İlham Əliyev BMT-nin baş katibinin müavini Vu Honqbonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

05 noyabr 2012, 16:00
İlham Əliyev BMT-nin baş katibinin müavini Vu Honqbonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

Prezident İlham Əliyev BMT-nin baş katibinin müavini Vu Honqbonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

BMT-nin baş katibinin müavini Vu Honqbo baş katib Pan Gi Munun salamlarını dövlətimizin başçısına çatdırdı. O, BMT ilə Azərbaycan arasında əməkdaşlığın yaxşı səviyyədə olduğunu vurğuladı. Vu Honqbo 2012-2013-cü illər ərzində Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi münasibətilə Prezident İlham Əliyevi təbrik etdi. Azərbaycan Hökumətinin informasiya-Kommunikasiya texnologiyalarının inkişafına xüsusi diqqət göstərdiyini vurğulayan Vu Honqbo və ölkəmizin bu sahədə regionun liderinə çevrilməsini yüksək qiymətləndirdi. O, VII İnternet İdarəçilik Forumunun yüksək səviyyədə təşkil olunmasına görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. Qonaq BMT-nin “Elektron Hökumət” layihələrində Azərbaycanın fəal iştirakının önəmini qeyd etdi.

Prezident İlham Əliyev BMT-nin baş katibinin müavini Vu Honqbonun Bakıda təşkil olunan VII İnternet İdarəçilik Forumunda iştirakının əhəmiyyətini qeyd etdi. Dövlətimizin başçısı Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sektorunun prioritet sahələrdən biri olduğunu vurğuladı. Prezident İlham Əliyev baş katiblə Azərbaycan BMT Təhlükəsizlik Şurasına sədrlik etdiyi zaman Nyu-Yorkdakı son görüşünü məmnunluqla xatırladı. Müstəqilliyimizin 20-ci ildönümündə güclü beynəlxalq dəstəklə ölkəmizin BMT Təhlükəsizlik Şurasına üzv seçilməsinin önəmini vurğulayan dövlətimizin başçısı Azərbaycanın 2013-cü ildə də sülhün, təhlükəsizliyin və dostluğun təşviqi işində fəal rol oynayacağına ümidvar olduğunu bildirdi. Prezident İlham Əliyev Azərbaycan ilə BMT arasında əməkdaşlığın bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini ifadə etdi.

Dövlət başçısı Pan Gi Munun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını BMT-nin baş katibinə çatdırmağı xahiş etdi.

gallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 23 may 2025
14:20
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli 190-VIIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli...

23 may 2025, 14:20