15:23

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 15-də Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 78-ci sessiyasının prezidenti Dennis Fransisi qəbul edib.
Görüşdə Azərbaycan ilə BMT və onun müxtəlif strukturları arasında əməkdaşlıqdan məmnunluq ifadə olundu.
Dennis Fransis Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunan Qlobal Bakı Forumunun və burada aparılan müzakirələrin önəmini vurğuladı. O, Azərbaycanın çoxtərəfli diplomatiyaya və mədəniyyətlərarası dialoqa verdiyi töhfələri yüksək qiymətləndirdi.
Qonaq COP29-un ölkəmizdə keçirilməsi ilə bağlı dövlətimizin başçısına təbriklərini çatdırdı, bu çərçivədə yaradılmış və Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri, Braziliyanın daxil olduğu “üçlük” mexanizminin əhəmiyyətini vurğuladı.
Təbriklərə görə minnətdarlığını ifadə edən Prezident İlham Əliyev Azərbaycanın COP29 prosesi çərçivəsində inklüziv yanaşmadan çıxış etdiyini və “üçlük” mexanizminin COP çərçivəsində ilk dəfə yaradıldığını bildirdi.
Söhbət zamanı Azərbaycanın sülh gündəliyinə sadiqliyi, sülh müqaviləsinin əsasını təşkil edən fundamental prinsiplərin Azərbaycan tərəfindən irəli sürüldüyü və sülh müqaviləsinin mətni üzərində tərəflər arasında danışıqların aparıldığı qeyd olundu.
Dövlətimizin başçısı vurğuladı ki, COP29-un Azərbaycanda keçirilməsi ilə əlaqədar Şərqi Avropa qrupunda konsensusun əldə edilməsi özlüyündə sülh gündəliyinin tərkib hissəsi olub. Belə ki, Azərbaycan Ermənistanın Şərqi Avropa qrupundan COP-un Büro üzvlüyünə namizədliyini, Ermənistan isə Azərbaycanın COP29-a ev sahibliyi etmək üçün namizədliyini dəstəkləyib və qarşılıqlı şəkildə hərbçilər azad edilib ki, bu da sülh gündəliyinə xidmət edən məqamdır.
Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan Ermənistanın işğalına BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququndan istifadə edərək son qoyub və nəticə etibarilə region bu gün sülhə həmişə olduğundan daha da yaxındır.
Görüşdə minalar, qlobal iqlim dəyişikliyi, su resurslarının azalması və BMT Baş Assambleyasının gündəliyində duran digər aktual məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Prezident İlham Əliyev Azərbaycanın su resurslarının ölkəmizin hüdudları və sərhədləri xaricində formalaşdığını, ona görə də transsərhəd çaylarının ekoloji təmizliyinin və bu xüsusda region ölkələri arasında əməkdaşlığın vacibliyini qeyd etdi.
Dövlətimizin başçısı işğal dövründə Azərbaycan ərazilərində Ermənistan tərəfindən bir milyondan artıq minanın basdırıldığını bildirərək, bunun hazırda işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərinə mane olduğunu, insanların həyatları üçün təhlükə yaratmaqda davam etdiyini vurğuladı. Azərbaycanın öz milli imkanları hesabına mina probleminin aradan qaldırılması istiqamətində davamlı fəaliyyət həyata keçirdiyini deyən Prezident İlham Əliyev bu məsələdə beynəlxalq ictimaiyyət tərəfindən də dəstəyin vacibliyini qeyd etdi. Dövlətimizin başçısı vurğuladı ki, ərazilərimizin işğaldan azad olunmasından sonra indiyədək mina hadisələri nəticəsində 350-dən çox vətəndaşımız həlak olub və yaralanıb.
Söhbət zamanı Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi qeyd edildi, ölkəmizin Hərəkat çərçivəsində humanitar minatəmizləmənin yeni Dayanıqlı İnkişaf Məqsədi kimi müəyyən edilməsi, həmçinin bu sahədə beynəlxalq səylərin səfərbər olunması ilə əlaqədar təşəbbüsləri vurğulandı.
Görüşdə Azərbaycanın BMT təsisatları ilə əməkdaşlığı çərçivəsində Dünya Şəhərsalma Forumu kimi əhəmiyyətli tədbirin 2026-cı ildə ölkəmizdə keçirilməsinin vacibliyi bildirildi.


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Bir sıra dövlət qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 fevral tarixli 599...
17 avqust 2026, 12:08Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Qiymətləndirmə fəaliyyəti...
17 avqust 2026, 12:07Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci və 13-cü bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (Azərbaycan...
17 avqust 2026, 12:06Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsinin təmin edilməsində, ərazi bütövlüyünün qorunub saxlanılmasında və sərhəd...
17 avqust 2026, 12:05Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında və dövlət sərhədinin...
17 avqust 2026, 12:04Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilsin:
“general-leytenant”...
17 avqust 2026, 12:03
Hörmətli cənab Prezident,
17 Avqust – İndoneziya Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda dost xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı...
17 avqust 2026, 11:10Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2026-cı il iyunun 2-də Minsk şəhərində imzalanmış “Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Belarus...
14 avqust 2026, 13:48Azərbaycan Respublikası Prezidentinin
2026-cı il 14 avqust tarixli Fərmanı ilə təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. Bu Əsasnamə “Dövlət auditi” informasiya sisteminin (bundan sonra – DAİS) fəaliyyətinin hüquqi, təşkilati və...
14 avqust 2026, 13:47Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Büdcə sistemi haqqında”, “Sığorta fəaliyyəti haqqında” və “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik...
14 avqust 2026, 13:46