19:20
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 5-ci, 6-cı və 17-ci bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 17 (Cild I) 355-4-cü maddəsində aşağıdakı dəyişikliklər edilsin:
1.1. 355-4.4-cü maddədə “aşağıdakılardan biri və ya bir neçəsi” sözləri “aşağıdakılar” sözü ilə əvəz edilsin;
1.2. 355-4.6-cı maddədə “30” rəqəmləri “60” rəqəmləri ilə əvəz edilsin.
Maddə 2. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (II kitab), maddə 585 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
2.1. aşağıdakı məzmunda 19.3-1-ci, 87.6.21-1-ci və 197.1.5-3-cü maddələr əlavə edilsin:
“19.3-1. Cinsi istismarın və ya cinsi zorakılığın qurbanı olan uşaq və ya onun qanuni nümayəndəsi, yaxud məişət zorakılığından zərər çəkmiş şəxs tələb etdikdə, cinayət prosesini həyata keçirən orqan cinsi istismarın və ya cinsi zorakılığın qurbanı olan uşağa, yaxud məişət zorakılığından zərər çəkmiş şəxsə pulsuz hüquqi yardım göstərilməsi üçün cinayət prosesində vəkilin iştirakını təmin etməlidir.”;
“87.6.21-1. məişət zorakılığı ilə bağlı cinayət işi üzrə pulsuz hüquqi yardımdan istifadə etmək;”;
“197.1.5-3. məişət zorakılığından zərər çəkmiş şəxsə pulsuz hüquqi yardım göstərildikdə vəkilə ödənilməli olan haqqın məbləği;”;
2.2. 194-cü maddə üzrə:
2.2.1. adına “uşağa” sözündən sonra “və məişət zorakılığından zərər çəkmiş şəxsə” sözləri əlavə edilsin;
2.2.2. aşağıdakı məzmunda 194.1-3-cü maddə əlavə edilsin:
“194.1-3. Məişət zorakılığından zərər çəkmiş şəxsə göstərilən pulsuz hüquqi yardımın ödənilməsi, məhkəmə tərəfindən məhkumun üzərinə qoyulduğu hallar istisna olmaqla, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilir.”;
2.2.3. 194.2-ci maddəyə “uşaqlara” sözündən sonra “və ya məişət zorakılığından zərər çəkmiş şəxslərə” sözləri əlavə edilsin;
2.3. 198.1-ci maddədə “197.1.5-1, 197.1.5-2, 197.1.6 – 197.1.9-cu” sözləri “197.1.5-1 – 197.1.9-cu” sözləri ilə əvəz edilsin.
Maddə 3. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (I kitab), maddə 202 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
3.1. 54.2-ci maddənin birinci cümləsinə “Məcəllənin” sözündən sonra “158.4,” rəqəmləri əlavə edilsin;
3.2. 158-ci maddə üzrə:
3.2.1. aşağıdakı məzmunda 158.2-1-ci və 158.4-cü maddələr əlavə edilsin:
“158.2-1. Bu Məcəllənin 158.1-ci və 158.2-ci maddələrində nəzərdə tutulmuş xətaların inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə –
beş yüz manatdan yeddi yüz manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla altmış saatdan yüz saatadək ictimai işlər və ya on beş günədək müddətə inzibati həbs tətbiq olunur.”;
“158.4. “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və müddətdə məişət zorakılığını törətmiş şəxsə məişət zorakılığının təkrarlanmaması barədə yazılı xəbərdarlığın edilməməsi və ya zərər çəkmiş şəxsə qısamüddətli mühafizə orderinin verilməməsinə görə –
vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.”;
3.2.2. “Qeyd” hissəsinin 2-ci bəndində “158.1 və 158.2-ci” sözləri “158.1 – 158.2-1-ci” sözləri ilə əvəz edilsin.
Maddə 4. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 19 (Cild I) 20-ci maddəsində aşağıdakı dəyişikliklər edilsin:
4.1. I hissənin birinci cümləsinə “təqsirləndirilən şəxslərə” sözlərindən sonra “, məişət zorakılığından zərər çəkmiş şəxslərə” sözləri əlavə edilsin;
4.2. II hissənin ikinci abzası ləğv edilsin;
4.3. aşağıdakı məzmunda lll hissə əlavə edilsin:
“III. Bu maddənin I hissəsində nəzərdə tutulmuş şəxslərə dövlət hesabına hüquqi yardım göstərən vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz.”.
Maddə 5. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 9, maddə 684 (Cild I) aşağıdakı məzmunda 11.3-2-ci maddə əlavə edilsin:
“11.3-2. Ümumi, peşə, orta ixtisas və ali təhsil pillələrində tədris olunan müvafiq fənn və dərsdənkənar məşğələlərin məzmununa təhsilalanların yaş xüsusiyyətləri nəzərə alınmaqla, qarşılıqlı hörmət, qarşılıqlı yardım, mübahisələrin qeyri-zorakı yollarla həlli, gender bərabərliyi və şəxsiyyətlərarası münasibətlərə dair mövzular daxil edilir.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 fevral 2024-cü il
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
“Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan “Regional Su Meliorasiya Xidməti” və “İri Şəhərlərin Birləşmiş Su...
30 iyul 2026, 12:39Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan “Regional Su Meliorasiya Xidməti” və “İri Şəhərlərin Birləşmiş Su Təchizatı...
30 iyul 2026, 12:38Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində və “İnformasiya,...
30 iyul 2026, 12:36Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı, 15-ci, 17-ci və 20-ci bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində...
30 iyul 2026, 12:35Əlahəzrət,
Əziz Qardaşım,
Mərakeş Krallığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda qardaş xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq...
30 iyul 2026, 11:00Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:
Esmira Firudin qızı Cəfərova Azərbaycan Respublikasının Macarıstanda fövqəladə və səlahiyyətli səfiri təyin edilsin.
İlham...
29 iyul 2026, 19:35Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:
Tahir Tofiq oğlu Tağızadə Azərbaycan Respublikasının Serbiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilsin.
İlham...
29 iyul 2026, 19:34Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:
Tahir Tofiq oğlu Tağızadə Azərbaycan Respublikasının Macarıstanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri...
29 iyul 2026, 19:33Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:
Kamil Tacid oğlu Xasiyev Azərbaycan Respublikasının Avstriya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilsin.
İlham...
29 iyul 2026, 19:32Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:
Kamil Tacid oğlu Xasiyev Azərbaycan Respublikasının Serbiya Respublikasında, eyni zamanda Monteneqroda və Şimali Makedoniya Respublikasında...
29 iyul 2026, 19:31