Azərbaycan Respublikası Prezidentinin “Xüsusi təyinatlı təhsil müəssisələrinin təsis edilməsi Qaydaları”nın və “Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısı”nın təsdiq edilməsi haqqında” 2010-cu il 24 may tarixli 274 nömrəli və “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan xüsusi təyinatlı təhsil müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi və “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 17 aprel tarixli 502 nömrəli və “Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1628 nömrəli fərmanlarının ləğv edilməsi barədə” 2022-ci il 5 mart tarixli 1626 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

31 iyul 2024, 13:15

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 may tarixli 274 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 5, maddə 403 (Cild I); Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 22 may tarixli 69 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısı”nın 1-ci hissəsinin yeddinci və səkkizinci abzasları müvafiq olaraq onuncu və on birinci abzaslar hesab olunsun və aşağıdakı məzmunda yeddinci – doqquzuncu abzaslar əlavə edilsin:

“Bakı Hərbi Kolleci;

Gəncə Hərbi Kolleci;

Naxçıvan Hərbi Kolleci;”.

2. “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan xüsusi təyinatlı təhsil müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi və “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 17 aprel tarixli 502 nömrəli və “Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1628 nömrəli fərmanlarının ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 5 mart tarixli 1626 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 3, maddə 214 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

2.1. həmin Fərmanla təsdiq edilmiş “Milli Müdafiə Universitetinin Nizamnaməsi” üzrə:

2.1.1. 4.2-ci bəndə “Mərkəzi,” sözündən sonra “Bakı Hərbi Kolleci, Gəncə Hərbi Kolleci, Naxçıvan Hərbi Kolleci,” sözləri, “tədris şöbəsi,” sözlərindən sonra “fakültələr, kurslar,” sözləri əlavə edilsin;

2.1.2. 4.4-cü bəndin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“Universitet rektorunun müavinləri, habelə Universitetin tabeliyindəki Hərbi Elmi Tədqiqat İnstitutunun, Hərbi İdarəetmə İnstitutunun, Heydər Əliyev adına Hərbi İnstitutun rektorları və Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin rəisi Azərbaycan Respublikası müdafiə nazirinin təqdimatına əsasən Azərbaycan Respublikasının Prezidenti tərəfindən, Bakı Hərbi Kollecinin, Gəncə Hərbi Kollecinin, Naxçıvan Hərbi Kollecinin, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin və Heydər Əliyev adına Hərbi Liseyin rəisləri isə Universitet rektorunun təqdimatına əsasən Azərbaycan Respublikasının müdafiə naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.”;

2.2. həmin Fərmanla təsdiq edilmiş “Heydər Əliyev adına Hərbi İnstitutun Nizamnaməsi” üzrə:

2.2.1. 1.1-ci bənddən və 3.1.4-cü yarımbənddən “orta ixtisas təhsili,” sözləri çıxarılsın;

2.2.2. 1.3-cü bənddən “orta ixtisas təhsilli mütəxəssislər və” sözləri çıxarılsın;

2.2.3. 5.2.2-ci yarımbənd, 6.2-ci və 7.28-ci bəndlər ləğv edilsin;

2.2.4. 6.3-cü bənddən “orta ixtisas təhsili pilləsinə və” sözləri çıxarılsın;

2.2.5. 7.3-cü bəndin ikinci cümləsində “Universitet” sözü “İnstitut” sözü ilə əvəz edilsin;

2.2.6. 7.18-ci bənddən “orta ixtisas,” sözləri çıxarılsın.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 iyul 2024-cü il 

SƏNƏDLƏR Sərəncamlar 17 sentyabr 2026
16:00
F.F.Mustafayevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:                                       

Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə Famil Front oğlu Mustafa...

17 sentyabr 2026, 16:00
SƏNƏDLƏR Müraciətlər 17 sentyabr 2026
10:35
Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına

Hörmətli tədbir iştirakçıları!

Sizi Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısında Bakı şəhərində səmimi-qəlbdən salamlayıram. Azərbaycana xoş gəlmisiniz! Bu mötəbər tədbirin ilk dəfə Azərbaycanda təşkil edilməsi m...

17 sentyabr 2026, 10:35
SƏNƏDLƏR Sərəncamlar 16 sentyabr 2026
16:00
Ü.Z.Quliyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:                                               

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə Ülvi Zahid oğlu Quliyev “Şöhrət” orde...

16 sentyabr 2026, 16:00
SƏNƏDLƏR Sərəncamlar 16 sentyabr 2026
11:29
Azərbaycan Respublikası Auditorlar Palatası üzvlərinin və əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Auditorlar Palatasının 30 illiyi münasibətilə qərara alıram:

Auditor fəaliyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Auditorlar Palat...

16 sentyabr 2026, 11:29
SƏNƏDLƏR Müraciətlər 16 sentyabr 2026
11:28
“Auditin inkişaf mərhələləri: uyğunluqdan strateji tərəfdaşlığa və etimada gedən yol” mövzusunda beynəlxalq elmi-praktik konfransın iştirakçılarına

Hörmətli konfrans iştirakçıları!

Sizi Bakıda Azərbaycan Respublikası Auditorlar Palatasının 30 illik yubileyinə həsr edilmiş “Auditin inkişaf mərhələləri: uyğunluqdan strateji tərəfdaşlığa və etimada gedən yol” mövzusunda beynəlxalq elmi-praktik konfransda səmimi-qəl...

16 sentyabr 2026, 11:28