Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar

17 may 2024, 11:41
Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar

Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar.

Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Belarus Prezidenti Aleksandr Lukaşenkoya işğalçı Ermənistanın 30 il ərzində Füzuli rayonunun ərazisində törətdiyi dağıntılar, vandalizm aktları, həmçinin şəhərin Baş planına uyğun olaraq həyata keçirilən və görüləcək işlər barədə məlumat verdi.

Emin Hüseynov: Hörmətli cənab prezidentlər, sabahınız xeyir, xoş gəlmisiniz.

Prezident İlham Əliyev: Bu regiondakı xüsusi nümayəndədir.

Prezident Aleksandr Lukaşenko: Üç rayonda?

Prezident İlham Əliyev: Bəli, üç rayonda. Füzuli haqqında danış.

Emin Hüseynov: Füzuli bir vaxtlar əhalinin sıx yaşadığı, çiçəklənən şəhər idi. Şəhər azad ediləndən sonra biz onun xarabalıqlarını tapdıq. Bu, şəhərin əsas yaşayış massivlərinin və ictimai binaların olduğu tarixi mərkəzidir. Tağın olduğu yerdə sovet dövründə məşhur “Araz” qəzetinin redaksiyası yerləşib. Yaxınlıqdakı üçbucaqlı bina Mədəniyyət evi olub. Sonra prokurorluğun binası gəlir.

Prezident İlham Əliyev: Sizin burada gördüklərinizin hamısı, bütün bu ərazidə olanlar, dediyim kimi, Livanın ərazisindən 1,5 dəfə çoxdur, təxminən 15 min kvadratkilometrdir. Hamısı xarabalığa çevrilib. Təkcə onların qanunsuz məskunlaşdığı iki-üç yerdə tikililər hələ də qalırdı. Amma bu zona – Füzuli-Ağdam tamamilə yerlə-yeksan edilib.

Prezident Aleksandr Lukaşenko: Amma burada heç nə bərpa olunmayacaq?

Prezident İlham Əliyev: Yox, bir hissəsini xatirə kimi saxlayacağıq. Bu hissə hamının buraya gəlməsi və bu vəhşiliyi görməsi üçün konservasiyada qalır. Şəhərin özü isə bu hissədə salınır, birinci məhəllə tikilir. Orada isə böyük park olacaq.

Emin Hüseynov: Bunlar şəhərin aşkar etdiyimiz bəzi fotoşəkilləridir. Biz Füzuli şəhərini bu vəziyyətdə gördük, faktiki olaraq o, yer üzündən silinmişdi. Bizim səkkiz belə şəhərimiz var.

Prezident Aleksandr Lukaşenko: İlham Heydər oğlu deyir ki, ən başlıcası bunlar döyüşlər zamanı deyil, işğal dövründə baş verib. Sadəcə, məqsədyönlü şəkildə dağıdırdılar.

Emin Hüseynov: 30 il ərzində sistemli şəkildə hər şeyi - bizim milli, tarixi, mədəniyyət obyektlərimizi dağıdıb, talayıb və məhv ediblər.

Prezident İlham Əliyev: Qəbiristanlığı yerlə-yeksan ediblər. Qəbiristanlıqlarda kənd təsərrüfatı məhsulları əkib-becəriblər.

Emin Hüseynov: Bu, təkcə İslam dininə, tarixinə və mədəniyyətinə aid obyektlər deyil. Orada pravoslav kilsələri də var.

Prezident İlham Əliyev: Pravoslav kilsəsini də dağıdıblar. Bunun fotoşəkilləri var.

Prezident Aleksandr Lukaşenko: Bu, su anbarıdır?

Prezident İlham Əliyev: Bəli, su anbarıdır, biz oradan keçdik.

Emin Hüseynov: Bu, Sizin təyyarənizin endiyi aeroportdur. Buradan şəhərin mənzərəsi görünür.

Prezident İlham Əliyev: Bu isə şəhərdir.

Prezident Aleksandr Lukaşenko: Bu, şəhər olacaq?

Emin Hüseynov: Bu, birinci məhəllədir. İkinci məhəllə iki hissədən ibarətdir. Üçüncü məhəllədə isə artıq tikilmiş 1 nömrəli məktəb var.

Prezident Aleksandr Lukaşenko: Aşağıda çay axır.

Emin Hüseynov: Bu çay Çaykənd adlanır.

Prezident İlham Əliyev: Orada çay, su anbarı var. Həmin çay birbaşa parkın ərazisindən keçəcək.

Emin Hüseynov: Bu hissə şəhər parkıdır, şəhərin mərkəzi parkı, bu isə cənab Prezidentin dediyi kimi, memorial parkıdır. Şəhərdə yeganə yerdir ki, biz gələcək nəsillərə çatdırılması üçün bu xarabalıqları qoruyacaq, konservasiya edəcəyik.

Prezident Aleksandr Lukaşenko: Daha sonra yenə şəhər olacaq?

Emin Hüseynov: Yaşayış massivləri, binalar olacaq. Sonra ikimərtəbəli, üçmərtəbəli bloklu binalar və özəl tikililər gəlir. Bura isə bizim inzibati mərkəzimizdir.

