Ümumdünya Ticarət Təşkilatının baş direktoru Nqozi Okonco-İvealadan

15 mart 2024, 16:32

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə təbriklərimi çatdırır və ən xoş arzularımı bildirirəm.

Ümumdünya Ticarət Təşkilatı (ÜTT) ilə Azərbaycan arasında əlaqələri, eləcə də Azərbaycanın təşkilata üzvlüyü məsələsində Sizinlə əməkdaşlığı daha da inkişaf etdirməyi səbirsizliklə gözləyirəm. Azərbaycan ÜTT-yə üzvlük prosesini yenidən aktivləşdirmək üçün 2023-cü ildə danışıqlar masasına qayıdıb. Qalan məsələlərin həllində Sizin liderliyiniz çox vacib rol oynayacaq və bu məsələləri 2-3 il ərzində həll etmək olar.

Azərbaycanın Avropa və Asiyanı birləşdirən strateji coğrafi mövqeyini nəzərə alsaq, onun ÜTT-yə üzv olması təşkilat və dünya iqtisadiyyatı üçün böyük maraq kəsb edir.

Azərbaycanın təşkilata üzv olması həm də ölkənin öz iqtisadiyyatını daha da şaxələndirməsinə, Qafqazda və Mərkəzi Asiyada regional tərəfdaşlar arasında ticarət əlaqələrinin daha çox uyğunlaşmasına töhfə verəcək.

BMT-nin İqlim Dəyişmələri üzrə Konfransı - COP29-a ev sahibliyi edən Azərbaycan 2024-cü ildə çoxtərəfli əməkdaşlıqda aparıcı rol oynayacaq. Azərbaycanla əməkdaşlıq etməyi və ticarətin qlobal iqlim dəyişikliyinin təsirlərinin azaldılmasındakı roluna görə xüsusi tematik gün kimi müəyyən edildiyi COP28-də əldə olunan nailiyyətləri daha da inkişaf etdirməyi səbirsizliklə gözləyirəm. Ümid edirəm ki, Azərbaycan COP29-da Ticarət Günü təşkil edəcək və ÜTT Katibliyi bunun uğurlu keçirilməsi üçün Sizə dəstək verməyə hazırdır.

ÜTT çoxtərəfli ticarət sistemində daha dərin inteqrasiyanı həyata keçirdiyi üçün onun beynəlxalq əməkdaşlığı möhkəmləndirməsinə və Azərbaycanı dəstəkləməsinə sadiq qaldığına əmin ola bilərsiniz.

Zati-aliləri, Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

 

Nqozi Okonco-İveala

Ümumdünya Ticarət Təşkilatının baş direktoru

SƏNƏDLƏR Fərmanlar 23 may 2025
14:20
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli 190-VIIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli...

23 may 2025, 14:20