“Elektron hökumət sahəsində idarəetmənin təkmilləşdirilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli, “Azərbaycan Respublikasında rəqəmsal inkişaf və nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli, “Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı tədbirlər haqqında” 2018-ci il 14 mart tarixli 1885 nömrəli və “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 24 noyabr tarixli 1887 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

06 iyun 2024, 13:21

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Elektron hökumət sahəsində idarəetmənin təkmilləşdirilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli, “Azərbaycan Respublikasında rəqəmsal inkişaf və nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli, “Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı tədbirlər haqqında” 2018-ci il 14 mart tarixli 1885 nömrəli və “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 24 noyabr tarixli 1887 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram:

1. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 122 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 4, maddə 231 (Cild I) 2-ci hissəsinin beşinci abzasında “İqtisadiyyat Nazirliyi yanında” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi,” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 aprel tarixli 744 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 4, maddə 258 (Cild I) ilə təsdiq edilmiş “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

2.1. 10-cu hissə üzrə:

2.1.1. birinci abzas aşağıdakı redaksiyada verilsin:

“10. Məlumat-axtarış işlərinin operativliyi, tamlığı və ilkin mənbələrdən qarşılıqlı istifadə olunması, pərakəndəliyin və təkrarçılığın qarşısının alınması, fərdi məlumatlar üzrə qarşılıqlı informasiya mübadiləsinin təşkil edilməsi məqsədilə Sistem Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə aşağıdakı informasiya sistemləri və ehtiyatları ilə inteqrasiya olunur:”;

2.1.2. ikinci abzas ləğv edilsin;

2.1.3. 10.1 – 10.4-cü bəndlərin birinci abzasları aşağıdakı redaksiyada verilsin:

“10.1. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin sahibi olduğu Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri və Qüvvədən düşmüş sənədlərin dövlət reyestri ilə aşağıda qeyd edilən aidiyyəti məlumatların mübadiləsi üzrə:”;

“10.2. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin sahibi olduğu Vahid miqrasiya məlumat sistemi ilə aşağıda qeyd edilən məlumatların mübadiləsi üzrə:”;

“10.3. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin operatoru olduğu “ASAN Viza” sistemi ilə aşağıda qeyd edilən məlumatların mübadiləsi üzrə:”;

“10.4. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “www.azexport.az” internet portalı ilə aşağıda qeyd edilən məlumatların mübadiləsi üzrə:”;

2.1.4. 10.2-1-ci bənd ləğv edilsin;

2.2. aşağıdakı məzmunda 10-1-ci hissə əlavə edilsin:

“10-1. Dövlət informasiya sistemləri və ehtiyatları arasında məlumat mübadiləsinin aparılmasını, habelə xidmətlərin mərkəzləşdirilmiş qaydada göstərilməsini təmin etmək üçün bu Əsasnamənin 8-ci və 10-cu hissələrində nəzərdə tutulmuş zəruri məlumatlar Sistem tərəfindən Elektron Hökumət İnformasiya Sisteminə ötürülür.”.

3. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 5 fevral tarixli 813 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 2, maddə 107 (Cild I) ilə təsdiq edilmiş “Elektron hökumət” portalı haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

3.1. 5.1.9-cu yarımbənddən “və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə (bundan sonra – Dövlət Agentliyi)” sözləri çıxarılsın;

3.2. 6.1.4-cü yarımbəndin birinci cümləsindən “və ya Dövlət Agentliyi” sözləri və həmin yarımbəndin ikinci cümləsi çıxarılsın.

