“Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

15 iyul 2024, 14:37

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 9, maddə 568 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 4-cü maddə üzrə:

1.1.1. 4.0.5-ci maddə aşağıdakı redaksiyada verilsin:

“4.0.5. tütün məmulatının idxalını və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinin qeydiyyata alınması, tütün məmulatının idxalını və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinin Reyestrinin (bundan sonra – Reyestr) aparılması qaydasını və Reyestrin əsasnaməsini müəyyən etmək;”;

1.1.2. aşağıdakı məzmunda 4.0.6-1-ci maddə əlavə edilsin:

“4.0.6-1. tütün məmulatının istehsalında yerli tütün xammalından istifadə həcmlərinə dair tələbləri müəyyən etmək;”;

1.2. aşağıdakı məzmunda 4-1-ci maddə əlavə edilsin:

“Maddə 4-1. Tütün məmulatının idxalını və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinin qeydiyyata alınması, qeydiyyatının yenidən rəsmiləşdirilməsi və Reyestrin aparılması

4-1.1. Sahibkarlıq subyektlərinin tütün məmulatının idxalını və istehsalını həyata keçirməsi üçün qeydiyyatı və qeydiyyatının yenidən rəsmiləşdirilməsi ilə bağlı icraat “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

4-1.2. Azərbaycan Respublikasında tütün məmulatının idxalını və istehsalını həyata keçirən sahibkarlıq subyektləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həmin subyektlərin müraciəti əsasında qeydiyyata alınır.

4-1.3. Qeydiyyata alınmış sahibkarlıq subyektləri Reyestrə daxil edilir və həmin subyektlərə Reyestrdən elektron və ya kağız daşıyıcıda çıxarış verilir. Reyestrdən çıxarışın verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilməlidir.

4-1.4. Tütün məmulatının idxalını və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinin qeydiyyata alınması, Reyestrin aparılması qaydası və Reyestrin əsasnaməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

4-1.5. Reyestrə daxil edilən kommersiya və (və ya) vergi sirri təşkil etməyən məlumatlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəsmi internet səhifəsində yerləşdirilməklə müntəzəm olaraq yenilənir və bu məlumatlar istifadəçilər üçün açıqdır.

4-1.6. Qeydiyyata alınmadan tütün məmulatının idxalı və istehsalı fəaliyyətinin həyata keçirilməsinə, o cümlədən bu fəaliyyət üzrə bu Qanunun 10.2-ci və 10.3-cü maddələrində nəzərdə tutulan qeydiyyat şərtlərinə riayət edilməsinə nəzarət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir.”;

1.3. 10-cu maddə üzrə:

1.3.1. 10.1-ci maddədə “hazırlamalı və qüvvədə olan normativlərə uyğun olaraq nizamlanan həcmdə yerli xammaldan istifadə etməlidirlər” sözləri “hazırlamalıdırlar” sözü ilə əvəz edilsin;

1.3.2. 10.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

“10.2. Tütün məmulatının istehsalını həyata keçirən sahibkarlıq subyektlərinin qeydiyyata alınması üçün qeydiyyat şərtləri aşağıdakılardır:

10.2.1. avadanlıqların alınmasına 34 (otuz dörd) milyon manatdan az olmayan məbləğdə investisiyanın qoyulması;

10.2.2. Azərbaycan Respublikasında vergilər və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəliklərin olmaması, habelə barəsində Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq riskli vergi ödəyicisi olmasına dair qüvvədə olan qərarın olmaması;

10.2.3. vergi orqanlarında uçota alınmış təsərrüfat fəaliyyətinin həyata keçirildiyi obyektə dair mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədin olması;

10.2.4. tütün məmulatının istehsalı üçün istifadə olunacaq ölçmə vasitələrinin yoxlanılması haqqında şəhadətnamənin, standart nümunənin və ya ölçmə vasitəsinin tipinin təsdiqi barədə sertifikatın, habelə cihaz, alət, ölçmə vasitələri və sınaq avadanlıqlarının “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq uyğunluğun qiymətləndirilməsinə dair sənədlərin olması;

