İlham Əliyev Yasamal Rayon Məhkəməsinin yeni inzibati binasının açılışında iştirak etmişdir

13 noyabr 2012, 18:20
İlham Əliyev Yasamal Rayon Məhkəməsinin yeni inzibati binasının açılışında iştirak etmişdir

Prezident İlham Əliyev Yasamal Rayon Məhkəməsinin yeni inzibati binasının açılışında iştirak etmişdir.

Dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi, yaradılmış şəraitlə tanış oldu. 

Binanın foyesində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə məhkəmə-hüquq sisteminin inkişafına göstərdikləri diqqət və qayğını əks etdirən fotoguşələr yaradılmışdır. 

Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Prezident İlham Əliyevə məlumat verdi ki, 300 minədək əhaliyə xidmət göstərən Yasamal Rayon Məhkəməsində ildə 13 minə yaxın mülki, cinayət, inzibati xəta və prosessual məcburiyyət tədbirləri barədə işlərə baxılır. 

Dövlət başçısı Yasamal rayon, Gəncə şəhəri Nizami rayon, Gədəbəy rayon məhkəmələrinin köhnə və yeni binalarının, eləcə də Azərbaycan Hökumətinin Dünya Bankı ilə birgə maliyyələşdirdiyi və Ədliyyə Nazirliyinin həyata keçirdiyi “Ədliyyə sisteminin müasirləşdirilməsi” layihəsi çərçivəsində hazırlanmış müasir məhkəmə kompleksinin layihələrini əks etdirən stendlərə baxdı. 

Məlumat verildi ki, Yasamal Rayon Məhkəməsinin yeni binası da “Ədliyyə sisteminin müasirləşdirilməsi” layihəsi çərçivəsində tikilmişdir. Ümumi sahəsi 7 min 672 kvadratmetr olan dördmərtəbəli binanın inşasına 2010-cu ilin martında başlanılmışdır. Müasir informasiya-kommunikasiya qurğularının quraşdırıldığı bina inzibati və ictimai zonalara bölünür və hər iki zonanın girişi ayrıdır. İnzibati zona hakimlər və məhkəmə işçiləri, ictimai zona isə vətəndaşlar üçün nəzərdə tutulmuşdur. Ədliyyə Nazirliyinin icra qrupu, dövlət ittihamçıları və vəkillər ictimai zonadan istifadə edəcəklər. Bununla da hakimlər və vətəndaşlar arasında qeyri-prosessual münasibətlər məhdudlaşdırılır və onlar yalnız məhkəmə iclas zallarında görüşürlər. Binada daimi fəaliyyət göstərən iki qurum – rayon məhkəməsi və icra şöbəsi yerləşir. 
Diqqətə çatdırıldı ki, BMT-nin Əlillərin Hüquqları Haqqında Konvensiyasına uyğun olaraq, Yasamal Rayon Məhkəməsinin binasında əlillərin sərbəst hərəkəti üçün də şərait yaradılmışdır. Girişdə əlillərin daxil olmaları üçün qaldırıcı qurğu quraşdırılmış, gözdən əlil vətəndaşların isə sərbəst hərəkəti üçün birinci mərtəbənin döşəməsinə xüsusi örtük salınmışdır. İctimai zonada bütün otaqların adlarını əks etdirən lövhələrdə gözdən əlil insanlar üçün də xüsusi yazılar vardır.

Binadakı məhkəmə zallarından biri ilə tanışlıq zamanı məlumat verildi ki, burada əsasən cinayət, zəruri hallarda digər işlərə də baxılır. Zalın qarşısında məhkəmə prosesinin iştirakçıları üçün hər cür şərait yaradılmışdır. Burada vəkillər, dövlət ittihamçıları, şahidlər və icra məmurları üçün otaqlar ayrılmışdır. İnformasiya texnologiyalarının tətbiqi baxımından ölkəmizdə bənzəri olmayan bu məhkəmə zalında proseslərin daha dəqiq və sürətlə protokollaşdırılmasına xidmət edən və audio-video yazılışları aparan “Femida” sistemi, video-konfransların, təqdimatların keçirilməsi, elektron sənəd dövriyyəsi və məhkəmə işlərinin idarəetmə sistemi üçün zəruri infrastruktur yaradılmış, habelə müasir tipli İP təhlükəsizlik kameraları istifadəyə verilmişdir. Təqsirləndirilən şəxslər zalda dəmir barmaqlıqlar arxasında deyil, beynəlxalq standartlara uyğun xüsusi ayrılmış şüşə otaqda saxlanılırlar. Burada onların vəkillə birbaşa əlaqə saxlamaları üçün müvafiq qurğu da vardır. Məhkəmə zalında əcnəbi şəxslərin iştirakı ilə işlərə baxılan zaman tərcümə xidmətlərinin göstərilməsi üçün xüsusi yer ayrılmış və avadanlıq quraşdırılmışdır.

Bildirildi ki, təqsirləndirilən şəxslər üçün binanın alt qatında hər cür şərait yaradılmışdır. Təqsirləndirilən şəxslər məhkəmə prosesinə ayrıca xüsusi təhlükəsizlik vasitələri ilə təchiz olunmuş liftlə gətirilir. Mühafizə otağı, arxiv, dəftərxana xidməti və icra şöbəsinin işi də müasir tələblər səviyyəsində qurulmuşdur.