4. “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 27 dekabr tarixli 875-IVQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 3 fevral tarixli 100 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 2, maddə 107 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

4.1. 5-ci və 7-ci hissələr aşağıdakı redaksiyada verilsin:

“5. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin real vaxt rejimində, məhdudiyyətsiz və fasiləsiz çıxışını təmin etmək məqsədilə xüsusi ötürülmə zolağının yaradılması üçün zəruri texniki və təşkilati tədbirləri həyata keçirsin.”;

“7. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi:

7.1. əmək müqaviləsi bildirişi üzrə xidmətin “Elektron hökumət” portalı vasitəsilə həyata keçirilməsini təmin etmək üçün tədbirlər görsün;

7.2. bu Fərmanın 4–6-cı hissələrində və 7.1-ci bəndində nəzərdə tutulmuş tapşırıqların icrası ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” altsisteminin fəaliyyətinin təşkilinə dair dövri qiymətləndirmə apararaq nəticələri barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə məlumat versin.”;

4.2. 8-ci hissə ləğv edilsin.

5. “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 noyabr tarixli 1113 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 11, maddə 1820 (Cild I) 6-cı hissəsində “Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi” sözləri ilə əvəz edilsin.

6. “Rəqəmsal ticarət qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 22 fevral tarixli 1255 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 199 (Cild I) 3-1-ci hissəsindən “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi,” sözləri çıxarılsın.

7. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 may tarixli 1418 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 822 (Cild I) ilə təsdiq edilmiş “Güzəştli mənzil” sistemi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

7.1. 1.4-cü bənddə “ona” sözü “Elektron Hökumət İnformasiya Sisteminə (bundan sonra – EHİS)” sözləri ilə əvəz edilsin;

7.2. 2.1.1-ci (hər iki halda) və 6.1.18-ci yarımbəndlərdə ismin müvafiq hallarında “portal” sözü ismin müvafiq hallarında “EHİS” akronimi ilə əvəz edilsin;

7.3. 6.2-ci bənddə “Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən portal” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən EHİS” sözləri ilə əvəz edilsin.

8. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 1, maddə 41 (Cild I); 2024, № 2, maddə 155) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”nin 3.0.80-1-ci yarımbəndinin 3-cü abzasına “aparmaq” sözündən sonra “, eləcə də yerində baxış və rəy sorğuları keçirmək” sözləri əlavə edilsin.

9. “Elektron ipoteka və kredit zəmanət” sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 may tarixli 30 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 5, maddə 898 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

9.1. 5-ci hissədə “Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi” sözləri ilə, “Elektron hökumət” portalına” sözləri “Elektron Hökumət İnformasiya Sisteminə” sözləri ilə əvəz edilsin;

9.2. həmin Fərmanla təsdiq edilmiş “Elektron ipoteka və kredit zəmanət” sistemi haqqında Əsasnamə” üzrə:

9.2.1. 1.2-ci və 9.1-ci bəndlərdə “Elektron hökumət” portalına” sözləri “Elektron Hökumət İnformasiya Sisteminə” sözləri ilə əvəz edilsin;

9.2.2. 2.1.1-ci yarımbənddə “Elektron hökumət” portalına qoşulmuş” sözləri “Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiya olunmuş” sözləri ilə əvəz edilsin;

9.2.3. 6.5-ci bənddə “Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi” sözləri ilə əvəz edilsin.

10. “Əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 sentyabr tarixli 258 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 9, maddə 1821 (Cild I) 3-cü hissəsində “Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi” sözləri ilə, “elektron hökumət” portalı” sözləri “Elektron Hökumət İnformasiya Sistemi” sözləri ilə əvəz edilsin.

11. “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 9, maddə 1826 (Cild I) 5.2-ci bəndində “4.5-ci” sözləri “4-1.3-cü” sözləri ilə əvəz edilsin.

12. “Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli 393 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12 (I kitab), maddə 2550 (Cild I) 4-cü hissəsi aşağıdakı redaksiyada verilsin:

“4. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bu Fərmanın 2-ci hissəsində nəzərdə tutulan altsistemin fəaliyyətini təmin etmək məqsədilə onunla digər dövlət orqanlarının (qurumlarının) informasiya sistemləri və ehtiyatları arasında informasiya mübadiləsinin Elektron Hökumət İnformasiya Sistemi, elektron xidmətlər göstərilməsinin isə “Elektron hökumət” portalı vasitəsilə təşkili üçün tədbirlər görsün.”.

