Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvadan

21 iyun 2024, 18:30

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Cənab Prezident.

Azərbaycanın Müstəqillik Günü münasibətilə Zati-alinizi Braziliya hökuməti, xalqı adından və şəxsən öz adımdan təbrik edirəm. Azərbaycan xalqına xoşbəxtlik və firavanlıq arzulayıram.

Braziliyanın ölkələrimiz arasındakı dostluq əlaqələrinin möhkəmləndirilməsi və xalqlarımızın qarşılıqlı rifahı naminə bundan sonra da Azərbaycanla birgə fəaliyyətini davam etdirmək istəyini bir daha bəyan edirəm. Bu kontekstdə mən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıda keçiriləcək 29-cu sessiyası (COP29) çərçivəsində Braziliya ilə Azərbaycan arasında səmərəli əməkdaşlığı səbirsizliklə gözləyirəm.

Cənab Prezident, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

 

Luiz İnasio Lula da Silva

Braziliya Federativ Respublikasının Prezidenti

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55