28 sentyabr 2024, 14:10

Rasim Cənnətəliyevdən, Ştutqart, Almaniya

Hörmətli cənab Prezident.

Siz yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir rəhbər kimi Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı naminə çox işlər görürsünüz. Xaricdə yaşayan hər bir azərbaycanlı kimi mən də Sizinlə qürur duyuram.

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin I Forumuna verdiyiniz dəstəyə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Bu dəstək sayəsində dünyanın müxtəlif ölkələrində yaşayan və fəaliyyət göstərən azərbaycanlı alimlər bir araya gələrək, ölkəmizin elmi, iqtisadi və mədəni inkişafına öz töhfələrini vermək üçün vacib bir platforma əldə etmişlər.

Forumumuz, Azərbaycan elminin hər sahədə daha da inkişaf etdirilməsi, alimlərimizin təcrübə və biliklərini paylaşması və yeni əməkdaşlıqların qurulması baxımından böyük əhəmiyyət kəsb edir. Sizin dəstəyiniz, bu məqsədlərin həyata keçirilməsi yolunda mühüm rol oynayır və bizlərə ruh yüksəkliyi verir.

Bir daha Sizə minnətdarlığımı bildirirəm, Sizin rəhbərliyiniz altında Azərbaycanın daha da inkişaf edəcəyinə və elm sahəsində yeni uğurlara imza atacağına inanıram.

Dərin hörmətlə,

Cənnətəliyev Rasim, gənc alim.

Almaniya Federativ Respublikası, Ştutqart şəhəri.