21 iyun 2024, 17:40

Nazim Süleymanovdan, Ağdam, Azərbaycan

Hörmətli Mehriban xanım,

Doğma Azərbaycanımızın inkişafı naminə gördüyünüz mühüm işlərə görə Sizə minnətdarlığımı bildirirəm. İşğaldan azad edilmiş Qarabağımızın dirçəldilməsində, həyata keçirilən bərpa və yenidənqurma işlərində Sizin mühüm xidmətləriniz vardır.

Azərbaycanın müstəqilliyinin qorunması, gələcək inkişafı üçün böyük işlər görmüş, ömrünü xalqına həsr etmiş müasir dövlətimizin qurucusu və memarı, “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” deyən
Ulu Öndər Heydər Əliyevin vəsiyyətini yerinə yetirən müzəffər Ali Baş Komandanımız, böyük sərkərdəmiz İlham Əliyevə və Sizə ailəmiz adından səmimi-qəlbdən təşəkkür edir, ən xoş arzularımızı çatdırıram.

Sizə cansağlığı, uzun ömür diləyirəm.

Hörmətlə,

Nazim Yolçu oğlu Süleymanov

Azərbaycan Respublikası, Ağdam rayonu