13:19
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə uyğun olaraq qərara alıram: ...
14 may 2025, 13:19Hörmətli sessiya iştirakçıları!
Sizi Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin 40-cı plenar iclasının açılışı münasibətilə ürəkdən təbrik edirəm.
Müasir dövrdə regional təşkilatlar dövlətlər arasında siyasi və iqtisadi əlaqələrin genişləndirilməsi, sülhün və təhlükəsizliyin qorunması, sabitliyin təmin olunması proseslərində getdikcə daha mühüm rol oynayırlar. İyirmi il öncə yaradılmış Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı keçən müddətdə bölgəmizdə əməkdaşlığın genişləndirilməsi məqsədi ilə müxtəlif təşəbbüslər irəli sürmüş və onların həyata keçirilməsi üçün ciddi səylər göstərmişdir. QDİƏT və onun Parlament Məclisi ilə münasibətlərin inkişaf etdirilməsi Azərbaycan Respublikasının xarici siyasətinin vacib istiqamətlərindən birini təşkil etmiş və bu gün də etməkdədir. Biz bu qurumun region ölkələrinin ikitərəfli və çoxtərəfli əməkdaşlığının dərinləşdirilməsinə, ümumi problemlərimizin həllinin tapılmasına verdiyi töhfələri daim yüksək qiymətləndirmişik.
QDİƏT üzvü olan dövlətlərin birgə səyləri ilə həyata keçirilmiş və icra edilməkdə olan transmilli layihələr bölgəmizin dinamik inkişafı üçün əlverişli imkanlar yaratmışdır. Lakin regionumuzda bununla yanaşı həm də həlli gecikdirilən bir sıra problemlərin, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mövcudluğu yerli ölkələrin tərəqqisi yolunda böyük maneə olaraq qalır. Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü nəticəsində ərazimizin 20 faizinin işğal edilməsi, bir milyona yaxın soydaşımızın doğma yurdlarından didərgin salınması nəinki təkcə bizim, həm də digər qonşu ölkələrin və bütövlükdə regionun inkişafını ləngidir, sülh və tərəqqi üçün ciddi təhlükə törədir. Şübhə yoxdur ki, əksər münaqişələrin hamılıqla tanınmış beynəlxalq hüquq prinsip və normaları əsasında ədalətli həlli dövlətlərarası əməkdaşlığın inkişafı üçün də tamamilə yeni perspektivlər aça bilər.
Hörmətli sessiya iştirakçıları!
On iki dövlətin parlamentlərini birləşdirən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası kimi nüfuzlu beynəlxalq təşkilatın yüksək səviyyəli forumunun yenidən Bakı şəhərində keçirilməsi bizim üçün əlamətdar hadisədir. Ümidvaram ki, bu sessiyada qəbul ediləcək qərarlar ölkələrimiz arasında əməkdaşlığın güclənməsinə təkan verəcək və xalqlarımızın rifahının yüksəlməsinə xidmət edəcəkdir. Sizi bir daha Azərbaycan Respublikasında səmimi qəlbdən salamlayır, mötəbər toplantınızın işinə uğurlar arzulayıram.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 26 noyabr 2012-ci il.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə uyğun olaraq qərara alıram: ...
14 may 2025, 13:19Hörmətli cənab Prezident,
Paraqvay Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
İnanıram ki,...
14 may 2025, 11:11Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
“Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi...
13 may 2025, 16:59Azərbaycan Respublikası Konstitusiyasının 133-cü maddəsinin IV hissəsini rəhbər tutaraq qərara alıram:
1. Bəhruz Vidadi oğlu Əhmədov Azərbaycan Respublikası Baş prokurorunun müavini – Azərbaycan Respublikasının Hərbi prokuroru təyin...
13 may 2025, 16:57Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156...
12 may 2025, 15:29Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
“İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 29...
12 may 2025, 15:27Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 21 fevral tarixli 535 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...
12 may 2025, 15:25Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
2025-ci il fevralın 12-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası...
12 may 2025, 15:23