10.2.5. keyfiyyət və təhlükəsizlik sınaqlarının aparılması üçün müvafiq sahədə akkreditasiya olunmuş sınaq laboratoriyası ilə (istehsalçının müvafiq sahədə akkreditasiya olunmuş sınaq laboratoriyası olmadığı təqdirdə) müqavilənin olması.”;

1.3.3. aşağıdakı məzmunda 10.3 – 10.7-ci maddələr əlavə edilsin:

“10.3. Bu Qanuna uyğun olaraq tütün məmulatının istehsalını həyata keçirən qeydiyyata alınmış sahibkarlıq subyektləri tütün məmulatının istehsalında yerli tütün xammalından (orta damarcığı qismən və ya tamamilə çıxarılmış tütündən) istifadə həcmlərinə dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi tələblərə riayət etməlidirlər.

10.4. Bu Qanunun 10.2.1-ci və 10.3-cü maddələri yalnız siqaret istehsalına şamil olunur.

10.5. Bu Qanunun 10.2.1-ci maddəsi yalnız yeni fəaliyyətə başlayan və ilk dəfə qeydiyyata alınan subyektlərə şamil edilir.

10.6. Bu Qanuna uyğun olaraq qeydiyyata alınmadan tütün məmulatının istehsalı qadağandır.

10.7. Bu Qanunun 10.2.2 – 10.2.5-ci və 10.3-cü maddələrində müəyyən edilən qeydiyyat şərtləri (Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəliklərinin olmaması şərti istisna olmaqla) pozulduqda, habelə “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsində göstərilən hallarda tütün məmulatının istehsalı fəaliyyəti ilə məşğul olan sahibkarlıq subyektlərinin qeydiyyatı ləğv edilir.”;

1.4. 14-cü maddə üzrə:

1.4.1. aşağıdakı məzmunda 14.2-1-ci və 14.2-2-ci maddələr əlavə edilsin:

“14.2-1. Tütün məmulatının idxalını həyata keçirən sahibkarlıq subyektlərinin qeydiyyata alınması üçün qeydiyyat şərtləri aşağıdakılardır:

14.2-1.1. Azərbaycan Respublikasının ərazisində azı 1 (bir) il olmaqla tütün məmulatının istehsalı fəaliyyətinin həyata keçirilməsi;

14.2-1.2. Azərbaycan Respublikasında vergilər və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəliklərin olmaması, habelə barəsində Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq riskli vergi ödəyicisi olmasına dair qüvvədə olan qərarın olmaması;

14.2-1.3. vergi orqanlarında uçota alınmış təsərrüfat fəaliyyətinin həyata keçirildiyi obyektə dair mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədin olması (sahibkarlıq subyektinin fəaliyyəti təsərrüfat subyekti (obyekti) ilə bağlıdırsa).

14.2-2. Bu Qanunun 14.2-1.1-ci maddəsi yalnız siqaret idxalına şamil olunur.”;

1.4.2. 14.3.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

“14.3.1. bu Qanuna uyğun olaraq tütün məmulatının idxalının həyata keçirilməsi üçün qeydiyyata alınmadıqda;”;

1.4.3. aşağıdakı məzmunda 14.3-1-ci maddə əlavə edilsin:

“14.3-1. Bu Qanunun 14.2-1-ci maddəsində müəyyən edilən qeydiyyat şərtləri (Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəliklərinin olmaması şərti istisna olmaqla) pozulduqda, habelə “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsində göstərilən hallarda tütün məmulatının idxalı fəaliyyəti ilə məşğul olan sahibkarlıq subyektlərinin qeydiyyatı ləğv edilir.”.

Maddə 2. Keçid müddəalar

2.1. Bu Qanun “Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikası Qanununun 4-1.4-cü maddəsində nəzərdə tutulmuş qayda ilə eyni gündə qüvvəyə minir.

2.2. Bu Qanun qüvvəyə minənədək tütün məmulatının idxalı və istehsalı ilə məşğul olan şəxslər həmin fəaliyyətlə məşğul olmaq üçün bu Qanun qüvvəyə mindiyi tarixdən 6 (altı) ay müddətində qeydiyyat üçün müraciət etməlidirlər.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 may 2024-cü il 

XƏBƏRLƏR Mətbuat xidmətinin məlumatı 21 oktyabr 2026
19:35
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib

Oktyabrın 21-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Telefon danışığı zamanı dövlət başçıları Azərbaycan-Türkiyə ikitərəfli münasibətlərini, regional və qlobal məsələləri müzakirə edibl...