Məlumat verildi ki, binanın ərazisində transformator yarımstansiyası, qazanxana, yeraltı yanğın və içməli su anbarları, nasosxana, avtomobillər üçün dayanacaq vardır. Yeni bina mərkəzləşdirilmiş havalandırma, işıqlandırma, yanğınsöndürmə ilə təchiz edilmişdir. 

Qeyd edildi ki, binada təhlükəsizliyin etibarlı təmini məqsədilə müasir tipli 60 İP təhlükəsizlik kamerası, metal aşkarlayıcısı elektron və çanta yoxlayan rentgen qurğuları, turniketlər quraşdırılmışdır.

Bildirildi ki, vətəndaşların müraciət imkanlarının asanlaşdırılması, məlumatlılığın təmin edilməsi və şəffaf xidmətlərin geniş tətbiqi məqsədilə binanın birinci mərtəbəsində ilk dəfə olaraq müasir elektron məlumat daşıyıcıları, o cümlədən məlumat məntəqəsi, məlumat köşkü, iki tavanda yerləşdirilmiş böyük ölçülü ekran və məhkəmə zalının girişində divarda asılmış xüsusi monitor vardır ki, bu da vətəndaşların məhkəmə prosesləri və onların keçiriləcəyi tarix, məhkəmə zalı, hakim və digər məsələlərlə bağlı informasiyanı maneəsiz əldə etmələrinə imkan yaradır. Bundan başqa, vətəndaşlara bank, tibb xidmətindən və çay otağından istifadə etmək üçün şərait yaradılmış, məhkəmə zallarına qalxmaq məqsədilə müasir lift və eskalatorlar quraşdırılmışdır.

Prezident İlham Əliyev binanın ikinci mərtəbəsində mülki məhkəmə zalı ilə də tanış oldu. Məlumat verildi ki, inzibati zonada hakimlər və məhkəmə aparatı işçiləri üçün əlverişli şərait yaradılmışdır.

Dördüncü mərtəbədə yerləşən konfrans zalı ilə tanışlıq zamanı dövlət başçısının diqqətinə çatdırıldı ki, müasir avadanlıqla təchiz edilmiş bu zalda hakimlərə və məhkəmə işçilərinə Ədliyyə Nazirliyinin iclaslarına, müşavirələrinə, toplantılarına, həmçinin Ali Məhkəmənin Plenumuna birbaşa qoşulmaq imkanı yaradılmışdır. Həmçinin, məhkəmə sədrinin otağında quraşdırılmış və ölkəmizdə ilk dəfə tətbiq edilən “Bloostar” adlı video-konfrans telefon sistemi vasitəsilə 6 qurum rəhbəri ilə eyni vaxtda video-müzakirələr aparmaq mümkündür.

Sonra Dünya Bankı ilə birgə həyata keçirilən layihə çərçivəsində respublikamızın üç bölgəsində yeni inşa olunmuş Gədəbəy, Oğuz, Gəncə şəhəri Nizami rayon məhkəmələri ilə videobağlantı yaradıldı və həmin məhkəmələrin hakimləri ilə canlı danışıqlar aparıldı.

Dövlət başçısı Yasamal Rayon Məhkəməsinin yeni binasında yaradılmış şəraitdən razılığını bildirdi, tapşırıq və tövsiyələrini verdi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 07 fevral 2025
13:10
“Qarabağ Universitetinin Klinikası” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Qarabağ Universitetinin tabeliyində “Qarabağ Universitetinin Klinikası” publik hüquqi şəxs (bundan sonra – Klinika) yaradılsın.

2....

07 fevral 2025, 13:10
SƏNƏDLƏR Fərmanlar 06 fevral 2025
15:58
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” 2017-ci il 29 noyabr tarixli 1691 nömrəli və “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə əlavə tədbirlər haqqında” 2018-ci il 1 may tarixli 29 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası...

06 fevral 2025, 15:58
SƏNƏDLƏR Sərəncamlar 06 fevral 2025
15:52
S.R.Babayevin Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:

Sahil Rafiq oğlu Babayev Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsindən azad edilsin.

İlham...

06 fevral 2025, 15:52
SƏNƏDLƏR Sərəncamlar 05 fevral 2025
17:24
M.B.Babayevin Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                                                                         

Muxtar Bahadur oğlu Babayev Azərbaycan...

05 fevral 2025, 17:24
SƏNƏDLƏR Sərəncamlar 05 fevral 2025
17:22
M.B.Babayevin Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:                                     

Muxtar Bahadur oğlu Babayev Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər...

05 fevral 2025, 17:22
SƏNƏDLƏR Fərmanlar 05 fevral 2025
15:58
“Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən təmsil olunan Azərbaycan Respublikası Hökuməti ilə İqtisadi və Sosial Məsələlər Departamentinin Dövlət Təşkilatları və Rəqəmsal Hökumət Bölməsi tərəfindən təmsil olunan Birləşmiş Millətlər Təşkilatı arasında Töhfə Sazişi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2024-cü il noyabrın 11-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial...

05 fevral 2025, 15:58
SƏNƏDLƏR Sərəncamlar 05 fevral 2025
15:54
Ukraynaya humanitar yardım göstərilməsi məqsədilə Azərbaycan Respublikasının Energetika Nazirliyinə vəsait ayrılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası humanizm prinsiplərinə söykənərək, ikitərəfli və çoxtərəfli əsasda dünyanın bir çox ölkəsinə humanitar yardımlar göstərir.

Ukraynada yaranmış son vəziyyətlə əlaqədar Azərbaycan dövləti tərəfindən Ukrayna...

05 fevral 2025, 15:54