azərbaycan Respublikasının 2012-ci il 12 iyun tarixli 378-IVQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:
7-ci maddədə:
7.4-cü maddədə “Ərazi” sözü “Bu Qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, ərazi” sözləri ilə əvəz edilsin;
7.5.-ci maddənin ikinci cümləsində “Ərazi” sözü “Bu Qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, ərazi” sözləri ilə əvəz edilsin.
2. 8-ci maddədə:
2.1. 8.4-cü maddədə “Ərazi” sözü “Bu Qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, ərazi” sözləri ilə əvəz edilsin;
2.2. 8.5-ci maddədə “Ərazi” sözü “Bu Qanunun 12-ci maddəsinə uyğun olaraq yeni yaradılan inzibati ərazi vahidinin tabeliyinə verildiyi hallar istisna olmaqla, ərazi” sözləri ilə əvəz edilsin.
3. 9.6-cı maddədə “Ərazi” sözü “Bu Qanunun 12-ci maddəsinə uyğun olaraq yeni inzibati ərazi vahidinin yaradılması halları istisna olmaqla, ərazi” sözləri ilə əvəz edilsin.
4. 10.3-cü maddədə “Ərazi” sözü “Bu Qanunun 12-ci maddəsinə uyğun olaraq şəhər inzibati ərazi vahidinin yaradılması ilə əlaqədar ərazi vahidinə, yaxud bir və ya bir neçə ərazi vahidinin müəyyən ərazisinə şəhər statusu verildiyi hallar istisna olmaqla, ərazi” sözləri ilə əvəz edilsin.
12-ci maddədə:
maddənin adında “Rayonların və şəhər rayonlarının” sözləri “İnzibati ərazi vahidlərinin” sözləri ilə əvəz edilsin;
12.1-ci və 12.2-ci maddələrdə “rayonların və şəhər rayonlarının” sözləri “inzibati ərazi vahidlərinin” sözləri ilə əvəz edilsin;
12.3-cü maddədə “Rayonlar və şəhər rayonları” sözləri “İnzibati ərazi vahidləri” sözləri ilə əvəz edilsin;
12.3.1-ci maddədə “rayonun və ya şəhər rayonunun” sözləri “inzibati ərazi vahidinin adı,” sözləri ilə əvəz edilsin;
12.3.2-ci maddədə “rayonun və ya şəhər rayonunun” sözləri “inzibati ərazi vahidinin” sözləri ilə əvəz edilsin;
12.4-cü maddə ləğv edilsin;
12.6-cı maddədə “Rayonların” sözü “Yeni şəhər, rayon və şəhər rayonu inzibati ərazi vahidlərinin yaradılması halları istisna olmaqla, rayonların” sözləri ilə əvəz edilsin;
12.7-ci maddədə “Rayonların və şəhər rayonlarının” sözü” “Yeni inzibati ərazi vahidlərinin yaradılması ilə əlaqədar digər inzibati ərazi vahidlərinin sərhədlərinin dəyişdirilməsi halları istisna olmaqla, inzibati ərazi vahidlərinin” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 noyabr 2012-ci il.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, sənaye parklarında bərpa olunan enerji mənbələrindən istifadə imkanlarının artırılması məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının...
07 may 2025, 15:43Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi...
07 may 2025, 15:41Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 10-cu və 15-ci bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası...
07 may 2025, 15:39Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vyetnam Sosialist Respublikasının “Vietnam News Agency” agentliyinə müsahibə verib.
-2025-ci il mayın 7-8-də Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lam Azərbaycan...
06 may 2025, 18:40Məhkəmə-Hüquq Şurasının təkliflərini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun...
06 may 2025, 16:06