13. “Milli məkan məlumatlarının formalaşdırılması və inteqrasiyası Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 dekabr tarixli 448 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12 (I kitab), maddə 2605 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

13.1. 5-ci hissədə “Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi” sözləri ilə əvəz edilsin;

13.2. həmin Fərmanla təsdiq edilmiş “Milli məkan məlumatlarının formalaşdırılması və inteqrasiyası Qaydaları”nın 1.5-ci bəndində “Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi” sözləri ilə əvəz edilsin.

14. “Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsinin sadələşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 dekabr tarixli 460 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12 (I kitab), maddə 2617 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

14.1. 4-cü hissədə “və həmin sistemin” sözləri “, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə həmin sistemin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə” sözləri ilə, “Elektron hökumət” və “Lisenziyalar və icazələr” portallarına” sözləri “həmçinin “Lisenziyalar və icazələr” portalına” sözləri ilə əvəz edilsin;

14.2. 6-cı hissəyə “eləcə də” sözlərindən sonra “həmin sistemin Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən” sözləri əlavə edilsin.

15. “Konsulluq xidmətlərinin göstərilməsində şəffaflığın artırılması məqsədilə “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 471 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu 2019, № 1, maddə 61 (Cild I) 2-ci hissəsində “Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi” sözləri ilə əvəz edilsin.

16. “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə”nin və “e-sosial” internet portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 634 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 634 (Cild I); Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 19 aprel tarixli 38 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:

16.1. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə”nin 5.0.11-ci yarımbəndində “Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi” sözləri ilə əvəz edilsin;

16.2. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “e-sosial” internet portalı haqqında Əsasnamə”nin 1.5.3-cü yarımbəndində “Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi” sözləri ilə əvəz edilsin.

17. “Dövlət satınalmalarının vahid internet portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 16 aprel tarixli 647 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 646 (Cild I); 2024, № 2, maddə 148) aşağıdakı dəyişikliklər edilsin:

17.1. 4-cü hissə üzrə:

17.1.1. birinci abzasdan “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birgə” sözləri çıxarılsın;

17.1.2. 4.1-ci bəndə “portalın” sözündən əvvəl “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə” sözləri əlavə edilsin;

17.2. 5-ci hissə aşağıdakı redaksiyada verilsin:

“5. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi portalın Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiyası ilə bağlı zəruri tədbirlər görsün.”.

18. “Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 6, maddə 1010 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

18.1. 4-cü hissə üzrə:

18.1.1. 4.4-cü bənd aşağıdakı redaksiyada verilsin:

“4.4. “Hökumət buludu”ndan istifadə ilə bağlı texniki tələbləri müəyyən etsin və həmin texniki tələblər nəzərə alınmaqla informasiya ehtiyatları və sistemləri ilə, habelə elektron xidmətlərlə əlaqədar dövlət qurumlarının təqdim etdikləri layihələrə texniki və səmərəlilik baxımından məqsədəuyğunluq barədə rəy verilməsini təmin etsin;”;

18.1.2. aşağıdakı məzmunda 4.5-ci və 4.6-cı bəndlər əlavə edilsin:

“4.5. dövlət qurumları tərəfindən dövlət informasiya sistemlərinin və ehtiyatlarının “Hökumət buludu”nda formalaşdırılması, aparılması və təkmilləşdirilməsi, o cümlədən elektron xidmətlərin təşkili və göstərilməsi ilə bağlı dəstək tədbirləri görsün;

4.6. dövlət qurumlarının Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi Keçid Planına uyğun olaraq Data Mərkəzində yerləşdirilmiş dövlət informasiya sistemlərinin və ehtiyatlarının “Hökumət buludu”nda formalaşdırılmasına nəzarət etsin.”;

18.2. 5-ci hissə ləğv edilsin;

18.3. həmin Fərmanla təsdiq edilmiş “Hökumət buludu” (G-cloud) Konsepsiyası”nın 9-cu hissəsi üzrə:

18.3.1. ikinci abzasda “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə qiymətləndirilmə aparılacaq” sözləri “habelə qiymətləndirmə aparacaq” sözləri ilə, “keçiriləcək” sözü “keçirəcək” sözü ilə, “hazırlığı dəyərləndiriləcəkdir” sözləri “hazırlığını dəyərləndirəcəkdir” sözləri ilə əvəz edilsin;

18.3.2. beşinci abzasda “operatorla birgə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin” sözləri “operatorun” sözü ilə əvəz edilsin.

19. “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 6, maddə 1050 (Cild I) 4-cü hissəsinin birinci abzası aşağıdakı redaksiyada verilsin:

“4. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə “Elektron kənd təsərrüfatı” informasiya sisteminin aşağıdakı məlumatlarla təmin olunması məqsədilə müvafiq informasiya sistemlərinin və ehtiyatlarının Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə “Elektron kənd təsərrüfatı” informasiya sisteminə inteqrasiyasını və məlumat mübadiləsini Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın tələblərinə uyğun olaraq təmin etsin:”.

20. “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 dekabr tarixli 897 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 12, maddə 1940 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

20.1. 2.1-ci bənddə və 3-cü hissədə “Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi” sözləri ilə əvəz edilsin;

20.2. həmin Fərmanla təsdiq edilmiş “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”nin 6.0.3-cü yarımbəndində “Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyini” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyini” sözləri ilə əvəz edilsin.

21. “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə sisteminin təkmilləşdirilməsi və Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 aprel tarixli 1000 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 4, maddə 417 (Cild I) 3-cü hissəsində “Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi” sözləri ilə əvəz edilsin.

22. “Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 1 iyun tarixli 1043 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 6, maddə 685 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

22.1. 2-ci hissədə “Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi” sözləri ilə əvəz edilsin;

22.2. həmin Fərmanla təsdiq edilmiş “Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamə”nin 7.2.12-ci yarımbəndində “Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyini” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyini” sözləri ilə əvəz edilsin.

23. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyul tarixli 1119 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 7, maddə 899 (Cild I); Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 1 aprel tarixli 26 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Dövlət büdcəsindən ayrılmış vəsait hesabına işlərin və xidmətlərin göstərilməsinə görə əlavə dəyər vergisindən azad olunan publik hüquqi şəxslərin Siyahısı”nın 22-ci hissəsi ləğv edilsin.

24. “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sahəsində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 23 sentyabr tarixli 1160 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 9, maddə 1150 (Cild I) 5-ci hissəsində və 9.1-ci bəndində “Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi” sözləri ilə əvəz edilsin.

25. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 8 dekabr tarixli 1203 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 12 (I kitab), maddə 1465 (Cild I) 7-ci hissəsinə “habelə” sözündən sonra “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə” sözləri əlavə edilsin.

26. “Valideyn himayəsindən məhrum olmuş uşaqlar, himayədar ailə və övladlığagötürmə” altsisteminə inteqrasiya olunacaq dövlət orqanlarının (qurumlarının) və digər aidiyyəti qurumların informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 8 dekabr tarixli 1206 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 12 (I kitab), maddə 1468 (Cild I) 3-cü hissəsində “Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi” sözləri ilə əvəz edilsin.

27. “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikasının 2020-ci il 20 oktyabr tarixli 189-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 8 dekabr tarixli 1208 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 12 (I kitab), maddə 1470 (Cild I) 3.1-ci bəndində “Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi” sözləri ilə əvəz edilsin.