Prezident İlham Əliyev: Necə görünəcəyini slaydlarda göstər.

Emin Hüseynov: Bax, bu, qarşımızdakı, gözlərimizin önündəki tikilmiş birinci məhəllədir. Burada artıq 822 ailə məskunlaşıb. Onlar çox razıdırlar, xoşbəxtdirlər və çalışırlar.

Prezident Aleksandr Lukaşenko: İşləyirlər?

Emin Hüseynov: Bəli, onların hamısı işlə təmin edilib, əsasən tikintidə, amma həm də dövlət və özəl müəssisələrdə işləyirlər.

Prezident İlham Əliyev: Məktəbdə, Yaradıcılıq Mərkəzində, polisdə, tibb sahəsində, yəni, dövlət müəssisələrində və sahibkarlıq üzrə.

Emin Hüseynov: Artıq 300 müraciət var, onlardan 100-nü seçmişik.

Prezident İlham Əliyev: İctimai, ticarət, xidmət obyektləri.

Emin Hüseynov: Bu, belə görünür. Yaxınlıqda isə artıq ikinci kompleksdir. Onun tikintisinə ilin sonunda başlayacağıq, layihələndirmə işləri aparılır. Kompleks iki hissədən ibarətdir, ümumilikdə 653 mənzil olacaq. Burada 2288 nəfər yaşayacaq.

Prezident İlham Əliyev: İndi nə qədərdir?

Emin Hüseynov: İndi 3127. Onun yaxınlığındakı üçüncü məhəllədir. Burada 863 mənzil olacaq. Sentyabra qədər 3 mindən çox sakin köçürüləcək.

Prezident Aleksandr Lukaşenko: Sonra yekunda 10 min nəfərə yaxın olacaq.

Emin Hüseynov: Füzuli şəhərində təxminən 10 min nəfər. Ümumilikdə Füzuli rayonunda isə təqribən 25 min sakin məskunlaşacaq.

Prezident İlham Əliyev: Biz hazırda kəndləri də bərpa edirik. Bu rayonda yalnız 10 kənd var.

Prezident Aleksandr Lukaşenko: Bu, Füzuli şəhəridir, bəs başqa şəhərlər?

Prezident İlham Əliyev: Digər şəhərlər - Laçın tam məskunlaşdırılıb, orada proses gedir, artıq 450 ailə köçüb. Ağdam indi tikilir. Növbəti ildə təhvil verəcəyik.

Emin Hüseynov: Bu ilin sonunadək üç kəndi təhvil verəcəyik.

Prezident İlham Əliyev: Bu yaxınlarda ilk dəfə keçmiş köçkünlər, qaçqınlar Şuşada məskunlaşıblar. Başqa yerlərin hamısında tikinti işləri gedir. Bu il Cəbrayılda, həmçinin Kəlbəcərdə də. Yəni, bu il 20 minə yaxın insanı yerləşdirəcəyik.

Prezident Aleksandr Lukaşenko: Beş rayon var idi və 2-si qismən işğal edilmişdi?

Prezident İlham Əliyev: Bəli, üstəlik keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti də.

Prezident Aleksandr Lukaşenko: Deməli, bu beş rayonda rayon mərkəzləri var idi.

Prezident İlham Əliyev: Bax, Füzuli rayonunun mərkəzi onlardan biridir.

Prezident Aleksandr Lukaşenko: Beş rayonun hamısında tikinti işləri gedir?

Prezident İlham ƏLİYEV: Yeddisində.

Prezident Aleksandr Lukaşenko: Yeddisinin hamısında, üstəlik keçmiş vilayətin daxilində...

Prezident İlham Əliyev: Keçmiş Dağlıq Qarabağda. Orada azərbaycanlılar da yaşayırdılar. Məsələn, onların soyqırımı törətdikləri Xocalı şəhəri. Orada kəndləri bərpa edirik. Yəni, ilin sonunadək 20 min nəfərə yaxın, 2026-cı ilin sonuna qədər isə 140 min nəfərə yaxın sakini yerləşdirməyi planlaşdırırıq. Bu, bizim minimum planımızdır. Amma daha çox ola bilər. 1993-cü ilə qədər bizdə 8 milyon insana bir milyon qaçqın və köçkün düşürdü.

Emin Hüseynov: Ən böyük əmsaldır...

Prezident İlham Əliyev: Adambaşına düşən ən böyük əmsaldır. Onlar çadırlarda, vaqonlarda, uşaq bağçalarında, yataqxanalarda yaşayırdılar. Biz 2007-ci ildə çadır şəhərciklərini ləğv etdik, lakin hələ də yataqxanalarda yaşayan insanlar var. Buna görə də onları oradan buraya köçürürük. Hər şey pulsuzdur. Onlar burada yaşayırlar.

