17:00

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib.
İclasda çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev dedi:
- Hörmətli Sadır Nurqojoyeviç.
Hörmətli qonaqlar.
Bir daha Azərbaycana “Xoş gəlmisiniz!” deyirəm.
Sizi ölkəmizdə görməyimizə çox şadıq. Bu, Sizin dövlət səfərinizdir. Əminəm ki, səfərin yekunları ölkələrimiz və xalqlarımız arasında qardaşlıq, dostluq münasibətlərinin möhkəmləndirilməsi işinə xidmət edəcək.
Bu gün Sizinlə məhdud dairədə ikitərəfli qarşılıqlı fəaliyyət üzrə bir çox məsələləri müzakirə etdik. Həm ikitərəfli münasibətlərin inkişafı məsələlərində, həm də bizim beynəlxalq təşkilatlarda iştirakımızla bağlı məsələlərdə, beynəlxalq strukturlar çərçivəsində qarşılıqlı dəstək üzrə mövqelərimiz tam üst-üstə düşür. Bu gün Dövlətlərarası Şuranın ikinci iclasını keçirəcəyik, müvafiq nazirliklərin nümayəndələrinin görülən işlər haqqında hesabatını dinləyəcəyik. Prinsip etibarilə ölkələrimiz arasında qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi üzrə iş heç vaxt dayandırılmayıb. Müvafiq nazirliklər, idarələr daimi təmasdadırlar, fəal qarşılıqlı fəaliyyət göstərirlər və müntəzəm məsləhətləşmələr keçirirlər. Ona görə də əminəm ki, bugünkü səfər həm də nazirlər üçün qarşılıqlı fəaliyyətimizin aktual məsələlərinin müzakirəsinə imkan yaradacaq.
Bu gün Sizinlə artıq investisiya sahəsində əməkdaşlığın perspektiv məsələlərini müzakirə etdik və dediyim kimi, Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun vəsaitlərini artırırıq, çünki bu imkandan istifadə etmək istəyən biznesmenlərdən çoxlu müraciətlər daxil olur. Beləliklə, zənnimcə, bu, investisiya sahəsində qarşılıqlı fəaliyyətin mühüm aləti olacaq.
Həmçinin energetika sahəsində əməkdaşlıq məsələləri müzakirə olundu. Qırğızıstanın bu sahədə böyük potensialı var və Azərbaycan şirkətləri bərpaolunan enerji sahəsində işləməkdə maraqlıdır. Bu gün bu mövzunu da müzakirə edəcəyik.
Əlbəttə, biz gələcəkdə ölkələrimiz arasında əmtəə dövriyyəsinin artırılmasına ümid edirik. Bunun üçün perspektivlər mövcuddur. Bu gün imzalanacaq sənədlər bu istiqamətdə yaxşı baza yaradacaq.
Əlaqələrimizi daha böyük məzmunla tamamlamaq üçün, əlbəttə, gələcəkdə nəqliyyat sahəsində də fəal əməkdaşlıq edəcəyik. Çünki həm Qırğızıstanda, həm də Azərbaycanda nəqliyyat sahəsində iri infrastruktur layihələri həyata keçirilir, fəaliyyətimizin birləşdirilməsi və əlaqələndirilməsi yeni dəhlizlər açmaq, yeni nəqliyyat arteriyaları yaratmaq üçün müstəsna dərəcədə əhəmiyyətlidir.
Çox şadam ki, bu gün Sizinlə qırğız xalqının böyük oğlu Çingiz Aytmatovun abidəsinin açılışında iştirak edəcəyik. Bu, ölkələrimiz arasında sıx qardaşlıq münasibətlərinin daha bir təzahürüdür.
Bir daha xoş gəlmisiniz.
x x x
Qırğızıstan Prezidenti Sadır Japarov dedi:
- Hörmətli İlham Heydər oğlu, sağ olun.
Hörmətli iclas iştirakçıları.
