10:50

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 6-da Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunu qəbul edib.
Prezident İlham Əliyev Sergey Şoyqunun səfərinin ikitərəfli münasibətlərin gündəliyi və qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığını dedi.
Dövlətimizin başçısı Azərbaycan ilə Rusiya arasında regionda gedən proseslərlə bağlı mütəmadi təmasların əhəmiyyətini qeyd etdi.
İkitərəfli münasibətlərimizin uğurla inkişaf etdiyini deyən Azərbaycan Prezidenti bunun ən yüksək və digər səviyyələrdə təmaslarda, eyni zamanda, ölkələrimiz arasında imzalanmış sənədlərin və yol xəritələrinin həyata keçirilməsi, təhlükəsizlik, nəqliyyat, energetika, hərbi-texniki, humanitar sahələrdə əməkdaşlıqda özünü nümayiş etdirdiyini vurğuladı. Prezident İlham Əliyev bu məsələlərlə bağlı mütəmadi olaraq Prezident Vladimir Putin ilə müzakirələrin aparıldığını bildirdi.
Hökumətlərarası komissiyanın fəal işlədiyini deyən dövlətimizin başçısı bu yaxınlarda Bakıda bu komissiyanın iclasının keçiriləcəyini vurğuladı. Prezident İlham Əliyev ölkələrimizin digər qurumları arasında da fəal təmasların olduğunu qeyd etdi.
Dövlətimizin başçısı iki ölkənin siyasi rəhbərliyi arasında qəbul olunmuş qərarların, məhz “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamənin müddəalarının uğurla həyata keçirilməsini məmnunluqla qeyd etdi.
Azərbaycan-Rusiya münasibətlərinin bəzi qonşu dövlətlər üçün də bir nümunə olduğunu deyən Prezident İlham Əliyev bunu Cənubi Qafqazda və daha geniş məkanda mühüm təhlükəsizlik faktoru kimi dəyərləndirdi.
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu nümayəndə heyətinə səmimi və isti münasibətin göstərilməsinə görə minnətdarlığını bildirərək, bunun əsasında iki ölkənin dövlət başçıları arasında olan şəxsi münasibətlərin durduğunu dedi.
Sergey Şoyqu ölkələrimiz arasında regional təhlükəsizlik, hərbi-texniki, nəqliyyat, iqtisadi sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini vurğuladı. O, ikitərəfli əməkdaşlığın gündəliyində çox mühüm məsələlərin durduğunu və onların uğurla həll edildiyini dedi. Bu xüsusda Şimal-Cənub dəhlizinin həyata keçirilməsini bunun nümunəsi kimi dəyərləndirdi və bununla bağlı üçtərəfli əsasda böyük işlərin görüldüyünü qeyd etdi.
Sergey Şoyqu ölkəsinin Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesini dəstəklədiyini bildirdi.
Görüşdə “3+3” formatında əməkdaşlığın perspektivləri müzakirə olundu.
Söhbət zamanı Ümummilli Lider Heydər Əliyevin xatirəsinə Rusiyada göstərilən ehtirama toxunularaq, Baykal-Amur Magistralının tikintisində Ulu Öndərin böyük rolu bir daha qeyd edildi, Prezident İlham Əliyevin bu ilin aprelində Moskvada Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə keçirilən tədbirdə iştirakının əhəmiyyəti vurğulandı.

Hörmətli həmvətənlər!
Müqəddəs Milad bayramı münasibətilə Azərbaycanın bütün xristian icmasını ürəkdən təbrik edir, hamınıza cansağlığı və xoşbəxtlik arzulayıram.
Azərbaycanda əsrlərdən bəri xristian dininin mənsubları digər...
05 yanvar 2025, 13:05Hörmətli cənab Prezident,
Çetinye şəhərində silahlı hücum nəticəsində insanların həlak olması və xəsarət alması xəbəri bizi son dərəcə sarsıtdı.
Bu faciə ilə əlaqədar dərdinizə şərik çıxır, Sizə, həlak olanların ailələrinə...
02 yanvar 2025, 17:44
Hörmətli cənab Sədr,
Sudan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.
Sizin COP29-da iştirak etmək üçün Bakıya səfərinizi...
01 yanvar 2025, 11:10Hörmətli cənab Prezident,
Kuba Respublikasının milli bayramı – Azadlıq Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı...
01 yanvar 2025, 11:08Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Dövlət xidmətlərinin göstərilməsində səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara...
31 dekabr 2024, 13:56Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Sosial müdafiə sahəsinin inkişafında səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi...
31 dekabr 2024, 13:54Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasında mədəniyyət sahəsində uzunmüddətli...
31 dekabr 2024, 13:52Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli...
31 dekabr 2024, 13:50Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Dekabrın 25-də çox sayda insanın həlak olduğu və yaralandığı faciəvi təyyarə qəzası ilə bağlı xəbər bizi dərindən kədərləndirdi.
Surinam...
31 dekabr 2024, 12:55