01 oktyabr 2024, 11:10

Elçin Bədəlovdan, İstanbul, Türkiyə

Möhtərəm cənab Prezident.

Azərbaycan alimlərinin iştirakı ilə elmimizin səviyyəsinin artırılması, yeni dövrün tələblərinə uyğun kadrların yetişdirilməsi, ölkəmizin beynəlxalq nüfuzunun daha da gücləndirilməsi, elmi əlaqələrimizin yüksək səviyyədə inkişaf etdirilməsi naminə təşkil olunmuş Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumuna verdiyiniz dəstək üçün Sizə öz təşəkkürümü bildirirəm.

Forum çərçivəsində iştirakçıların işğaldan azad edilmiş ərazilərin bərpası prosesində alimlərimizin bilik və təcrübəsindən yararlanmaq məqsədilə, Sizin təşəbbüsünüz ilə yaradılmış Qarabağ Universitetinin müəllim heyəti ilə görüşün təşkili, müxtəlif ölkələrdə yaşayan azərbaycanlı alimləri bir araya gətirmək, yerli alimlərlə görüşdürmək, bilik və təcrübə mübadiləsi aparmaq, dünya azərbaycanlı elm adamlarının şəbəkələşməsinə töhfələr verməsi baxımından çox təqdirəlayiq təşəbbüs idi. Azərbaycanlı alimlər olaraq ölkəmizin gələcək uğurları naminə, hər zaman vətəninə sədaqətli, dövlətinə sadiq vətəndaş olaraq, xalqımızın inkişafına, gələcəyin qurucuları sırasında olan kadrların yetişdirilməsində, imkanlarımız çərçivəsində, əlimizdən gələn qədər töhfə verməyə hazırıq!

Hörmətlə,

Bədəlov Elçin, İstanbul Aydın Universitetinin dosenti.

Türkiyə Respublikası, İstanbul şəhəri.