10:55

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2023-cü il 24 oktyabr tarixli 1007-VIQD nömrəli və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1007-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında” 2024-cü il 28 iyun tarixli 1201-VIQD nömrəli qanunlarının icrası ilə əlaqədar qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 6, maddə 1238 (Cild I); 2024, № 3, maddə 262; Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 20 may tarixli 63 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:
1. 6-cı hissənin “Göstərdiyi xidmətlər” sütununun 2-ci bəndində “ekspertizasından keçirilməli olan obyektlər barədə ekspert” sözləri “ekspertizası” sözü ilə əvəz edilsin.
2. 8-ci hissənin “Göstərdiyi xidmətlər” sütununun 3-cü bəndində “reyestrinə daxil edilməsi” sözləri “reyestrində qeydiyyatdan keçirilməsi” sözləri ilə əvəz edilsin.
3. 14-cü hissənin “Göstərdiyi xidmətlər” sütununun 2-ci bəndində “qeydiyyat vəsiqəsi” sözləri “vəsiqə” sözü ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 iyul 2024-cü il
PDF yükləyin
28 fevral 2025, 14:47Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının 7 şəhərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi...
28 fevral 2025, 14:45Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...
28 fevral 2025, 13:13Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan...
27 fevral 2025, 16:12Prezident İlham Əliyevin bəyanatı
-Hörmətli cənab Prezident, əziz qardaşım.
Əziz qonaqlar, xanımlar və cənablar.
Əziz qardaşım, xoş gəlmisiniz. Bir daha Sizə “Xoş gəlmisiniz!” deyirəm. Sizin son səfəriniz yadımdadır, noyabr ayında...
27 fevral 2025, 15:23Hörmətli cənab Prezident,
Əziz Qardaşım,
Türkiyə Respublikasının ictimai-siyasi həyatında və dövlət idarəçiliyində artıq 25 ilə yaxın bir dövr ərzində müstəsna yer tutan, daim yenilənməkdə, inkişafda və yüksəlişdə olan Ədalət və...
27 fevral 2025, 10:03Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 26-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.
Dövlətimizin başçısı Rəcəb Tayyib Ərdoğana ad günü münasibətilə təbriklərini çatdırıb,...
26 fevral 2025, 14:56