Yunanıstan Respublikasının Prezidenti Katerina Sakellaropuludan

31 may 2024, 18:38

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Azərbaycanın Müstəqillik Günü münasibətilə Sizə yunan xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi çatdırır, Azərbaycan xalqına firavanlıq və tərəqqi arzulayıram.

BMT Nizamnaməsinin prinsiplərinin müdafiəsinə və beynəlxalq hüquqa hörmətə əsaslanaraq ölkələrimiz arasında qarşılıqlı fayda naminə əməkdaşlığın və dialoqun genişlənəcəyinə ümid edirəm.

Zati-aliləri, ölkənizin milli bayramı münasibətilə ən xoş arzularımı və ən yüksək ehtiramımı qəbul etməyini xahiş edirəm.

Hörmətlə,

 

Katerina Sakellaropulu

Yunanıstan Respublikasının Prezidenti

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55