16:38

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 21 may tarixli 1155-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. Müəyyən edilsin ki:
1.1. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5.8-ci, 5-1.8-ci maddələrində, 6.1.3-cü maddəsinin ikinci cümləsində, 7.1.1-ci maddəsində, 7-2.1-ci maddəsinin üçüncü, dördüncü (hər üç halda) və beşinci cümlələrində, 7-2.4-cü maddəsinin ikinci cümləsində və 11.3.2-1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Qanunun 11.3.2-1-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;
1.3. həmin Qanunun 5-1.8-ci maddəsində və 7-2.4-cü maddəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur;
1.4. həmin Qanunun 5.8-ci maddəsində, 7-2.1-ci maddəsinin dördüncü (üçüncü halda) və beşinci cümlələrində “orqan (qurum)” dedikdə Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur;
1.5. həmin Qanunun 6.1.3-cü maddəsinin ikinci cümləsində, 7.1.1-ci maddəsində, 7-2.1-ci maddəsinin üçüncü və dördüncü (birinci və ikinci hallarda) cümlələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi nəzərdə tutulur;
1.6. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 21 may tarixli 1155-VIQD nömrəli Qanununun 2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.7. həmin Qanunun 2-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi nəzərdə tutulur.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 21 may tarixli 1155-VIQD nömrəli Qanununun 2-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin müvafiq informasiya sisteminin yaradılması ilə bağlı altı ay müddətində müvafiq tədbirlər görsün;
2.2. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
3. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 aprel tarixli 48 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 4, maddə 228 (Cild I) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
3.1. 2.1-ci bənddə “maddəsində, 5.4.10-cu” sözləri “, 5.4.10-cu, 5.8-ci maddələrində” sözləri ilə əvəz olunsun, həmin bəndə “5-1.9-cu” sözlərindən sonra “maddələrində, 6.1.3-cü maddəsinin ikinci cümləsində, 7.1.1-ci maddəsində, 7-2.1-ci maddəsinin üçüncü, dördüncü (hər üç halda) və beşinci cümlələrində, 7-2.4-cü maddəsinin ikinci cümləsində” sözləri, “8-1.2-ci,” sözlərindən sonra “11.3.2-1-ci,” sözləri əlavə edilsin;
3.2. aşağıdakı məzmunda 2.2-1-ci bənd əlavə edilsin:
“2.2-1. həmin Qanunun 11.3.2-1-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;”;
3.3. 2.5-ci bənddə “maddəsinin birinci cümləsində, 7-2.1-ci maddəsində, 7-2.4-cü maddəsinin birinci cümləsində” sözləri “, 7-2.1-ci və 7-2.4-cü maddələrinin birinci cümlələrində” sözləri ilə əvəz edilsin və həmin bənddən “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında” sözləri çıxarılsın;
3.4. 2.5-1-ci bənddə “5-1.8-ci və 5-1.9-cu maddələrində “orqan” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında” sözləri “5.8-ci, 5-1.9-cu maddələrində, 7-2.1-ci maddəsinin dördüncü (üçüncü halda) və beşinci cümlələrində, 13.3-1-ci maddəsində “orqan (qurum)” dedikdə” sözləri ilə əvəz edilsin;
3.5. 2.6-cı və 2.14-1.1-ci bəndlərdən “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında” sözləri çıxarılsın;
3.6. 2.8-ci və 2.9-1-ci bəndlər aşağıdakı redaksiyada verilsin:
“2.8. həmin Qanunun 6.1.3-cü maddəsinin ikinci cümləsində, 7.1.1-ci maddəsində, 7-2.1-ci maddəsinin üçüncü və dördüncü (birinci və ikinci hallarda) cümlələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi nəzərdə tutulur;”;
“2.9-1. həmin Qanunun 5-1.8-ci maddəsində və 7-2.4-cü maddəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur;”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 8 iyul 2024-cü il
Aprelin 23-də Pekində Çin Xalq Respublikasının Sədri Si Cinpinin və birinci xanım Pen Liyuanın adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi ziyafət verilib.
23 aprel 2025, 12:15Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində aprelin 23-də Pekində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji...
23 aprel 2025, 10:57