Mərakeş-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Məhəmməd Fəqiridən

30 may 2024, 10:33

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri cənab Prezident.

Mərakeş-Azərbaycan Dostluq Cəmiyyətinin bütün üzvləri adından Sizə Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimizi çatdırırıq.

2008-ci ildə təsis ediləndən etibarən Mərakeş-Azərbaycan Dostluq Cəmiyyəti Azərbaycanın əsas tarixi hadisələrini qeyd etmək, ölkə ilə bağlı həqiqətləri geniş ictimaiyyətə çatdırmaq istiqamətində səylərini əsirgəməmişdir. Cəmiyyətimiz, həmçinin müxtəlif sahələrdə ikitərəfli münasibətləri inkişaf etdirmək, hazırkı və gələcək nəsillərimiz arasında əlaqələri möhkəmləndirmək işinə töhfə verməkdə davam edir.

Cənab Prezident, bu bayram münasibətilə Sizə ən xoş arzularımızı bildirir, Azərbaycana sülh, tərəqqi və firavanlıq diləyirik.

Hörmətlə,

 

Məhəmməd Fəqiri

Mərakeş-Azərbaycan Dostluq Cəmiyyətinin sədri

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55