İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

26 noyabr 2012, 17:20
İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçəyin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək ölkəmizə hər gəlişi zamanı paytaxtımızda çox böyük inkişaf proseslərinin şahidi olduğunu məmnunluqla qeyd etdi. “Azərbaycan bölgənin, Qafqazın parlayan ulduzudur, inşallah bu ulduz həmişə parlamaqda davam edəcək”,- deyən Cəmil Çiçək ölkəmizin gələcək illərdə də sürətlə inkişaf edəcəyinə ümidvar olduğunu bildirdi. O, Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq əlaqələrinin regionda sülhün və sabitliyin möhkəmləndirilməsində, qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsində mühüm əhəmiyyət daşıdığını vurğuladı. Cəmil Çiçək ölkələrimiz arasında əməkdaşlığın bütün istiqamətlərdə, o cümlədən parlamentlərarası əlaqələr sahəsində də uğurla inkişaf etdiyini vurğuladı.

Dünyada gedən proseslərdə Türkiyənin fəal rolunu yüksək qiymətləndirən Prezident İlham Əliyev Azərbaycan-Türkiyə birliyinin regional əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətini vurğuladı. Prezident İlham Əliyev ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, nəqliyyat, ticarət və digər sahələrdə davam edən uğurlu əməkdaşlıq əlaqələrinin bütün regionun inkişafı üçün böyük əhəmiyyət daşıdığını dedi və bu əməkdaşlığın daha da möhkəmləndirilməsində Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının önəmini qeyd etdi. Parlamentlərarası əməkdaşlığın da yüksək səviyyədə olduğunu vurğulayan dövlətimizin başçısı ölkələrimizin bütün beynəlxalq təşkilatlarda bir-birini daim dəstəklədiyini məmnunluqla qeyd etdi. Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçəyin ölkəmizə səfərinin ikitərəfli münasibətlərimizin daha da genişləndirilməsi işinə xidmət edəcəyinə əminliyini bildirdi.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqlar prosesinin gedişi və bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

SƏNƏDLƏR Qanunlar 10 iyun 2025
15:42
“Azərbaycan Respublikası Silahlı Qüvvələri İntizam nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

PDF yükləyin

10 iyun 2025, 15:42
SƏNƏDLƏR Qanunlar 10 iyun 2025
15:40
“Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

2025-ci il aprelin 23-də Pekin şəhərində imzalanmış “Azərbaycan Respublikası...

10 iyun 2025, 15:40
XƏBƏRLƏR Mətbuat xidmətinin məlumatı 07 iyun 2025
14:50
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olub

İyunun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olub.

Məhəmməd Şahbaz Şərif Prezident İlham Əliyevi və Azərbaycan xalqını...

07 iyun 2025, 14:50
SƏNƏDLƏR Fərmanlar 05 iyun 2025
15:32
“Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 16 may tarixli 196-VIIQD nömrəli Qanununun tətbiqi və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 5 mart tarixli 672 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik...

05 iyun 2025, 15:32
SƏNƏDLƏR Qanunlar 05 iyun 2025
15:30
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin...

05 iyun 2025, 15:30
SƏNƏDLƏR Fərmanlar 05 iyun 2025
15:28
“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 16 may tarixli 200-VIIQD nömrəli Qanununun tətbiqi və “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 725 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan...

05 iyun 2025, 15:28