“Dərman vasitələri haqqında” və “Reklam haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

27 iyun 2024, 13:43

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 10-cu, 11-ci, 20-ci və 26-cı bəndlərini rəhbər tutaraq, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 5 may tarixli 523-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:

Maddə 1. “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 2, maddə 70 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1.0.20-ci maddə aşağıdakı redaksiyada verilsin:

“1.0.20. bioloji aktiv qida məhsulları – qida rasionunu zənginləşdirmək məqsədilə nəzərdə tutulmuş, qidalandırıcı və fizioloji təsirə malik olan nutriyent və digər bioloji aktiv maddələrin birindən və ya bir neçəsindən ibarət, gündəlik qəbuletmə dozası müəyyənləşdirilmiş və dozalaşdırılmış (kapsul, tablet, ampul, damcı və digər analoji formada) qida məhsulu;”;

1.2. 13.3-cü maddədə “uşaq yeməkləri, müalicəvi mineral sular, bioloji fəallığa malik qida əlavələri” sözləri “xüsusi təyinatlı qida məhsulları, təbii mineral sular, bioloji aktiv qida məhsulları” sözləri ilə əvəz edilsin;

1.3. 14-1-ci maddə üzrə:

1.3.1. adında, 14-1.1-ci maddənin birinci və ikinci cümlələrində, 14-1.3-cü və 14-1.7-ci maddələrdə ismin müvafiq hallarında “fəallığa malik qida əlavələri” sözləri ismin müvafiq hallarında “aktiv qida məhsulları” sözləri ilə əvəz edilsin;

1.3.2. 14-1.2-ci maddə üzrə:

1.3.2.1. birinci və ikinci (hər iki halda) cümlələrdə ismin müvafiq hallarında “fəallığa malik qida əlavələri” sözləri ismin müvafiq hallarında “aktiv qida məhsulları” sözləri ilə əvəz edilsin;

1.3.2.2. üçüncü cümlə dördüncü cümlə hesab edilsin və aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:

“Bioloji aktiv qida məhsulları eyni zamanda, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmalıdır.”;

1.3.2.3. dördüncü cümlədə “fəallığa malik qida əlavələrinin” sözləri “aktiv qida məhsullarının” sözləri ilə əvəz edilsin;

1.3.3. 14-1.4-cü maddə üzrə:

1.3.3.1. birinci cümlədə “fəallığa malik qida əlavələrinin” sözləri “aktiv qida məhsullarının” sözləri ilə əvəz edilsin və həmin cümləyə “tələblərə“ sözündən sonra “, habelə “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə” sözləri əlavə edilsin;

1.3.3.2. ikinci cümlədə “fəallığa malik qida əlavələri” sözləri “aktiv qida məhsulları” sözləri ilə əvəz edilsin;

1.3.3.3. üçüncü cümlədə “FƏALLIĞA MALİK QİDA ƏLAVƏLƏRİ” sözləri “AKTİV QİDA MƏHSULLARI” sözləri ilə əvəz edilsin;

1.3.4. 14-1.5-ci maddə üzrə:

1.3.4.1. birinci cümlə aşağıdakı redaksiyada verilsin:

“Bioloji aktiv qida məhsullarının reklamında onların dərman vasitəsi olmadığı və müalicəvi xüsusiyyətlərə malik olmadığı haqqında məlumat verilməli, habelə “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qeydiyyata alınmasını təsdiq edən qeydiyyat nömrəsi göstərilməlidir.”;

1.3.4.2. ikinci cümlədə (hər iki halda) “fəallığa malik qida əlavəsinin” sözləri “aktiv qida məhsulunun” sözləri ilə əvəz edilsin;

1.3.5. 14-1.6-cı maddənin birinci cümləsində “fəallığa malik qida əlavələrinin” sözləri “aktiv qida məhsullarının” sözləri ilə, ikinci və üçüncü cümlələrində “fəallığa malik qida əlavəsinin” sözləri “aktiv qida məhsulunun” sözləri ilə əvəz edilsin;

1.4. 16-1-ci maddə üzrə:

1.4.1. 16-1.2.7-ci maddədə “fəallığa malik qida əlavəsi” sözləri “aktiv qida məhsulu” sözləri ilə əvəz edilsin;

1.4.2. 16-1.8-ci maddədə “fəallığa malik qida əlavələrinin” sözləri “aktiv qida məhsullarının” sözləri ilə əvəz edilsin.

Maddə 2. “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 7, maddə 812 (Cild I); Azərbaycan Respublikasının 2024-cü il 5 mart tarixli 1108-VIQD və 5 aprel tarixli 1127-VIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 29.2.7-сi maddədə “fəallığa malik qida əlavəsi” sözləri “aktiv qida məhsulu” sözləri ilə əvəz edilsin;

2.2. 30-cu maddə üzrə:

2.2.1. adında, 30.1-ci maddənin birinci abzasında, 30.4 – 30.6-cı maddələrdə “fəallığa malik qida əlavələrinin” sözləri “aktiv qida məhsullarının” sözləri ilə əvəz edilsin;

2.2.2. 30.7-ci maddə aşağıdakı redaksiyada verilsin:

“30.7. Bioloji aktiv qida məhsullarının reklamında onların dərman vasitəsi olmadığı və müalicəvi xüsusiyyətlərə malik olmadığı haqqında məlumat verilməli, habelə “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qeydiyyata alınmasını təsdiq edən qeydiyyat nömrəsi göstərilməlidir.”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 may 2024-cü il

XƏBƏRLƏR Tədbirlər 31 avqust 2026
14:55
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü ilə bağlı mətbuat üçün bəyanat

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2026-cı il avqustun 31-də Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə toplantısı çərçivəsində Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüş keçirib.

Liderlər 8 avqust 2025-ci il tarix...

31 avqust 2026, 14:55
SƏNƏDLƏR Sərəncamlar 27 avqust 2026
15:35
“Sabah” futbol klubuna maliyyə dəstəyi göstərilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                         

1. UEFA Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanması ilə əlaqədar Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərd...

27 avqust 2026, 15:35
SƏNƏDLƏR Qanunlar 27 avqust 2026
15:34
“Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 10-cu və 15-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasını...

27 avqust 2026, 15:34
SƏNƏDLƏR Fərmanlar 27 avqust 2026
15:33
“Balıqçılıq haqqında” Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 457-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi, Fərmanının ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Balıqçılıq haqqında” Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 457-VIIQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etm...

27 avqust 2026, 15:33