09 oktyabr 2024, 16:40

Könül Vəliyevadan, Gəncə, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizin uzaqgörən siyasətiniz və məqsədyönlü fəaliyyətiniz nəticəsində doğma torpaqlarımıza qovuşma sevincini yaşayırıq.

Qarşıdan möhtəşəm Zəfər Günü gəlir. Biz bu əlamətdar bayramı qalib ölkənin qalib vətəndaşları kimi qeyd edəcəyik. Bizə bəxş etdiyiniz Qələbə sevincinə görə Sizə minnətdarıq. Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı olduğunuzu bir daha sübut etdiniz.

Əziz Prezidentimiz, Sizin siyasətinizi hər zaman dəstəkləyir və Sizinlə fəxr edirik.

Yaşasın müstəqil və suveren Azərbaycan.

Hörmətlə,

Vəliyeva Könül.

Azərbaycan Respublikası, Gəncə şəhəri.