Hörmətli İlham Heydər oğlu, əvvəlcə icazə verin, qardaş Azərbaycana dövlət səfəri etməklə bağlı dəvətinizə, həmçinin mənə və Qırğız Respublikasının nümayəndə heyətinin üzvlərinə göstərilən səmimi qəbula görə Sizə təşəkkürümü bildirim.
Qırğızıstan-Azərbaycan dostluğu haqqında Sizin sözlərinizə məmnuniyyətlə qoşulmaq istəyirəm, Sizinlə tam razıyam. Qonaqpərvər Azərbaycan torpağında Sizinlə bir daha görüşməyimə, Qırğızıstan-Azərbaycan əməkdaşlığının gələcək inkişafı haqqında fikirlərimi bölüşməyimə ürəkdən şadam. Əminəm ki, bu səfər iki ölkə arasında münasibətlərin dərinləşməsinə böyük töhfə olacaq, bu gün imzalanan sənədlər isə əməkdaşlığımızın genişlənməsinə kömək edəcək.
Hörmətli İlham Heydər oğlu, bütün sahələrdə praktiki əməkdaşlıq üçün geniş imkanlarımızın olduğu barədə Sizin fikrinizlə razıyam. Qardaş ölkələrimiz arasında münasibətlər möhkəm bünövrə - xalqlarımızın dərin tarixi və mənəvi əlaqələri üzərində qurulub. Biz Qırğızıstan ilə Azərbaycan arasında strateji tərəfdaşlığın müntəzəm surətdə davam etməsi baxımından bu səfərə böyük əhəmiyyət veririk. Qırğızıstan gələcəkdə də dövlətlərarası münasibətlərin yüksək səviyyədə və hökumətlərarası, regionlararası və gələcək əməkdaşlıq mexanizmləri üzrə sonrakı inkişafına hazırdır. Məhdud formatda görüşdə biz artıq əməkdaşlığımızın bir çox mühüm məsələlərini müzakirə etdik, onun əsas istiqamətlərini, prioritetlərini qeyd etdik və Dövlətlərarası Şuranın iclası çərçivəsində müzakirələri davam etdirəcəyik. Çox sağ olun.
Prezident İlham Əliyev: Sağ olun.








Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2026-cı il avqustun 31-də Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə toplantısı çərçivəsində Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüş keçirib.
Liderlər 8 avqust 2025-ci il tarix...
31 avqust 2026, 14:55
Hörmətli xanım Prezident,
Trinidad və Tobaqo Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir və ən xoş arzularımı çatdırıram.
İnanıram ki, Azərbaycan ilə ...
31 avqust 2026, 11:06Əlahəzrət,
Malayziyanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik etməkdən məmnunluq duyuram.
Azərbaycan ilə Malayziya arasında təşəkkül tapmış, dostluq və qarşıl...
31 avqust 2026, 11:05Hörmətli Sadır Nurqojoyeviç,
Qardaş Qırğız Respublikasının müstəqilliyinin 35-ci ildönümü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
Bu gün Qırğızıstan Sizin rəhbərl...
31 avqust 2026, 11:04Hörmətli cənab Prezident,
Girnə yaxınlığında baş vermiş gəmi qəzası nəticəsində insanların həlak olması barədə xəbər bizi son dərəcə sarsıtdı.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş xalqınıza öz adımdan və Azərbaycan xalqı adınd...
31 avqust 2026, 10:30Hörmətli Şavkat Miromonoviç,
Əziz Qardaşım,
Əlamətdar ildönümü - Özbəkistan Respublikasının müstəqilliyinin 35 illiyi münasibətilə Sizi və Sizin simanızda qardaş xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqda...
29 avqust 2026, 11:44Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. UEFA Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanması ilə əlaqədar Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərd...
27 avqust 2026, 15:35Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 10-cu və 15-ci bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasını...
27 avqust 2026, 15:34