İlham Əliyev Ekvadorun Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir

09 noyabr 2012, 21:30
İlham Əliyev Ekvadorun Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir

Prezident İlham Əliyev Ekvador Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Patrisio Alberto Çaves Savalanın etimadnaməsini qəbul etmişdir.

Səfir Patrisio Alberto Çaves Savala fəxri qarovul dəstəsinin qarşısından keçdi. 

Səfir Patrisio Alberto Çaves Savala etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi. 

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Patrisio Alberto Çaves Savala Ekvador Respublikasının Prezidenti Rafael Korreanın salamlarını dövlətimizin başçısına çatdırdı. O, ölkəsinin Azərbaycan ilə ikitərəfli münasibətlərin yüksək səviyyədə inkişaf etdirilməsində, əməkdaşlığımızın müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində genişləndirilməsində maraqlı olduğunu dedi və əlaqələrimizin gələcəkdə uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirdi.

Dövlət başçısı Patrisio Alberto Çaves Savalanın Azərbaycandakı diplomatik fəaliyyətinin ölkələrimiz arasında əlaqələrin daha da yaxınlaşması işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirdi. 

Prezident İlham Əliyev Azərbaycanla Ekvador arasında beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlığı genişləndirmək üçün yaxşı imkanlarının olduğunu vurğuladı. Dövlətimizin başçısı ölkələrimiz arasında iqtisadi əlaqələrin də inkişaf etdirilməsinin önəmini qeyd etdi. 

Dövlət başçısı Ekvador Respublikasının Prezidenti Rafael Korreanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Ekvadorun dövlət başçısına çatdırmağı xahiş etdi.

gallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 23 may 2025
14:20
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli 190-VIIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli...

23 may 2025, 14:20