Küveyt Dövlətinin Baş naziri Əhməd Abdullah əl-Əhməd əl-Sabahdan

11 iyun 2024, 16:12

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri cənab Prezident.

Dost Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi səmimi-qəlbdən təbrik edir və xoş arzularımızı çatdırmaqdan sevinc duyuruq.

Bu xoş fürsətdən istifadə edərək, ölkələrimizi və xalqlarımızı birləşdirən dostluq əlaqələrindən məmnunluğumuzu ifadə edir, münasibətlərimizin ortaq maraqlarımız naminə daha da möhkəmlənməsinə səy göstərdiyimizi vurğulayırıq.

Sizə uzun ömür, cansağlığı, dost Azərbaycan xalqına davamlı inkişaf və tərəqqi diləyirik.

Ən xoş arzularla,

 

Əhməd Abdullah əl-Əhməd əl-Sabah

Küveyt Dövlətinin Baş naziri

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55