Bildirildi ki, Baş planda 2040-cı ilədək Füzuli şəhərinin inzibati ərazisinin 1943 hektara, əhalisinin 50 min nəfərə çatdırılması nəzərdə tutulur. Müasir standartlara və memarlıq xüsusiyyətlərinə uyğun inşa ediləcək Füzuli işğaldan azad edilmiş ərazilərdə ən böyük şəhərlərdən biri olacaq. Füzuli şəhərinin dayanıqlı inkişafına, sakinlərin və sahibkarların rifahına töhfə verəcək rəqəmsal həllərdən istifadə etməklə, ənənəvi şəbəkə və xidmətlərin daha səmərəli olmasının təmin edilməsi məqsədilə hazırlanmış “Ağıllı şəhər” konsepsiyası irəli sürülüb. Şəhərdə rahat və müasir həyat şəraitinin təmin edilməsi üçün orta və azmərtəbəli yaşayış binaları, həyətyanı torpaq sahələri olan fərdi evlər inşa ediləcək, təhsil, səhiyyə, mədəniyyət, istehsalat müəssisələri, rekreasiya və digər təyinatlı zonalar yaradılacaq. Burada şəhərsalmanın bütün müasir tələblərinə cavab verəcək üç yaşayış kompleksi inşa olunur. Komplekslərdə ümumilikdə 2462 mənzil olacaq. Baş plana əsasən, təxminən 22,5 hektar ərazidə Mərkəzi park yaradılacaq. Parkda istirahət zonaları, botanika bağı, sıx meşə zonası, piknik və idman meydançaları, “Poeziya” meydanı, amfiteatr, kafe-restoranlar və s. fəaliyyət göstərəcək. Tikiləcək Füzuli Memorial Kompleksində dağıdılmış binaların xarabalıqları olduğu kimi qorunub saxlanılacaq. Kompleksdə İşğal və Zəfər muzeyləri yaradılacaq. Füzulidə müayinə və müalicənin yüksək səviyyədə aparılması üçün ən müasir tibbi avadanlıqla təchiz ediləcək 180 çarpayılıq Füzuli Rayon Mərkəzi Xəstəxanası inşa olunacaq.

Həmçinin bildirildi ki, 2021-ci ilin oktyabrında təməli qoyulan və inşası sürətlə davam edən Ağdam-Füzuli avtomobil yolu Qarabağ iqtisadi rayonu ərazisində icra olunan, işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq layihələrdən biri sayılır. Bərdə-Ağdam avtomobil magistralının davamı olan bu yolun uzunluğu 64,8 kilometrdir.

gallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 17 aprel 2025
16:58
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 7 mart tarixli 152-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının...

17 aprel 2025, 16:58
SƏNƏDLƏR Qanunlar 17 aprel 2025
16:56
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci, 17-ci və 18-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Аzərbаycаn Rеspublikаsının İnzibаti Хətаlаr...

17 aprel 2025, 16:56
SƏNƏDLƏR Fərmanlar 17 aprel 2025
16:54
“Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 18 mart tarixli 160-VIIQD nömrəli Qanununun tətbiqi və “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununda və “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 14 may tarixli 126 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi...

17 aprel 2025, 16:54
SƏNƏDLƏR Qanunlar 17 aprel 2025
16:52
“Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

“Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər...

17 aprel 2025, 16:52
SƏNƏDLƏR Fərmanlar 17 aprel 2025
16:50
“Aviasiya haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1058-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 15 fevral tarixli 1 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Aviasiya haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1058-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan...

17 aprel 2025, 16:50
SƏNƏDLƏR Fərmanlar 17 aprel 2025
16:48
“Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 28 fevral tarixli 142-VIIQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 28 fevral...

17 aprel 2025, 16:48
SƏNƏDLƏR Fərmanlar 17 aprel 2025
16:42
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” 2000-ci il 30 avqust tarixli 393 nömrəli, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” 2017-ci il 6 noyabr tarixli 1665 nömrəli, “Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyətinin təmin edilməsi haqqında” 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli fərmanlarında və “Sumqayıt Kimya Sənaye Parkının ərazisinin genişləndirilməsi və “Azərbaycan alüminiumu” (“Azəralüminium”) Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2021-ci il 9 aprel tarixli 2570 nömrəli, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiqi və Azərbaycan Respublikası Prezidentinin “N.Ə.Əmirovun “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri təyin edilməsi haqqında” 2017-ci il 6 noyabr tarixli 3348 nömrəli, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurası üzvlərinin təyin edilməsi haqqında” 2019-cu il 10 iyun tarixli 1226 nömrəli, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurası üzvlərinin təyin edilməsi haqqında” 2020-ci il 16 aprel tarixli 1989 nömrəli sərəncamlarının ləğv edilməsi barədə” 2021-ci il 4 dekabr tarixli 3025 nömrəli sərəncamlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin ləğv edilməsi və bundan irəli gələn məsələlərin tənzimlənməsi haqqında”...

17 aprel 2025, 16:42
SƏNƏDLƏR Fərmanlar 17 aprel 2025
16:40
“Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Latviya Respublikasının Dövlət Gəlirlər Xidməti arasında məlumat mübadiləsi və vergi tələblərinin alınmasında yardım haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2025-ci il yanvarın 16-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Latviya Respublikasının...

17 aprel 2025, 16:40