15:11
“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu
27 may 2024, 16:06Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 17-ci, 18-ci və 21-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar qərara alır:
Maddə 1. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 586 (Cild I); Azərbaycan Respublikasının 2024-cü il 5 mart tarixli 1108-VIQD nömrəli Qanunu) 22.1-1-ci maddəsində “onların həmin yerlərdə” sözləri “saxlanılan və ya əvvəllər saxlanılmış şəxslərin həmin cəzaçəkmə müəssisələrində” sözləri ilə əvəz edilsin və həmin maddəyə “protokollaşdırmaq,” sözündən sonra “texniki vasitələrdən istifadə etməklə foto, audio və video qeydiyyatını aparmaq,” sözləri əlavə edilsin.
Maddə 2. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 797 (Cild I); 2024, № 1, maddə 7; Azərbaycan Respublikasının 2024-cü il 5 mart tarixli 1108-VIQD nömrəli Qanunu) 94.2-ci maddəsində “onların həmin yerlərdə” sözləri “saxlanılan və ya əvvəllər saxlanılmış şəxslərin Mərkəzdə” sözləri ilə əvəz edilsin və həmin maddəyə “protokollaşdırmaq,” sözündən sonra “texniki vasitələrdən istifadə etməklə foto, audio və video qeydiyyatını aparmaq,” sözləri əlavə edilsin.
Maddə 3. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (I kitab), maddə 202 (Cild I); 2024, № 1, maddə 18, № 2, maddə 135; Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1099-VIQD nömrəli və 2024-cü il 19 aprel tarixli 1134-VIQD nömrəli qanunları) 554-cü maddəsinin adına və dispozisiyasına “(ombudsmanın)” sözündən sonra “, Milli preventiv qrupun və müstəqil monitorinq qruplarının” sözləri əlavə edilsin.
Maddə 4. Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995, № 22, maddə 347; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin “Hauptvaxt haqqında” 4 saylı əlavəsinin 5-1-ci maddəsində “onların həmin yerlərdə” sözləri “saxlanılan və ya əvvəllər saxlanılmış şəxslərin həmin qarnizon hauptvaxtlarında” sözləri ilə əvəz edilsin və həmin maddəyə “protokollaşdırmaq,” sözündən sonra “texniki vasitələrdən istifadə etməklə foto, audio və video qeydiyyatını aparmaq,” sözləri əlavə edilsin.
Maddə 5. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 8, maddə 484 (Cild I) 4-cü maddəsinin ikinci hissəsinə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:
“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) həmçinin “Uşaq hüquqları haqqında” Konvensiyanın həyata keçirilməsinin monitorinqi və təşviqi üzrə müstəqil monitorinq mexanizminin funksiyalarını həyata keçirir.”.
Maddə 6. “Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 9, maddə 569 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
6.1. 23.1.3-cü maddəyə “(Ombudsman),” sözündən sonra “Milli preventiv qrup üzvləri,” sözləri əlavə edilsin;
6.2. 42.1-ci maddədə “onların həmin yerlərdə” sözləri “saxlanılan və ya əvvəllər saxlanılmış şəxslərin həmin psixiatriya müəssisələrində” sözləri ilə əvəz edilsin və həmin maddəyə “protokollaşdırmaq,” sözündən sonra “texniki vasitələrdən istifadə etməklə foto, audio və video qeydiyyatını aparmaq,” sözləri əlavə edilsin.
Maddə 7. “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 7, maddə 641 (Cild I); Azərbaycan Respublikasının 2024-cü il 5 mart tarixli 1108-VIQD nömrəli Qanunu) 49.2-ci maddəsində “onların həmin yerlərdə” sözləri “saxlanılan və ya əvvəllər saxlanılmış şəxslərin həmin həbs yerlərində” sözləri ilə əvəz edilsin və həmin maddəyə “protokollaşdırmaq,” sözündən sonra “texniki vasitələrdən istifadə etməklə foto, audio və video qeydiyyatını aparmaq,” sözləri əlavə edilsin.
Maddə 8. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 7 (I kitab), maddə 1386 (Cild I) 38-ci maddəsində aşağıdakı dəyişikliklər edilsin:
8.1. adında “dövlət monitorinqi” sözləri “monitorinq” sözü ilə əvəz edilsin;
8.2. aşağıdakı məzmunda 38.4-cü maddə əlavə edilsin:
“38.4. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyanın həyata keçirilməsinin monitorinqi və təşviqi üzrə müstəqil monitorinq mexanizminin funksiyalarını həyata keçirir.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 may 2024-cü il
15:11
15:09
14:46
Azərbaycan Respublikası Prezidentinin
2025-ci il 10 yanvar tarixli
Fərmanı ilə təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. Bu Əsasnamə “Milli Məkan Məlumatları” informasiya sisteminin (bundan sonra – Sistem) fəaliyyətinin hüquqi, təşkilati...
10 yanvar 2025, 14:4614:44
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Milli Məkan Məlumatları” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının...
10 yanvar 2025, 14:4414:42
Azərbaycan Respublikası Prezidentinin
2025-ci il 10 yanvar tarixli
Fərmanı ilə təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. Bu Əsasnamə “Rəqəmsal ekologiya” informasiya sisteminin (bundan sonra – REİS) fəaliyyətinin hüquqi, təşkilati və...
10 yanvar 2025, 14:4214:40
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Rəqəmsal ekologiya” informasiya sistemi yaradılsın.
2. “Rəqəmsal ekologiya” informasiya sistemi haqqında Əsasnamə” təsdiq...
10 yanvar 2025, 14:4013:44
Azərbaycan Respublikasının Prezidenti Zati–aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Kraliça Matilde ilə birlikdə Sizə və Azərbaycan xalqına Aktau şəhəri yaxınlığında baş...
10 yanvar 2025, 13:4413:16
1. Ümumi müddəalar
1.1. Bu Qayda Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (bundan sonra – Agentlik) vəsaitindən istifadə mexanizmini...
10 yanvar 2025, 13:1613:14
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
“Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin vəsaitindən...
10 yanvar 2025, 13:1412:52
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
2024-cü il oktyabrın 30-da Rabat şəhərində imzalanmış “Azərbaycan Respublikası...
10 yanvar 2025, 12:5212:47
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:
Samir Rauf oğlu Şərifov Azərbaycan Respublikası Baş nazirinin müavini təyin...
10 yanvar 2025, 12:4712:45
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:
Samir Rauf oğlu Şərifov Azərbaycan Respublikasının maliyyə naziri vəzifəsindən...
10 yanvar 2025, 12:45