İlham Əliyev Filippinin ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

01 iyul 2024, 11:05
İlham Əliyev Filippinin ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 1-də Filippin Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Henri Jr. Bensurtonun etimadnaməsini qəbul edib.

Səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra dövlətimizin başçısı səfirlə söhbət etdi.

Henri Jr. Bensurto Filippin Prezidenti Ferdinand Romualdez Markosun salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Filippinin dövlət başçısına çatdırmağı xahiş etdi.

Azərbaycan Prezidenti ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin inkişafını qeyd edərək beynəlxalq təşkilatlar çərçivəsində, həmçinin turizm, investisiyalar sahələrində əməkdaşlığa və insanlar arasında təmaslara toxundu, hökumət nümayəndə heyətlərinin səfərlərinin önəmini vurğuladı.

Səfir Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyinin çox uğurlu olduğunu, bu məsələdə böyük bir irs qoyduğunu və ölkəmizin bu Hərəkatın təsisatlanması istiqamətində ciddi addımlar atdığını qeyd etdi.

COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdıran Henri Jr. Bensurto Filippinin də bu tədbirdə yüksək səviyyəli nümayəndə heyəti ilə təmsil olunacağını dedi.

Dövlətimizin başçısı ölkəmizin həm Qoşulmama Hərəkatına, həm də COP29-a sədrliyi ilə bağlı təbriklərə və xoş sözlərə görə təşəkkürünü bildirdi.

Prezident İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin uğurla həyata keçirilməsinə üzv ölkə kimi Filippinin göstərdiyi dəstəyə görə minnətdarlığını ifadə etdi.

Dövlətimizin başçısı COP29 çərçivəsində Azərbaycanın Qlobal Cənubun tərkib hissəsi olaraq ölkələr arasında həmrəyliyin gücləndirilməsinə və körpülərin qurulmasına çalışacağını vurğuladı.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 28 noyabr 2026
12:30
Ə.A.Vəliyevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:                               

Azərbaycan Respublikasında təhsil sahəsində xidmətlərinə görə Əhməd Abdulkərim oğlu Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ord...

28 noyabr 2026, 12:30
SƏNƏDLƏR Sərəncamlar 28 noyabr 2026
12:00
Ə.H.Əsədovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:                                                             

Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında xüsusi xidmətlərinə görə Əli Hidayət oğlu Əsədo...

28 noyabr 2026, 12:00
SƏNƏDLƏR Qanunlar 27 noyabr 2026
16:24
“Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “TotalEnergies EP Absheron B.V.”, “SOCAR Absheron” və “ADNOC International ProjectCo 1 RSC Limited” şirkətləri arasında dəyişdirilmiş və yeni redaksiyada tərtib olunmuş Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasının Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

1. 2026-cı il sentyabrın 26-da Bakı şəhərində imzalanmış “Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron dəniz ...

27 noyabr 2026, 16:24
SƏNƏDLƏR Fərmanlar 25 noyabr 2026
13:13
İxracda hesablaşmaların tənzimlənməsi ilə bağlı əlavə tədbirlər və Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarixli 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ixracda hesablaşmaların aparılma qaydalarının təkmilləşdirilməsi və hesablaşmalara nəzarət prosedurlarının optimallaşdırılması məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikas...

25 noyabr 2026, 13:13
SƏNƏDLƏR Fərmanlar 25 noyabr 2026
13:12
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində “Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi”nin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında meşə təsərrüfatının və tingçiliyin inkişaf etdirilməsi, meşə ehtiyatlarının dayanıqlı idarə olunması və meşəçilik sahəsində kadr potensialının güclənd...

25 noyabr 2026, 13:12