05 iyun 2024, 12:15

Mehriban Orucovadan, Bakı, Azərbaycan

Hörmətli Mehriban xanım,

Siz ölkəmiz, xalqımız üçün çox mühüm işlər görmüsünüz. Diqqət və qayğınız hər zaman hiss olunur. Hamıya kömək edirsiniz. Sizə minnətdarlığımı bildirirəm, çox sağ olun. Allah bütün arzularınızı yerinə yetirsin.

Torpaqlarımız işğaldan azad edildi, xalqımızın Qarabağ həsrətinə son qoyuldu, ölkəmizdə əmin-amanlıq yarandı. 44 günlük Vətən müharibəsi zamanı hər gün televiziyada cənab Prezidentimiz İlham Əliyevin çıxışını səbirsizliklə gözləyirdim.
Hər dəfə ölkə başçımızın çıxışını dinlədikcə çox sevinirdim, özümü çox rahat hiss edirdim. Çünki cənab Prezident çox təmkinli, ümidli danışırdı, deyirdi ki, hər şey yaxşı olacaq və elə də oldu.

Əziz Mehriban xanım, mən Sizi çox sevirəm, Sizə həmişə dua edirəm. Var olun.

Hörmətlə,

Mehriban Akif qızı Orucova

Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu