İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər

10 may 2024, 14:35
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada inşa ediləcək üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər.

Şuşa rayonunda Prezidentin xüsusi nümayəndəsi Aydın Kərimov dövlətimizin başçısına və birinci xanıma yeni yaşayış kompleksi barədə məlumat verdi.

Bildirildi ki, Şuşa şəhərində üçüncü yaşayış kompleksinin layihəsi çərçivəsində 17 yaşayış binasının inşası nəzərdə tutulub. Kompleks ümumilikdə 487 mənzildən ibarət olacaq. Hazırda binanın layihələndirmə işləri başa çatdırılıb. Tikinti işlərinə bu ilin yayında başlanılması planlaşdırılır.

Prezident İlham Əliyev Şuşada üçüncü yaşayış kompleksinin təməlini qoydu.

gallery-photogallery-photo
SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55