01 oktyabr 2024, 16:23

Elşad Allahyarovdan, Klivlend, ABŞ

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunun keçirilməsinə göstərdiyiniz dəstəyə görə Sizə dərin təşəkkürümü bildirirəm.

Uzun illər əvvəl xaricə köçmüş azərbaycanlı alimlər, xüsusən də mənim üçün bu tədbirdə iştirak etmək unudulmaz hisslər yaşatdı. Bu tədbir Sizin bizə göstərdiyiniz böyük qayğının göstəricisi idi. Biz də özümüzü Azərbaycan cəmiyyətinin ayrılmaz bir hissəsi kimi hiss edirik.

Xaricdə yaşayıb işləməyimə baxmayaraq, hər zaman Azərbaycanda baş verən prosesləri diqqətlə izləyirəm. Ordumuzun Qarabağın və işğal olunmuş digər ərazilərin Vətənə qayıdışını təmin etmək üçün apardığı qəhrəmanlıq mübarizəsi son 30 ildə ailəm və mənim üçün ən əlamətdar hadisə oldu. Siz sözünüzə sadiq olan bir Lidersiniz və mən Sizə gələcək işlərinizdə uğurlar arzulayıram.

Forum zamanı tələbələrə mentorluq etməyə, fizika üzrə doktorantlara elmi rəhbərlik etməyə, Azərbaycanlı həmkarlarımla birgə tədqiqatlar aparmağa, nüfuzlu beynəlxalq jurnallarda məqalələr dərc etməyə və Bakıya xarici maliyyə fondlarını cəlb etməyə hazır olduğumu bildirdim.

Əmin olun ki, Azərbaycan elminin dünyada tanınmasını artırmaq, elmin nüfuzunu yüksəltmək və Vətənimizin iqtisadi inkişafına və rifahına töhfə vermək üçün əlimizdən gələni edəcəyik.

Ən xoş arzularla,

Allahyarov Elşad, “Case Western Reserve” Universitetinin professoru.

Amerika Birləşmiş Ştatları, Klivlend şəhəri.