Rusiya Federasiyasının Prezidenti Vladimir Putindən

27 avqust 2024, 16:35

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya

Hörmətli Mehriban Arif qızı.

Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm.

Siz haqlı olaraq həmvətənləriniz arasında və xaricdə yüksək nüfuza maliksiniz.

Rusiyada Sizin ölkələrimiz arasında müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsinə, müxtəlif sahələrdə ikitərəfli qarşılıqlı faydalı əməkdaşlığa şəxsi töhfənizi yüksək qiymətləndirirlər.

Bu yaxınlarda Bakıda keçirdiyimiz görüşü məmnunluqla xatırlayıram. Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, rifah və dövləti fəaliyyətinizdə uğurlar arzulayıram. İlham Heydər oğluna və bütün ailə üzvlərinizə səmimi salamlarımı çatdırmağınızı xahiş edirəm.

Hörmətlə,

 

Vladimir Putin

Rusiya Federasiyasının Prezidenti

SƏNƏDLƏR Müraciətlər 18 iyun 2025
15:57
Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 20 illiyinə həsr olunmuş “Məhkəmə idarəçiliyi sahəsində qlobal çağırışlar” mövzusunda beynəlxalq konfransın iştirakçılarına

Hörmətli konfrans iştirakçıları,

Sizi Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 20 illik yubileyinə həsr olunmuş “Məhkəmə idarəçiliyi sahəsində qlobal çağırışlar” mövzusunda beynəlxalq konfransın öz işinə başlaması...

18 iyun 2025, 15:57
SƏNƏDLƏR Müraciətlər 18 iyun 2025
11:28
“Qanunun aliliyinin gücləndirilməsi: ombudsmanların və milli insan hüquqları təsisatlarının rolu” mövzusunda Ombudsmanların Beynəlxalq Simpoziumunun iştirakçılarına

Hörmətli simpozium iştirakçıları,                                     

Sizi “Qanunun aliliyinin gücləndirilməsi: ombudsmanların və milli insan hüquqları təsisatlarının rolu” mövzusunda Ombudsmanların Beynəlxalq Simpoziumunun...

18 iyun 2025, 11:28