15:11
“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
20 may 2024, 17:00Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 413 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 86-cı maddə üzrə:
1.1.1. maddənin adı aşağıdakı redaksiyada verilsin:
“Maddə 86. Məhkəmələrin fəaliyyətinin təşkili”;
1.1.2. birinci hissəyə “artırılması” sözündən sonra “(Məhkəmə-Hüquq Şurasının müraciətinə əsasən)” sözləri əlavə edilsin;
1.1.3. ikinci hissənin birinci cümləsində “Müvafiq icra hakimiyyəti orqanı” sözləri “Məhkəmə-Hüquq Şurası” sözləri ilə əvəz edilsin və həmin cümlədən “məhkəmə qərarlarının icrası,” sözləri çıxarılsın;
1.1.4. ikinci hissənin ikinci cümləsində “Müvafiq icra hakimiyyəti orqanı” sözləri “Məhkəmə-Hüquq Şurası” sözləri ilə əvəz edilsin və həmin cümlədən “, hakim öz vəzifələrini yerinə yetirə bilmədikdə və ya hakim vəzifəsi vakant olduqda isə hakimin vəzifələrinin icrasını müvəqqəti olaraq digər müvafiq məhkəmənin hakimlərindən birinə” sözləri çıxarılsın;
1.1.5. üçüncü hissədə “Müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə” sözləri “Məhkəmə-Hüquq Şurası” sözləri ilə əvəz edilsin;
1.1.6. dördüncü hissə ləğv edilsin;
1.2. 87-ci maddə üzrə:
1.2.1. maddənin adı aşağıdakı redaksiyada verilsin:
“Maddə 87. Məhkəmələrin fəaliyyətinə dair statistika”;
1.2.2. ikinci hissədə “Müvafiq icra hakimiyyəti orqanı” sözləri “Məhkəmə-Hüquq Şurası” sözləri ilə əvəz edilsin;
1.2.3. üçüncü hissədə “Müvafiq icra hakimiyyəti orqanı” sözləri “Məhkəmə-Hüquq Şurası” sözləri ilə əvəz edilsin və həmin hissədən “, bu barədə Məhkəmə-Hüquq Şurasını məlumatlandırır” sözləri çıxarılsın;
1.3. 88-ci maddə üzrə:
1.3.1. dördüncü hissədən “, işçilərinin əmək haqqını” sözləri çıxarılsın və həmin hissədə “isə strukturunu, ştat cədvəlini, xərc smetasını, işçilərin əmək haqqını” sözləri “strukturunu, ştat cədvəlini Məhkəmə-Hüquq Şurası, xərc smetasını isə” sözləri ilə əvəz edilsin;
1.3.2. beşinci hissəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Məhkəmə aparatı işçilərinin peşə hazırlığına və ixtisasının artırılmasına cəlb edilməsi Məhkəmə-Hüquq Şurasının müraciəti əsasında həyata keçirilir.”;
1.4. 91-ci maddədən “və müvafiq icra hakimiyyəti orqanı”, “və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi” sözləri çıxarılsın və həmin maddədə “keçirirlər” sözü “keçirir” sözü ilə əvəz edilsin;
1.5. 93-cü maddənin birinci hissəsindən “yaşı 30-dan aşağı olmayan,” sözləri çıxarılsın;
1.6. 97-1-ci maddə üzrə:
1.6.1. birinci hissənin birinci cümləsində “2” rəqəmi “1” rəqəmi ilə əvəz edilsin və həmin cümlədən “, habelə müvafiq icra hakimiyyəti orqanının müraciəti olduqda, tədris fəaliyyətində və ya birinci və apellyasiya instansiyası məhkəmələrində bu Qanunun 86-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş sahələr üzrə işin təşkili vəziyyətinin yoxlanılmasında iştirak etmək üçün həmin quruma” sözləri çıxarılsın;
1.6.2. birinci hissənin ikinci cümləsində “2” rəqəmi “1” rəqəmi ilə əvəz edilsin;
1.6.3. ikinci hissədən “və ya müvafiq icra hakimiyyəti orqanına” sözləri çıxarılsın;
1.6.4. aşağıdakı məzmunda dördüncü hissə əlavə edilsin:
“Birinci instansiya məhkəməsinin hakimi öz vəzifələrini yerinə yetirə bilmədikdə və ya hakim vəzifəsi vakant olduqda, Məhkəmə-Hüquq Şurası həmin məhkəməyə digər müvafiq məhkəmənin hakimini onun razılığı ilə 1 ilədək müddətə ezam edə bilər.”;
1.7. 107-ci maddənin ikinci hissəsində “müvafiq icra hakimiyyəti orqanı” sözləri “Məhkəmə-Hüquq Şurası” sözləri ilə əvəz edilsin;
1.8. 112-ci maddə üzrə:
1.8.1. birinci hissənin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:
“Bu Qanunla müəyyən edilmiş səbəblər və intizam məsuliyyətinə cəlb edilmə əsaslarının əlamətləri olduqda Məhkəmə-Hüquq Şurası öz təşəbbüsü ilə intizam icraatını başlamalı, Ali Məhkəmənin, apellyasiya məhkəmələrinin və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədrləri isə intizam icraatının başlanılması barədə Məhkəmə-Hüquq Şurasına müraciət etməlidirlər.”;
1.8.2. altıncı hissə ləğv edilsin;