28. “Elektron su təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 13 fevral tarixli 1289 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 2, maddə 131 (Cild l); 2024, № 3, maddə 252) aşağıdakı dəyişikliklər edilsin:

28.1. 3-cü hissədə “Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi” sözləri ilə əvəz edilsin;

28.2. həmin Fərmanla təsdiq edilmiş “Elektron su təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”nin 7-ci hissəsi üzrə:

28.2.1. 7.1.10-cu yarımbənddə “Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə (bundan sonra – Dövlət Agentliyi)” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə (bundan sonra – Nazirlik)” sözləri ilə əvəz edilsin;

28.2.2. 7.1.11-ci yarımbənddə “Dövlət Agentliyinə” sözləri “Nazirliyə” sözü ilə əvəz edilsin.

29. “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının 2021-ci il 31 may tarixli 339-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 iyul tarixli 1387 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 7, maddə 721 (Cild I) 3.1-ci bəndində “Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi” sözləri ilə əvəz edilsin.

30. “e-KOB evi” portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 9 avqust tarixli 1415 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 8, maddə 907 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

30.1. 2-ci hissədə “Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi” sözləri ilə əvəz edilsin;

30.2. həmin Fərmanla təsdiq edilmiş “e-KOB evi” portalı haqqında Əsasnamə”nin 6.1.4-cü yarımbəndində “Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyini” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyini” sözləri ilə əvəz edilsin.

31. “Ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması mexanizminin təkmilləşdirilməsi və “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 158-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 859 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 3 sentyabr tarixli 1439 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 9, maddə 979 (Cild I) 3-cü hissəsində aşağıdakı dəyişikliklər edilsin:

31.1. 3.3.1-ci yarımbənd ləğv edilsin;

31.2. 3.3.2-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 3.3-1-ci bənd əlavə edilsin:

“3.3-1. bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan elektron portalın fəaliyyətinin təmin edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq zəruri tədbirlər görsün.”.

32. “Avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 11 oktyabr tarixli 1463 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 10, maddə 1107 (Cild I) 6.1-ci bəndindən “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə” sözləri çıxarılsın.

33. “Şəhid və şəhid ailəsi statusu almış şəxslərə, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə və müharibə veteranlarına dair məlumatların mübadiləsi mexanizminin təkmilləşdirilməsi və Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 27 oktyabr tarixli 1470 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 10, maddə 1114 (Cild I) 3-cü hissəsində “Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi” sözləri ilə, “ötürülməsini” sözü “inteqrasiyasını” sözü ilə əvəz edilsin.

34. “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 401-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 dekabr tarixli 1526 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 12, maddə 1391 (Cild I) 14-cü hissəsində “Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi” sözləri ilə əvəz edilsin.

35. “Dövlət icbari şəxsi sığorta sisteminin təkmilləşdirilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə”nin və “e-sosial” internet portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2019-cu il 15 aprel tarixli 634 nömrəli və “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2021-ci il 18 may tarixli 1340 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 dekabr tarixli 1541 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 12, maddə 1406 (Cild I); Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 19 aprel tarixli 38 nömrəli Fərmanı) 3-cü hissəsində “Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi” sözləri ilə əvəz edilsin.

36. “Media haqqında” Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 fevral tarixli 1589 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 2, maddə 100 (Cild I) 3.1-ci bəndində “Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi” sözləri ilə əvəz edilsin.

37. “Elektron prokurorluq” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 3 mart tarixli 1621 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 3, maddə 209 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

37.1. 2-ci hissədə “Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi” sözləri ilə əvəz edilsin;

37.2. həmin Fərmanla təsdiq edilmiş “Elektron prokurorluq” informasiya sistemi haqqında Əsasnamə”nin 7.2.8-ci yarımbəndində “Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyini” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyini” sözləri ilə əvəz edilsin.

38. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 25 fevral tarixli 486-VIQD nömrəli Qanununun tətbiqi və “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 28 sentyabr tarixli 773 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 aprel tarixli 1658 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 4, maddə 319 (Cild I) 5-ci hissəsində “Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi” sözləri ilə əvəz edilsin.

39. “Azərbaycan Respublikasının ərazisinə müşayiətsiz gələn və ya gəldikdən sonra müşayiətsiz qalan 18 yaşına çatmamış əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin vahid məlumat bazasının yaradılması və Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 1760 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 7, maddə 749 (Cild I) 4-cü hissəsində “Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi” sözləri ilə əvəz edilsin.

