Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının komissiya sədri, Ümumhəmkarlar İttifaqları Konfederasiyasının Baş katibi Viktor Pinskidən

03 iyun 2024, 14:33

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm İlham Heydər oğlu.

Xahiş edirəm, Müstəqillik Günü münasibətilə təbriklərimi qəbul edin.

Ümumhəmkarlar İttifaqları Konfederasiyası Azərbaycanın həmkarlar ittifaqları ilə dostluq və tərəfdaşlıq münasibətlərinə böyük əhəmiyyət verir.

Sizə ali dövləti fəaliyyətinizdə səmimi-qəlbdən uğurlar, Azərbaycanın bütün vətəndaşlarına isə rifah və əmin-amanlıq arzulayıram.

Hörmətlə,

 

Viktor Pinski

Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının komissiya sədri, Ümumhəmkarlar İttifaqları Konfederasiyasının Baş katibi

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55