02 oktyabr 2024, 13:30

Vətən müharibəsi iştirakçısından, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident.

Uzun illərdən bəri xalqımızın gözlədiyi Qələbə məhz Sizin və Ordumuzun gücü sayəsində qazanıldı, Qarabağımız azad oldu, 30 illik Vətən, torpaq həsrətinə son qoyuldu. Mən də bu Qələbədə iştirak etdiyim üçün qürur duyuram, hər zaman Sizinlə – Müzəffər Ali Baş Komandanımızla fəxr edirəm. Sizə və dövlətimə güvənim sonsuzdur.

Uca Allahdan diləyirəm ki, Sizi, dövlətimizi, millətimizi və Türk dünyasını daim qorusun. Biz müharibə iştirakçılarına göstərdiyiniz xüsusi diqqətə və qayğıkeş münasibətə görə Sizə səmimi-qəlbdən təşəkkür edir, hər zaman yanınızda olduğumuzu bildiririk.

Hörmətlə,

İsmayılov Elşən, Vətən müharibəsi iştirakçısı.

Azərbaycan Respublikası, Gəncə şəhəri.