40. “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 sentyabr tarixli 1845 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 9, maddə 1034 (Cild I); 2024, № 2, maddələr 147, 158) 2-ci hissəsində “Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi” sözləri ilə əvəz edilsin.

41. “Media Reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 26 sentyabr tarixli 1846 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 9, maddə 1035 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

41.1. 3-cü hissədə “Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi” sözləri ilə əvəz edilsin;

41.2. həmin Fərmanla təsdiq edilmiş “Media Reyestrinin aparılması Qaydaları”nın 10.1.4-cü yarımbəndində “Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyini” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyini” sözləri ilə əvəz edilsin.

42. “Azərbaycan Respublikasının milli təhlükəsizlik siyasəti sahəsində İşçi Qrupunun yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 17 sentyabr tarixli 394 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 9, maddə 712 (Cild I) 1-ci hissəsindən üçüncü halda “birinci” sözü çıxarılsın.

43. “Azərbaycan Respublikasının Avropa İttifaqı ilə əməkdaşlığı üzrə Dövlət Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il
1 iyun tarixli 834 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 6, maddə 493 (Cild I) 1-ci hissəsinin “Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin birinci müavini” abzası ləğv edilsin və həmin hissəyə “Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini” abzasından sonra aşağıdakı məzmunda yeni abzas əlavə edilsin:

“Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini”.

44. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 2421 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 9, maddə 872 (Cild I) ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair 2012–2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın 5.1-ci bəndinin ikinci abzasından “, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi” sözləri çıxarılsın.

45. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 aprel tarixli 1143 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 730 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın “10. Tədbirlər Planı” hissəsinin 10.3.1-ci və 10.6.1-ci yarımbəndlərinin “Digər icraçılar” sütununda “Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi” sözləri ilə əvəz edilsin.

46. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 fevral tarixli 1815 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 2, maddə 131 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında arxiv işinin inkişafına dair 2020–2025-ci illər üçün Dövlət Proqramı”nın “6. Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planı” hissəsinin 6.2.5–6.2.7-ci, 6.2.9-cu və 6.3.2-ci yarımbəndlərinin “İcraçı orqan” sütununda “Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi” sözləri ilə əvəz edilsin.

47. “ASAN müraciət” informasiya sisteminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 avqust tarixli 2232 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 8, maddə 1083 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

47.1. 3.2-ci bənddən “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq, “ASAN müraciət” informasiya sisteminin digər dövlət informasiya ehtiyatları və sistemləri ilə Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əlaqələndirilməsini, habelə” sözləri çıxarılsın;

47.2. aşağıdakı məzmunda 3-1-ci hissə əlavə edilsin:

“3-1. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq, “ASAN müraciət” informasiya sisteminin digər dövlət informasiya ehtiyatları və sistemləri ilə Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əlaqələndirilməsini təmin etsin.”.

48. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli 3199 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 4, maddə 339 (Cild I); Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 7 mart tarixli 17 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə Tədbirlər Planı” hissəsində aşağıdakı dəyişikliklər edilsin:

48.1. 2.5-ci, 2.6-cı, 2.9-cu, 2.16-cı, 4.1-ci və 4.2-ci bəndlərin “Digər icraçılar” sütununda “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi” sözləri ilə əvəz edilsin;

48.2. 2.8-ci və 4.6-cı bəndlərin “Digər icraçılar” sütunundan “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi,” sözləri çıxarılsın;

48.3. 4.4-cü bəndin “Digər icraçılar” sütunundan “, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi” sözləri çıxarılsın;

48.4. 6.7-ci bəndin “Əsas icraçı” sütunundan “, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi” sözləri çıxarılsın.

49. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 7, maddə 790 (Cild I); Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 29 aprel tarixli 46 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın “7. Tədbirlər Planı” hissəsində aşağıdakı dəyişikliklər edilsin:

49.1. 1.1.16-cı yarımbəndin 1-ci abzasının, 1.1.20-ci yarımbəndin 8-ci abzasının, 2.1.2-ci yarımbəndin 2-ci abzasının, 2.2.1-ci yarımbəndin 1-ci abzasının, 3.1.7-ci yarımbəndin 4-cü abzasının, 5.1.1-ci yarımbəndin 1-ci abzasının “Digər icraçılar” sütununda “VXSİDA” akronimi “RİNN” akronimi ilə əvəz edilsin;

49.2. 3.2.1-ci yarımbəndin 7-ci abzasının, 3.2.3-cü yarımbəndin 1-ci və 4–6-cı abzaslarının “Digər icraçılar” sütunundan “, VXSİDA” akronimi çıxarılsın;

49.3. 3.2.5-ci yarımbəndin 3-cü abzasının “Əsas icraçı orqan (qurum)” sütunundan “, VXSİDA” akronimi çıxarılsın.

50. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 11, maddə 1297 (Cild I); Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 1 aprel tarixli 68 nömrəli Sərəncamı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın “10. Dövlət Proqramına dair Tədbirlər Planı” hissəsində aşağıdakı dəyişikliklər edilsin:

50.1. 4.3.2-ci yarımbəndin “Digər icraçılar” sütununda “VXSİDA” akronimi “RİNN” akronimi ilə əvəz edilsin;

50.2. 4.3.4-cü yarımbəndin “Digər icraçılar” sütunundan “, VXSİDA” akronimi çıxarılsın.

51. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 dekabr tarixli 3696 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 12, maddə 1524 (Cild l) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın 2023−2025-ci illərdə icrası üzrə Fəaliyyət Planı”nda aşağıdakı dəyişikliklər edilsin:

51.1. 4.2-ci bəndin “Digər icraçılar” sütunundan “VXSİDA” akronimi çıxarılsın;

51.2. “AKRONİMLƏR” hissəsindən “VXSİDA – Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi” sözləri çıxarılsın.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 iyun 2024-cü il

SƏNƏDLƏR Fərmanlar 23 noyabr 2024
17:40
Elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər...

23 noyabr 2024, 17:40
SƏNƏDLƏR Sərəncamlar 23 noyabr 2024
16:05
Azərbaycan Respublikası vətəndaşlarının 2025-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 26-cı bəndini rəhbər tutaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü və 40.1-ci maddələrinə əsasən və Azərbaycan Respublikasının...

23 noyabr 2024, 16:05
SƏNƏDLƏR Sərəncamlar 23 noyabr 2024
16:03
Sumqayıt şəhərinin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq, Sumqayıt şəhərinin 75 illiyi münasibətilə qərara alıram:

Sumqayıt şəhərinin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan...

23 noyabr 2024, 16:03
SƏNƏDLƏR Fərmanlar 22 noyabr 2024
16:19
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

22 noyabr 2024, 16:19
SƏNƏDLƏR Fərmanlar 22 noyabr 2024
16:17
“Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 22 oktyabr tarixli 53-VIIQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və...

22 noyabr 2024, 16:17
SƏNƏDLƏR Qanunlar 22 noyabr 2024
16:15
“Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 5-ci bəndlərini və 95-ci maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan...

22 noyabr 2024, 16:15
SƏNƏDLƏR Sərəncamlar 21 noyabr 2024
16:27
Azərbaycan Dövlət Tərcümə Mərkəzinin və Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Dövlət Tərcümə Mərkəzi” publik hüquqi şəxs ləğv edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1....

21 noyabr 2024, 16:27
SƏNƏDLƏR Fərmanlar 19 noyabr 2024
16:14
“Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan Respublikasının 2024-cü il 7 may tarixli 1143-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan...

19 noyabr 2024, 16:14
SƏNƏDLƏR Fərmanlar 19 noyabr 2024
16:12
“Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 26 dekabr tarixli 2424 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ...

19 noyabr 2024, 16:12