21 oktyabr 2026, 19:35
SƏNƏDLƏR Sərəncamlar 21 oktyabr 2026
17:00
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğunun yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Xocavənd rayonu ərazisində yerləşən, ən qədim insan məskənlərindən olan və dünya mədəniyyətinin unikal nümunəsi sayılan Azıx və Tağlar mağara düşərgələrinin tarixi-mədəni irs ob...

21 oktyabr 2026, 17:00
SƏNƏDLƏR Qanunlar 21 oktyabr 2026
16:59
“Azərbaycan Respublikası Hökuməti ilə Qoşulmama Hərəkatı Gənclər Təşkilatı arasında Qoşulmama Hərəkatı Gənclər Təşkilatı Katibliyi haqqında Ev Sahibi Ölkə Sazişi”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:                     

2026-cı il sentyabrın 10-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə ...

21 oktyabr 2026, 16:59
SƏNƏDLƏR Qanunlar 21 oktyabr 2026
16:58
“Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

2026-cı il iyulun 31-də Çolpon-Ata şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası...

21 oktyabr 2026, 16:58
SƏNƏDLƏR Qanunlar 21 oktyabr 2026
16:57
“Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında 2022-ci il 11 oktyabr tarixli Sazişə dəyişikliklərin edilməsi haqqında İkinci Əlavə Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:                         

2026-cı il iyulun 31-də Çolpon-Ata şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökumət...

21 oktyabr 2026, 16:57
SƏNƏDLƏR Qanunlar 21 oktyabr 2026
16:56
“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

2026-cı il iyulun 31-də Çolpon-Ata şəhərində imzalanmış “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında...

21 oktyabr 2026, 16:56
XƏBƏRLƏR Mətbuat xidmətinin məlumatı 21 oktyabr 2026
13:45
Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib

Oktyabrın 21-də Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Telefon danışığı zamanı dövlət başçıları dünyada enerji sahəsində yaranmış vəziyyət, mövcud çağırışlar və onların h...

21 oktyabr 2026, 13:45
SƏNƏDLƏR Qanunlar 20 oktyabr 2026
15:51
“Azərbaycan Respublikasının Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun və Paris Sazişinin katibliyi arasında İqlim Həftəsi-4 və Adaptasiya Komitəsinin 30-cu iclası barədə Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

2026-cı il sentyabrın 1-də Bonn şəhərində və 2026-cı il sentyabrın 2-də Bakı şəhərində imzalanmış “Azərbaycan Res...

20 oktyabr 2026, 15:51
SƏNƏDLƏR Sərəncamlar 20 oktyabr 2026
15:50
Azərbaycan Respublikasının Qarabağ Milli Parkının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları tarixən zəngin və özünəməxsus təbii irsə malikdir.

Ermənistan Respublikası tərəfindən işğal altında saxlanıldığı müddət ərzində bu ərazilərdə bioloji müxtəlifliyə ciddi ziyan vurulmuş, Azərbaycan...

20 oktyabr 2026, 15:50
SƏNƏDLƏR Sərəncamlar 20 oktyabr 2026
15:49
Gəncə Memorial Kompleksinin fəaliyyəti ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Gəncə Memorial Kompleksinin fəaliyyətinin təmin edilməsi məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində Gəncə Memorial Kompleksi yaradıl...

20 oktyabr 2026, 15:49
SƏNƏDLƏR Sərəncamlar 19 oktyabr 2026
14:12
Azərbaycan energetiklərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:                                              

Energetika sahəsinin inkişafında səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

2-ci dərəcəli “Əmək...

19 oktyabr 2026, 14:12
SƏNƏDLƏR Sərəncamlar 19 oktyabr 2026
11:21
A.M.Bayramovun Azərbaycan Respublikasının səhiyyə naziri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:                                                                                     

Anar Məhərrəm oğlu Bayramov Azərbaycan Respublikasının səhiyyə naziri təyin edi...

19 oktyabr 2026, 11:21