1.8.3. üçüncü – beşinci hissələr müvafiq olaraq dördüncü – altıncı hissələr hesab edilsin və aşağıdakı məzmunda üçüncü hissə əlavə edilsin:
“Məhkəmə-Hüquq Şurası öz təşəbbüsü ilə birinci, apellyasiya və kassasiya instansiyaları məhkəmələrinin hakimləri haqqında intizam icraatına başlayır.”;
1.9. 112-1-ci maddənin ikinci hissəsinə “maddəsinin” sözündən sonra “ikinci hissəsinin” sözləri əlavə edilsin;
1.10. 114-cü maddənin mətni aşağıdakı redaksiyada verilsin:
“Bu Qanunun 113-cü maddəsinin ikinci hissəsinin 6-cı, 7-ci, 8-ci (hakimin başqa dövlətin vətəndaşlığını qəbul etməsi və ya digər dövlət qarşısında öhdəlik götürməsi hallarında), 10-cu və ya 11-ci bəndlərində nəzərdə tutulmuş əsaslar olduqda hakimin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi üçün Məhkəmə-Hüquq Şurası öz təşəbbüsü ilə intizam icraatına başlayır, Ali Məhkəmənin sədri isə intizam icraatının başlanılması haqqında Məhkəmə-Hüquq Şurasına müraciət edir.
İntizam icraatı nəticəsində bu Qanunun 113-cü maddəsinin ikinci hissəsinin 6-cı, 7-ci, 8-ci (hakimin başqa dövlətin vətəndaşlığını qəbul etməsi və ya digər dövlət qarşısında öhdəlik götürməsi hallarında), 10-cu və ya 11-ci bəndlərində nəzərdə tutulmuş əsasların mövcudluğu müəyyən edildikdə, habelə bu Qanunun 113-cü maddəsinin ikinci hissəsinin 12-ci bəndində nəzərdə tutulmuş əsas olduqda, Məhkəmə-Hüquq Şurası hakimin səlahiyyətlərinə xitam verilməsi barədə müvafiq icra hakimiyyəti orqanına təklif verilməsi haqqında qərar qəbul edir. Hakimin səlahiyyətlərinə onu təyin etmiş orqan tərəfindən vaxtından əvvəl xitam verilir.
Bu Qanunun 113-cü maddəsinin ikinci hissəsinin 1-ci, 3–5-ci, 8-ci (hakimin Azərbaycan Respublikası vətəndaşlığına xitam verilməsi halında) və ya 9-cu bəndlərində nəzərdə tutulmuş əsaslar olduqda hakimin səlahiyyətlərinə Məhkəmə-Hüquq Şurası tərəfindən vaxtından əvvəl xitam verilir.”.
Maddə 2. Bu Qanun 2024-cü il iyunun 1-dən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 mart 2024-cü il
15:11
15:09
14:46
Azərbaycan Respublikası Prezidentinin
2025-ci il 10 yanvar tarixli
Fərmanı ilə təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. Bu Əsasnamə “Milli Məkan Məlumatları” informasiya sisteminin (bundan sonra – Sistem) fəaliyyətinin hüquqi, təşkilati...
10 yanvar 2025, 14:4614:44
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Milli Məkan Məlumatları” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının...
10 yanvar 2025, 14:4414:42
Azərbaycan Respublikası Prezidentinin
2025-ci il 10 yanvar tarixli
Fərmanı ilə təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. Bu Əsasnamə “Rəqəmsal ekologiya” informasiya sisteminin (bundan sonra – REİS) fəaliyyətinin hüquqi, təşkilati və...
10 yanvar 2025, 14:4214:40
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Rəqəmsal ekologiya” informasiya sistemi yaradılsın.
2. “Rəqəmsal ekologiya” informasiya sistemi haqqında Əsasnamə” təsdiq...
10 yanvar 2025, 14:4013:44
Azərbaycan Respublikasının Prezidenti Zati–aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Kraliça Matilde ilə birlikdə Sizə və Azərbaycan xalqına Aktau şəhəri yaxınlığında baş...
10 yanvar 2025, 13:4413:16
1. Ümumi müddəalar
1.1. Bu Qayda Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (bundan sonra – Agentlik) vəsaitindən istifadə mexanizmini...
10 yanvar 2025, 13:1613:14
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
“Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin vəsaitindən...
10 yanvar 2025, 13:1412:52
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
2024-cü il oktyabrın 30-da Rabat şəhərində imzalanmış “Azərbaycan Respublikası...
10 yanvar 2025, 12:5212:47
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:
Samir Rauf oğlu Şərifov Azərbaycan Respublikası Baş nazirinin müavini təyin...
10 yanvar 2025, 12:4712:45
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:
Samir Rauf oğlu Şərifov Azərbaycan Respublikasının maliyyə naziri vəzifəsindən...
10 yanvar 2025, 12:45