19:24
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Vüsal Zakir oğlu Nəsirli Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri təyin...
06 fevral 2026, 19:24
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Çin Hökumətinin Avropa məsələləri üzrə xüsusi nümayəndəsi Vu Honqbonu qəbul edib.
Vu Honqbo İlham Əliyevi prezident seçkilərində qələbəsi münasibətilə təbrik etdi, Çin Prezidenti Si Cinpinin bu münasibətlə dövlətimizin başçısına təbrik məktubu göndərdiyini xatırladı və Çin Prezidentinin salamlarını dövlətimizin başçısına çatdırdı. O, həmçinin COP29-un Azərbaycanda keçirilməsi münasibətilə Prezident İlham Əliyevi təbrik etdi.
Dövlətimizin başçısı təbriklərə və Çin Prezidentinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Si Cinpinə çatdırmağı xahiş etdi.
Qonaq Prezident İlham Əliyevin güclü rəhbərliyi ilə Azərbaycanın siyasi, iqtisadi, sosial və digər sahələrdə çox ciddi nailiyyətlər əldə etdiyini vurğuladı.
Vu Honqbo qeyd etdi ki, 2022-ci ildə Azərbaycan və Çin prezidentləri arasında Səmərqənddə keçirilmiş görüş əlaqələrimizin inkişafına böyük təkan verib və bundan sonra münasibətlərimizdə yeni nailiyyətlər əldə edilib. Qonaq bu gün Azərbaycan-Çin münasibətlərinin tarixdə ən yüksək səviyyədə olduğunu vurğuladı.
Dövlətimizin başçısı Çin Prezidenti ilə Səmərqənddə keçirilmiş görüşü məmnunluqla xatırladı və həmin görüş əsnasında müzakirə olunan məsələlərin irəli aparılması istiqamətində hər iki tərəfin ciddi səylər göstərdiyini qeyd etdi. Prezident İlham Əliyev Azərbaycanın Çin ilə əlaqələri keyfiyyətcə yeni səviyyəyə qaldırmaqda maraqlı olduğunu vurğuladı.
Dövlətimizin başçısı COP çərçivəsində də ölkəmizin Çin ilə yaxından əməkdaşlıq etməyə hazır olduğunu bildirdi, Çinin bərpaolunan enerji sahəsində mükəmməl texnoloji nailiyyətlərə imza atdığını, bu sahədə Azərbaycanın Çinlə əməkdaşlığa hazır olduğunu dedi. Prezident İlham Əliyev yaşıl keçidin Azərbaycanın prioritetlərindən biri olduğunu qeyd edərək, bu sahədə birgə istehsal müəssisələrinin yaradılmasında da ölkəmizin maraqlı olduğunu bildirdi.
Qonaq Azərbaycanın Çinin ərazi bütövlüyünə göstərdiyi davamlı və qətiyyətli dəstəyə görə minnətdarlığını bildirdi.
Prezident İlham Əliyev Azərbaycanın vahid Çin siyasətini, Çinin ərazi bütövlüyünü daim dəstəklədiyini və Tayvanın müstəqilliyini tanımadığını, orada keçirilən seçkiləri qəti şəkildə pislədiyini vurğuladı.
Vu Honqbo Azərbaycan ilə Çin arasında əlaqələrin qarşılıqlı etimad əsasında inkişaf etdiyini vurğuladı, ikitərəfli münasibətlərin çox yaxşı səviyyədə olduğunu dedi. Qonaq “Bir kəmər, bir yol” layihəsi çərçivəsində Azərbaycan-Çin əməkdaşlığını və Orta Dəhlizin ölkəsi üçün böyük əhəmiyyətə malik olduğunu qeyd etdi.
Dövlətimizin başçısı Orta Dəhlizin mühüm strateji əhəmiyyətə malik olduğunu və Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əlaqələrini qeyd etdi, Orta Dəhlizin inkişafı istiqamətində Azərbaycan, Qazaxıstan və Gürcüstanın birgə müəssisə yaratdığını bildirdi. Bu xüsusda ölkəmizin Çinlə də əməkdaşlığa hazır olduğunu qeyd edərək, Qazaxıstan Prezidentinin Azərbaycana dövlət səfəri zamanı Çindən olan yük qatarının Bakıda qəbul edilməsinin mühüm məqam olduğunu vurğuladı və bunu Orta Dəhlizin nəqliyyat potensialının nümayişi kimi qiymətləndirdi.
Qonaq Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin XI Qlobal Bakı Forumunun əhəmiyyətini vurğuladı, bu çərçivədə də mühüm müzakirələrin aparılacağını qeyd etdi.
Görüşdə beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycanla Çinin qarşılıqlı dəstəyi və bu xüsusda əməkdaşlıq, həmçinin ölkələrimiz arasında mədəni-humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi yüksək qiymətləndirildi.


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Vüsal Zakir oğlu Nəsirli Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri təyin...
06 fevral 2026, 19:24Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Saleh Ərşad oğlu Məmmədov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri...
06 fevral 2026, 19:23Azərbaycan Respublikası Prezidentinin
2026-cı il 6 fevral tarixli Fərmanı ilə
təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. Azərbaycan Respublikasının İlisu Milli Parkı (bundan sonra – Milli Park) xüsusi mühafizə olunan təbiət əraziləri...
06 fevral 2026, 17:50Azərbaycan Respublikası Prezidentinin
2026-cı il 6 fevral tarixli Fərmanı ilə
təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. Azərbaycan Respublikasının Axar-Baxar Milli Parkı (bundan sonra – Milli Park) xüsusi mühafizə olunan təbiət əraziləri...
06 fevral 2026, 17:49Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin beşinci hissəsinə uyğun olaraq...
06 fevral 2026, 17:48PDF yükləyin
06 fevral 2026, 17:47
Hörmətli cənab Prezident,
Əziz Qardaşım,
Qardaş Türkiyə Respublikasını dərindən sarsıdan zəlzələdən üç il ötür. Dəhşətli faciə nəticəsində həlak olmuş insanların əziz xatirəsini böyük ehtiram və hörmətlə yad edirəm.
Bu...
05 fevral 2026, 16:30