Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularının “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

22 avqust 2024, 12:05

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin aşağıdakı hərbi qulluqçuları “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilsinlər:

 

Babayev Əli Aydın oğlu – polkovnik-leytenant

Fərzəliyev Teymur Qaçay oğlu – polkovnik-leytenant

Hüseynov Tofiq Qabil oğlu – polkovnik-leytenant

Abdullayev Ülvi Saleh oğlu – mayor

Məmmədyarov Kənan Ramiz oğlu – mayor

Əliyev Aleksey Ələmət oğlu – kapitan

Qurbanov Anar Eldar oğlu – kapitan

Mehrəliyev Zahir Şakir oğlu – kapitan

Abdullayev Rövşən Vəliş oğlu – baş çavuş

Əlizadə İlqar Qoşqar oğlu – baş çavuş

Əmirov Pərviz Vaqif oğlu – baş çavuş

Zeynalov Timur Bulud oğlu – baş çavuş.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 avqust 2024-cü il

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55